DÇ-2018: Bügünkü oyunlar – CƏDVƏL

Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Turkustan.info-nun məlumatına görə, qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək.

E qrupu

16:00. Kosta-Rika – Serbiya

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. “Samara Arena”

22:00. Braziliya – İsveçrə

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. “Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, “Lujniki”.