Putindən rus qızların turistlərlə yatmasına reaksiya : “İstədiklərini etsinlər”

Futbol üzrə dünya çempionatına ev sahibliyi edən Rusiyada ölkə qadınlarının buraya gələn kişilərlə cinsi yaxınlıq edib-etməməsi barədə müzakirələrə Kreml son nöqtəni qoydu.

Turkustan.info Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bunun hər kəsin şəxsi işi olduğunu bildirib.

“Bu, rus qadınların özləri ilə bağlı bir işdir, istədiklərini edə bilərlər. Çünki onlar dünyanın ən yaxşı qadınlarıdır”, – Peskov deyib.

Bu müzakirələri başladan şəxs isə Rusiya Kommunist Partiyasının üzvü, Ailə, Qadın və və Sosial Siyasət naziri Tamara Pletneva idi. 70 yaşındakı Pletneva rus qadınlarının xaricilərdən hamilə qala biləcəyindən qorxduğunu dilə gətirmiş və dünya çempionatının başlamasından bir neçə saat öncə qadın vətəndaşlara müraciət etmişdi.

O, bu mövzunun mənfi nəticələr doğura biləcəyini bildirmişdi: “Ölkəmizə gələcək bir çox kişi ilə münasibət qurmaq ailələrimizin parçlanmasına səbəb olar bilər. Xüsusilə, həmin insan fərqli irqdən olarsa. Öz ölkəmizin içində evliliklər görmək istəyirəm. Kişi hansı ölkədən olursa-olsun, Rusiya vətəndaşı olandan sonra yaxşı bir ailə qurula bilər. Uşaqlar daha rahat böyüdülər. Miliyyətçi deyiləm, amma işin təbiəti budur”.

Qeyd edək ki, Rusiyada baş qaldıran narahatlıq “Olimpiya oyunları” hadisəni xatırladır. 1980-ci il Moskva Olimpiya Oyunlar zamanı ölkəyə gələn turistlərin rus qadınlarla yaxınlığı nəticəsində doğulan uşaqlar ölkədə ayrı-seçkiliyə məruz qalmışdı.  /Publika.az/