Kababın 3 öldürücü təsiri – Kimlərə kabab yemək olmaz?

Yay aylarında insanlar dağda-bağda, istirahətdə daha çox kabab yeməyə üstünlük verir. Çox dadlı olan bu ət yeməyinin bir zərərləri də az deyilmiş.  Xüsusən bəzi  insanlara kababdan uzaq durmaq məsləhətdir. Manqalda bişmiş, qızarmış kababın elə zərərləri var ki, ölümcül belə ola bilər.
Turkustan.info Medicina.az-a istinadən bu zərərləri təqdim edir.
1.Mədə altı vəziyə zərbə – Xərçəngə kimi aparır
Mütəxəssislər və həkimlər çoxdan sübut edib ki, qırmızı ətin qril və manqalda kömürdə qızardılıb, çox miqdarda və tez-tez yeyilməsi mədə-bağırsaq, xüsusən zərif orqan olan mədəaltı vəzin onkoloji xəstəliyə tutulma riskini artırır. 
Məsələ ətdə deyil, problem manqalda ətin qızarmış xırçıltılı qatla örtülməsi zamanı yaranan kansoregen maddədir.  Kömür yanarkən ayrılan istilik və qazlardan ətin üzərini örtən o iştahlı qızartıda kansoregen maddə olur. Halbuki əti qaynadarkən, məsələn sous və ya bozbaş edərkən bu zərərli maddə yaranmır. 
62 000 pasiyentin qidalanmasını araşdıran alimlər onların arasında 208 nəfər – mədəaltı vəzin xərçəngindən əziyyət çəkənlərin qidasında daha çox yaxşı qızardılmış və üzəri hətta qaralana kimi qızarmış ət yeməklərinin çox olduğunu təsbit edib. 
Bəs elə etmək olarmı ki, kabab yeyəsən, amma mədəaltı vəzi də qoruyasan? Bunun üçün əti yaxşı basdırma etmək lazımdır. Ətin üzərində reyhan, rozmarin, qara istiot soğan və sarımsaqdan yaranan şirə həmin kanserogen maddənin yaranmasına imkan verməyəcək. Ona görə dədə-babalarımız kabab ətini bir neçə saat öncədən basdırma edərdilər. 
2.Manqalın tüstüsünü udmaq
Közdə qızaran ətdən yayılan o ətirli tüstüdə kanserogen qazlar olur. Manqal yanında çox dayanmaqla tənəffüs və dəri vasitəsilə bu maddə orqanizmə düşür. Ona görə kabab bişirərkən uzun qol, bağlı geyinməli, bişirdikdən sonra o geyimi soyunmaq və yumağa vermək lazımdır. 
3.Kabab yüksək təzyiq və miqren yaradır
Bu da elmi təcrübə ilə sübut olunub: arterial hipertenziya daha çox qızarmış ət yeyənlərdə olur. Belə ki, közdə, manqalda hazırlanan ət və toyuqda yaranan maddə hüceyrələr arası sərbəst radikalları artırır. Nəticədə damarların vəziyyəti getdikcə pisləşir, ateroskleroz yaranır, burda da yüksək təzyiq, infarkt və insult riski artır. 
İdeal norma ayda cəmi 1-2 dəfə çox qızardılmış ət məhsulu yeməkdir. Gündəlik bu tərz yemək faciədir.
Miqreni olanlar isə istirahətdə ikən kababdan uzaq olsa yaxşıdır.  Çünki kabab və qril yeməkləri, həmçinin onların yanında verilən ketçup və souslar miqren çağırır.