Ürəyi istinin təsirindən qoruyan faydalı içki

Çox isti hava ürəyin, sinir sisteminin, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir edir, ürək tutmaları, infarkt və insultun, böyrəklərdə daşların əmələ gəlməsinin, sinir sistemi xəstəliklərinin kəskinləşməsinin riskini artırır.

Turkustan.info Saglamolun.az-a istinadən xəbər verir ki, mütəxəssislər istinin insan orqanizminə olan mənfi təsirini azaltmaq üçün müxtəlif vasitələr tövsiyə edir. Belə ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, isti havanın orqanizmə olan mənfi təsirini ən yaxşı azaldan vasitə çökə güllərinin dəmləməsidir.

Həkim qeyd edir ki, bu dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır.

Dietoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar.