Dilqəm Əsgərovun oğlu evləndi – AZƏRBAYCANDA GÖRÜNMƏMİŞ TOY

2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib.

Turkustan.info xəbər verir ki, K.Əsgərov bu haqda Facebook səhifəsində yazıb: 

  • Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəm. Ancaq atamdan 8 aydır məktub gəlməməsi məni çox narahat edir və qərara gəldim ki, gələn dəfə atama məktubumda qeyd edim ki, evləndim. O birisini, bu birisini bilmirəm. Mən nəinki toyu dədə-baba adəti ilə, adi bir qazan asılmasına da icazə vermədim. 
    Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam azad olunub gələndə olacaq .

Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.