Gün: İyun 21, 2018

Şərqdə müharibə havası — İran Ədən körfəzinə iki savaş gəmisi göndərdi

Vətəndaş müharibəsinin hökm sürdüyü Yəməndə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə münasibətləri pis olan İran Ədən körfəzinə iki savaş gəmisi göndərib. Turkustan.info xəbər verir ki, ötən həftədən bu yana Qırmızı dənizin sahilindəki Hudeydə hava limanında şiddətli toqquşmalar davam edir. Yəmən mərkəzi hökuməti və Səudiyyə bir neçə dəfə hava limanını […]

Məcburi köçkünlərə şad xəbər – RƏSMİ

Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır. Turkustan.info bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində, birinci mərhələdə, daha ağır şəraitdə […]

Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət […]

Qənirə Paşayeva 5 ölkənin qadın nazirləri ilə görüşüb, Qarabağdan və köçkün qadınlardan danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva BƏƏ-nin dövlət naziri Maitha Əl Şəmsi, Tuvalunun xarici işlər naziri Puakena Boreham , Palaunun dövlət naziri Faustina K. Rehuher-Marugg, Samoanın qadın, icma və sosial inkişaf məsələləri üzrə naziri Failalotoa Kika Lemaima Stouers və Vyetnamın dövlət naziri ilə görüşüb. Görüş zamanı […]

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Ermənistanın hüquq-mühafizə orqanları kütləvi aksiyalar zamanı baş nazir Nikol Paşinyana və onun bir neçə tərəfdarına qarşı qaldırılmış cinayət işini bağlayıblar. Turkustan.info xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Qurumun saytında bildirilir ki, iyunun 21-də Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti həmin şəxslərə qaşrı cinayət işinin […]

Dünyada sərvət, bizdə isə zibil: Onun da qiyməti qalxacaq

Ətraf qəsəbələrdə, məhlələrdə məişət tullantılarının yandırılması hallarına tez-tez rast gəlirik. Ağzına qədər dolmuş zibil yeşiklərindən yerə səpələnən tullantılar daşınmaq əvəzinə elə insanların gözü qarşısında, dayanacaqda, küçələrdə və ya bazarda yandırılır. Üfunət qoxuyan tullantıların zəhərli tüstüsü ətrafa yayılır. Bu isə istənilən canlı orqanizm üçün təhlükə mənbəyi deməkdir. Dəhşətlisi isə odur ki, […]

Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

Türkiyədə keçiriləcək 24 iyun prezident və parlament seçkilərilə bağlı sorğuların nəticəsi göstərir ki, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) 600 mandatlı parlamentdəki çoxluğunu itirə bilər. Turkustan.info Azvision.az-a istinadən xəbər verir ki, bir sıra investorlar seçkilərdən sonra Türkiyədəki siyasi proseslərin dalana dirənəcəyindən narahatdır. AKP parlamentdəki üstünlüyü […]

Paşinyanı “oynadan” Qərb planı: Kreml zərbə hazırlayır

“Məxməri inqilab”dan sonra Ermənistanla Rusiya münasibətlərində yaranmış gərginlik aradan qalxmır. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə dostluq və müttəfiqlik əlaqələrinin davam edəcəyinə dair vədlərinə baxmayaraq, mövcud narazılığı görmək çətin deyil. İyunun 14-də Moskvaya səfəri zamanı baş nazir Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problem olmadığını və ənənəvi kursa sadiq […]

“Azercell”dən uşaq rəsm sərgisinə dəstək – Foto

Korporativ sosial məsuliyyət siyasətində uşaqlara qayğı və diqqətə böyük önəm verən Azercell Telekom bu dəfə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Azermarka, içərişəhərin təşkilatçılığı ilə “Yaşa Azərbaycanım” adlı Filateliya və uşaq rəsm sərgisinə öz töhfəsini verib. Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan 5-14 […]

Prezident tapşırıq verdi – Vəzifəli şəxslər həbs edildi

Respublika Baş Prokurorluğu, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Turkustan.info BAKU.WS-yə istinadən xəbərinə görə, məlumatda xatırladılıb ki, 2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar […]

XİN Quterreşin Qarabağla bağlı açıqlamasına münasibət bildirib

BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələri yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal […]

Türkiyə ilk “F-35” qırıcılarını qəbul etdi

Türkiyə ilk iki beşinci nəsil “F-35” qırıcısını əldə edib. Turkustan.info xəbər verir ki, bu haqda “Sabah” qəzeti məlumat yayıb. Qırıcıların təhvil-təslimi üzrə rəsmi mərasim ABŞ-ın Texas ştatının Fort-Uert şəhərində keçirilib. Mərasimin başa çatmasından sonra həmin iki qırıcı Arizona ştatında yerləşən Lük hərbi hava qüvvələri bazasına göndərilib.  Bazada türkiyəli pilotların yeni qırıcıdan […]

Qarabağla bağlı suala Quterreş və Lavrovun fərqli cavabı

Bütün üzv dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir. Turkustan.info xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması […]

Dəmirdaş Qəndildə öldürüldü – Şok iddia

HDP həmsədri Səlahəddin Dəmirdaşın böyük qardaşı PKK terrorçusu Nurəddin öldürülüb. Turkustan.info xəbər verir ki, İraqda Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasının yaxın mənbələr TSQ-nın Qəndil əməliyyatında Nurəddin Dəmirdaşın öldürüldüyünü açıqlayıb. Xatırladaq ki, Səlahəddin Dəmirdaş qardaşının uzun illər həbsdə qaldıqdan sonra Ərbilə köçərək orada yaşamağa başladığını açıqlamışdı.  /Axar.az/

Qarabağın həlli uzaqda deyil, bu şərtlə ki… – Lavrov

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub. Turkustan.info APA-ya istinadən məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quttyereşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi […]

Azərbaycanda universitet binası uçdu – SON DƏQİQƏ

Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub. Turkustan.info bu barədə Xeberle.com-a istinadən məlumata verir. SDU-nun mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, hadisə 15:30 radələrində baş verib: “Əslində kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt […]

Ərim Xoşqədəmi yox, məni seçdiyi üçün məndən qisas alır – Nazilə Səfərlidən ŞOK AÇIQLAMA

Şairə Nazilə Səfərli teleaparıcı Xoşqədəm Baxşəliyeva haqda şok açıqlama verib. Turkustan.info shownews-a istinadən xəbər verir ki, şairə Xoşqədəmin qərəzli mövqeyinin əsl səbəbini açıqlayıb. N. Səfərli bildirib ki, qardaşının keçmiş xanımını əsassız yerə üstünə qaldırması Xoşqədəmin oyunlarıdır: “Xoşqədəm hələ də həzm edə bilmir ki, ərim keçmişdə onu yox, məni seçdi və mənimlə ailə […]

“İran komandası çempion olsa, 10 baş qurban kəsəcəm” — Hacı Əbdül

“Ötən gün İran futbol komandasının İspaniyaya uduzmasından çox məyus olmuşam. İran futbolçuları rəqibdən güclü oyanyırdı, ancaq müsəlman ölkəsinə qarşı haqsızlıq etdilər”. Turkustan.info bildirir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib.  O, Dünya Çempionatında İran komandasına azarkeşlik etdiyini söyləyib: “İran müsəlman dövlətidir. Çox istəyirdim ki, İran […]

Şuranın qadın hüquqları ilə bağlı layihəsi uğurla başa çatdı

 “Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyilə “Qadın hüquqlarının qorunmasının gənclər arasında təbligi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihənin icrasını başa çatdırıb. Layihənin məqsədi kənd rayonlarında gənclərin qadın hüquqları sahədində maariflədirilməsidir. Turkustan.info-ya daxil olan məlumata görə, bu məqsədlə Bərdə (Alı Mustafayev adına məktəbdə), […]

Yenə “dollar seli” yaxınlaşır, Mərkəzi Bank həssas qərar verməli olacaq

“2018-ci ilin avqust, noyabr və dekabr aylarında dollara tələb daha çox artacaq”  “Bu ilin ilk 4 ayında Azərbaycanda dollara olan tələbin artması müşahidə olunub. Dollara olan tələbin artması büdcə xərcləmələrinin artması ilə də bağlıdır”. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2018-ci ilin dövlət […]

Bakıda “şortikli qız”ın axtarışlarına başlandı: O qızı tapın!

Metroda təhqir olunan qızın intihar etdiyi barədə xəbər doğru deyil.  Metroda öz geyimi və hərəkətlərinə görə digər sərnişinlərin aqressiyası ilə üzləşən və son günlər sosial şəbəkə istifadəçiləri arasında diskussiyalara səbəb olan qızı Bakı Metropoliteninin polisi axtarır. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər. Qeyd edək ki, bu günlərdə sosial […]

Vikipediyada AXC ilə bağlı nə baş verir? – VİDEO

MEK Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrinə həsr olunmuş tədbir keçirib AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini əks etdirən tədbir keçirib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq […]

100 milyonla xaricə qaçdığı deyilən bankir “Bandotdel”-ə təslim oldu

Çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçdığı deyilən «Günaybank»ın sabiq sədr müavini Emin Zeynalov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) gələrək təslim olub.  Turkustan.info-nun Demokrat.Az-a istinadən əldə etdiyi məlumata görə, ötən gün könüllü şəkildə “Bandotdel”-ə gələn Emin Zeynalov həmin idarədə izahat verib.  O, izahatında dövlətə […]

Çinli cütlük evlənən kimi Qarabağla bağlı BUNU ETDİ: Azərbaycanı qəzəbləndirəcək ADDIM – FOTOFAKT

Çində yeni evlənmiş cütlük Sonq Cinqlianq və Yan Yufen bal aylarını Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirməyə hazırlaşır. Turkustan.info xəbər verir ki, çinli cütlük Qarabağda separatçı rejimin “xarici işlər nazirliyi”nə icazə üçün müraciət edib. “Bu, birinci hadisədir”, – separatçı rejimin “xarici işlər nazirliyi” Tvitter hesabında yazıb. Qeyd edək ki, Azərbaycan […]

17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: İntim əlaqə üçün yanına çağırır, sonra… – Bakıda

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın barəsində olan hökmdən prokurorun protesti və müdafiə tərəfinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə […]

İrəvanda “Bakı böhranı”: Armendən Nikola qarşı sabotaj

Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan Nikol Paşinyan hökumətinə qarşı açıq sabotaja başlayıb. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet Ermənistanın ölkədəki inqilabdan sonra nüfuzunun artdığını və bunun Mnatsakanyan tərəfindən Azərbaycana qarşı mübarizədə istifadə edilmədiyini iddia edib: “Nazir hər görüşündə belə məsələlərdən bəhs etmək yerinə heç bir […]

Türkiyə yeni əməliyyata başladı – Bu dəfə İran sərhədində

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı mübarizə çərçivəsində İran-İraq sərhədində əməliyyat keçirir. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, hazırda İraqın şimal-şərqində hərbi əməliyyatların genişləndirilməsi üçün hazırlıqlar aparılır Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyə ordusu İraqın şimalında PKK terrorçularının 14 bazasını […]

Nazirlikdən XƏBƏRDARLIQ: Bu şəxslər cərimələnəcək – VİDEO

Paytaxtın bəzi ərazilərində tez-tez məişət tullantıları qalıqlarının yandırılmasının şahidi oluruq. Bəzən isə uzun müddət daşınmayan bu tullantılar sakinlər tərəfindən yandırılır. Yanma vaxtı ayrılan zərərli maddələr isə canlı orqanizmlər üçün çox təhlükəlidir. Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb. İslam Mustafayev – Ekoloq: “Zibillər evdən çıxarılan zaman çeşidlənmir. […]

Şahbaz Quliyevin vəziyyəti pisdir

“Erməni girovluğunda olan Şahbaz Quliyevin vəziyyəti pisdir. Gözləri zəifləyib, eynəklə gəzir” Turkustan.info xəbər verir ki, bunu AzVision-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. O, qardaşına məktub göndərsə də, hələ də cavab almayıb: “Artıq 20 gündür ki, onun adına məktub göndərmişəm. Bilirəm ki, vəziyyəti pisdir. Gözləri […]

Bakıda “Araz” marketin işçiləri arasında kütləvi dava – 1 ölü, 1 yaralı – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Turkustan.info report-a istinadən xəbər verir ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə […]

Paşinyanı hakimiyyətə gətirmiş köhnə azərbaycanlı

Moskvadan İrəvan üçün verilən açıqlama şok yartdı Rusiyanın “Polit Analiz” ekspertləri qrupu gözlənilməz nəticəyə gəlib. Onlar hesabat yazıb iddia edirlər ki, Paşinyan inqilabı Azərbaycanın köhnə vətəndaşı, Ermənistanın köhnə prezidenti və köhnə baş naziri Serj Sarkisyan tərəfindən uğurla hazırlanıb və idarə edilib. Keçmiş baş nazir ona bağlı olan oliqarxların vasitəsi ilə […]

Danışıqlar dalandan nə vaxt çıxacaq? – Moskva gözləmə mövqeyində

Kreml Paşinyanın hakimiyyətini sarsıtmaq üçün Azərbaycandan istifadə edə bilər – Bakı üçün də fürsət; alman politoloq: “Kiçik bir təxribat Qarabağda müharibənin alovlanmasına gətirə bilər…” Ermənistanda hakimiyyət çevrilişindın sonra Dağlıq Qarabağ danışıqlarında qeyri-müəyyənlik azalmaq əvəzinə, artıb. Yeni baş nazir Nikol Paşinyanın Qarabağla bağlı populist, reallaşması heç vaxt mümkün olmayan təklif-tələbi onsuz […]

Azərbaycanlıları evində qul kimi işlədən erməni generalın DƏHŞƏTLİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI – ŞOK VİDEOFAKT

Bir neçə gün əvvəl bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi, həmçinin 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinərək həbs olunan sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanla bağlı yeni tükürpədici faktlar ortaya çıxıb. asekose.am saytı xəbər verir ki, onun bağ evində axtarışlar zamanı aşkarlanan […]

PKK liderləri tutuldu, Öcalanın yanına aparılır – Şok iddia

Qəndil əməliyyatı davam etdiyi bir vaxtda Türkiyə mətbuatında şok iddia irəli sürülüb. Türkiyənin “Aydınlıq” nəşrinin yazarı Rafet Ballı PKK liderlərindən ikisinin ələ keçirildiyini və yaxın vaxtlarda Abdullah Öcalanın saxlandığı İmralı həbsxanasına gətiriləcəyini iddia edib. “Kəşfiyyat kulisləri önəmli bir iddia ilə çalxalanır. “İddia” deyirik, çünki hələ təsdiqini tapmayıb. “Kulis” deyirik? çünki […]

Pensiyalar yenidən hesablanacaq

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq. Turkustan.İnfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil […]

Azərbaycanda DƏHŞƏT: Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı – Video

Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün […]

Müharibə olarsa: ABŞ və Rusiya qırıcılarından hansı uduzacaq? – MÜQAYİSƏ

Amerika istehsalı olan F-35 bir çox parametrinə görə Rusiya istehsalı olan Su-57-yə uduzur. Turkustan.info xəbər verir ki, bu qənaətə ABŞ-ın hərbi jurnalı olan “Military Watch”da hər iki təyyarəni müqayisə edən mütəxəssislər gəlib. Onların bildirdiyinə görə, hər iki qırıcı yeni nəsilə məxsus olmalarına rəğmən, bir-birindən fərqlənir.  Nəşr bildirir ki, Amerika istehsalı olan […]

Paşinyanın Kəlbəcər səfərinin sirri…

Son dövrlərdə Ermənistanın yeni rəhbərliyinin fəaliyyəti rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki maraqlı olmadığını, hətta vəziyyəti gərginləşdirmək istədiyini göstərir. Nikol Paşinyanın baş nazir seçilən kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi, ardınca Ermənistan prezidenti Armen Sərkisyanın işğal altındakı Kəbəcər rayonuna gedişi də belə düşünməyə əsas verir. Trend xəbər verir […]

FES dolları bahalaşdırdı: manatı nə gözləyir? – Millət vəkili

Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata birbaşa təsir göstərməyəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qərarının manata təsiri ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda milli valyutanın qorunub saxlanılması üçün bütün şərtlər var: […]

Nazir təcili iclas keçirdi – PAMBIQÇILARIN ZƏHƏRLƏNMƏSİNƏ GÖRƏ

Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib. Nazirlikdən verilən məlumata görə, Kənd Təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib. Qurumdan bildirilib ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, yerlərdə sahibkarlarla görüşlər keçirilməlidir: “Yerlərə tapşırıqlar verildi ki, […]

Sərhəddə atışma: Bir əsgər yaralandı

Azərbaycan-İran sərhədinin Cəlilabad rayonu ərazisindən keçən hissəsində silahlı insident baş verib. Turkustan.info-nun Report-a istinadla verdiyi xəbərə görə, Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında atışma olub. İlkin məlumata görə, atışma zamanı Balakən rayonundan olan əsgər Krupov Ramazan Məmməd oğlu güllə yarası alıb. Gənc sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının […]

Oğlanı öldürüb bankomatdan çıxardığı pulları apardılar – FOTOLAR

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb. Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da […]

Çilənay Hüseynovadan bir-birinin ardınca yeni mahnılar – VİDEOLAR+FOTOLAR

Bəstəkar-ifaçı Çilənay Hüseynova son dövrlər bir-birinin ardınca yazıb-yaratdığı mahnılarını təqdim edib. Turkustan.info xəbər verir ki, bunlar sırasında bəstəkar-ifaçının ərsəyə gətirdiyi sözləri Adilə Nəzərə aid “Bilsəm ki, sevirsen”, sözlərin Ümit Çomakın “Sevgilim”, Sözləri Anna Mirin “Qayıt”, sözləri Adilə Nəzərin “Sev”, sözləri Nizami Muradoğlunun “Sevməyi öyrət”, sözləri Mərdan Orucoğluna aid “Ayrılığın sonu […]