100 milyonla xaricə qaçdığı deyilən bankir “Bandotdel”-ə təslim oldu

Çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçdığı deyilən «Günaybank»ın sabiq sədr müavini Emin Zeynalov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) gələrək təslim olub. 

Turkustan.info-nun Demokrat.Az-a istinadən əldə etdiyi məlumata görə, ötən gün könüllü şəkildə “Bandotdel”-ə gələn Emin Zeynalov həmin idarədə izahat verib. 

O, izahatında dövlətə heç bir borcunun olmadığını və Azərbaycandan xarici ölkəyə getmədiyini bildirib. 

Emin Zeynalov ifadəsində ayrı-ayrı vətəndaşlara borcunun olduğunu da etiraf edib. 

O, vətəndaşlara olan borcunu tezlikliklə qaytaracağını vəd edib. 

Hazırda Emin Zeynalov DİN Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılır.