Çilənay Hüseynovadan bir-birinin ardınca yeni mahnılar – VİDEOLAR+FOTOLAR

Bəstəkar-ifaçı Çilənay Hüseynova son dövrlər bir-birinin ardınca yazıb-yaratdığı mahnılarını təqdim edib.

Turkustan.info xəbər verir ki, bunlar sırasında bəstəkar-ifaçının ərsəyə gətirdiyi sözləri Adilə Nəzərə aid “Bilsəm ki, sevirsen”, sözlərin Ümit Çomakın “Sevgilim”, Sözləri Anna Mirin “Qayıt”, sözləri Adilə Nəzərin “Sev”, sözləri Nizami Muradoğlunun “Sevməyi öyrət”, sözləri Mərdan Orucoğluna aid “Ayrılığın sonu əzab”, sözləri Abdulla Cəfərin “Məni özümə qaytar”, “Qarabağ”, “Ana” mahnılarını göstərmək olar.

Bəstəkar-ifaçı Çilənay Hüseynova bu günlərdə isə Bakı Metropoliteninin sabiq rəhbəri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun əbədi yaradıcılığına müraciət edib. Belə ki, Çilənay “Tağı Sadiq” təxəllüsü ilə şeirlər yazan T.Əhmədovun şeirinə “Sənsiz neylərəm” adlı mahnı yazıb. Və mahnını elə özü oxuyub. Hazırda isə Çilənay Hüseynova Tağı Sadiqin sözlərinə daha bir mahnının – “Sevinc payım”ın üzərində işləyir.

Ç.Hüseynova bizə açıqlamasında ilin sonunadək yaradıcılıq işlərinə sıx qrafiklə davam edəcəyini bildirib.