Dəmirdaş Qəndildə öldürüldü – Şok iddia

HDP həmsədri Səlahəddin Dəmirdaşın böyük qardaşı PKK terrorçusu Nurəddin öldürülüb.

Turkustan.info xəbər verir ki, İraqda Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasının yaxın mənbələr TSQ-nın Qəndil əməliyyatında Nurəddin Dəmirdaşın öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, Səlahəddin Dəmirdaş qardaşının uzun illər həbsdə qaldıqdan sonra Ərbilə köçərək orada yaşamağa başladığını açıqlamışdı.  /Axar.az/