FES dolları bahalaşdırdı: manatı nə gözləyir? – Millət vəkili

Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata birbaşa təsir göstərməyəcək.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qərarının manata təsiri ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda milli valyutanın qorunub saxlanılması üçün bütün şərtlər var:

“Yəni neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında dörd ayda müsbət saldo təxminən iki milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı tərəfindən pul kütləsinə nəzarət mexanizmi çox güclüdür. Hesab edirəm ki, uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsirsiz ötüşəcək. Manat elə indiki səviyyədə də qorunub saxlanılacaq”.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) son iclasında uçot dərəcəsini 1,75-2,00% artırıb.