Gün: İyun 22, 2018

Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirildi – FOTOLAR

İyunun 21- də Beynəlxalq Muğam Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri “Vətənimizi sevirik” adlı geniş konsert proqramı ilə çıxış ediblər. Turkustan.info xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində […]

Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar – FOTOLAR

Gəncə şəhər 31 saylı usaq evində körpəyə qarşı daha bir müəllimə tərəfindən şiddət yaşandığı iddia olunur. Turkustan.İnfo xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Xasməmmədovun bildirdiyinə görə, bağçada işləyən Gülnarə adlı müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb […]

Sürətli arıqlama, iştahsızlıq, qarın ağrısı – XƏRÇƏNGİN YENİ SİMPTOMLARI

Bütün xəstəliklərin özünəməxsus simptomları olur. İnsanlar isə psixoloji olaraq istənilən problemdə ən son mərhələdən sonra həkimə müraciət etməyə qərar verirlər. Bu isə ağır nəticələrə səbəb olur. Qrip, baş ağrısı, qan azlığı, mədə-bağırsaq problemləri, eləcə də xərçəng xəstəliklərinin simptomlarına diqqət edib, düzgün vaxtda həkimə müraciət edilərsə, hər bir insanın müəyyən qədər […]

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib.  Turkustan.info xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Şuranın yaranması ilə prezident siyasi iradəsini ortaya qoyub: “Dövlət və QHT […]

Almaniya Merkelə görə 2 yerə bölündü

Almaniya əhalisi kansler Angela Merkelin istefaya getməsi barədə vahid fikrə malik deyillər və onlar demək olar ki, tən yarı bölünüblər. Turkustan.info xəbər verir ki, bu nəticə “Yougov” ictimai rəy institutunun keçirdiyi sorğuda əksini tapıb. Beləliklə, respondentlərin təxminən 43 faizi Merkelin öz postunu tərk etməli olduğunu düşünür, 42 faizi isə onun […]

Bakı kilsəsində dəhşət — Keşiş ayzaşlı qızı zorladı

Rus Pravoslav kilsəsinin Bakı yeparxiyasında qalmaqallı hadisə baş verib. Turkustan.info Sputnik-ə istinadən xəbər verir ki, 20 iyunda Nəsimi rayon 22-ci polis bölməsinə Bakı şəhər sakini M.X şikayət ərizəsi ilə müraciət edib. O ifadəsində bildirib ki, bu ilin 14 fevral tarixində 9 yaşlı qızı ilə Bakıda həmişə getdiyi kilsəyə dua etməyə […]

Məhərrəm İncənin “incə” kampaniyası – SON İKİ GÜN: “Ərdoğan üçün çətin olacaq”

Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə artıq 2 gün qalıb.  Sosioloji sorğuların nəticələri hakim Ədalət və İnkişaf Partiyasının geridə qaldığını, Cümhuriyyət Xalq Partiyasının və İyi Partiyanın daha çox səs yığdığını göstərir. Seçki kampaniyası müddətində isə Türkiyə siyasətində yeni bir şəxs parıldayıb. Belə ki, CHP-dən prezidentliyə namizəd Məhərrəm İncənin uğurlu […]

Əli Həsənov: Azərbaycanda azad media formalaşıb

Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir. Turkustan.info xəbər verir ki, bunu iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: “1995-ci ildə qəbul […]

Pəhlivan müəllimin “İŞ”tahı – Seymur Verdizadə yazır

Seymur VERDİZADƏ Göyçay mətbəxi ilə tanışlığım rəhmətlik Qurbanəli kişinin kafesi ilə başlayır. Biz orda piti yemişdik. Jurnalist dostlarım ağızlarını silib, göyçaylıların pitini heç də şəkililərdən pis bişirmədiklərini deyəndə, gənc ofisiant söhbətə müdaxilə etmişdi: “Gələn dəfə çolpa soyutması yeyərsiniz. Qonşu rayonlardan Göyçaya çolpa yeməyə gəlirlər”. Növbəti səfərimizdə çolpa soyutması yemişdik. Göyçaya […]

“Çevriliş hazırlanır” – ABŞ kəşfiyyatı Paşinyanı xəbərdar etdi

Ermənistanın müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın həbs edilməsinin əsl təfərrüatları məlum olmağa başlayıb. Ermənistan KİV-i xəbər verir ki, Manvel Qriqoryandan sonra keçmiş prezident Serj Sərkisyanın mühafizə xidmətinin rəisi Vaçaqan Qazaryan və Arakel Movsisyanın saxlanılması yeni ittihamların ortaya çıxmasına şərait yaradıb. Serj Sərkisyana yaxınlığı ilə tanına bu şəxslərin evlərindən […]

“Zorlandığı deyilən 7-ci sinif şagirdi bakirədir” – Ekspertizadan sensasion rəy

“Zorlanaraq 4 aylıq hamilə olduğu deyilən qızı həkimə aparıb, ekspertiza etdilər. Yayılan iddialar yanlışdır”. Turkustan.info xəbər verir ki, bu sözləri Open.az-a açıqlamasında Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib. Onun sözlərinə görə, qız bakirədir: “Qız hazırda Bakıdadır. Heç bir zorlanmadan söhbət gedə bilməz. Yəqin bu gün Prokurorluq və […]

Beynəlxalq layihədə “İrəli” gəncləri

Youth for exchange and understanding(YEU) təşkilatının “Brave new youth” layihəsinin 2-ci mərhələsi başlayıb. Layihənin əsas məqsədi gəncləri cəmiyyətdə mövcud olan stereotiplərlə bağlı, gənclərlə işləyən şəxsləri nifrət nitqi və onun arxasında duran səbəblər haqqında məlumatlandırmaq, gənclər arasında birliyi gücləndirməkdir. Layihə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə 20-27 aprel tarixlərində Črnomelj şəhəri, Slovenia […]

İran donanmanı ayağa qaldırdı: DƏNİZ DÖYÜŞÜ QAPIDA

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya güclərinin Yəmənə hücum etməsindən sonra İran Aden körfəzinə iki döyüş gəmisi göndərdi. Turkustan.info xəbər verir ki, İran Dəniz Qüvvələrinin helikopter daşıma gücünə sahib olan Hark və Subulan adlı gəmilərindən ibarət 54-cü donanması Aden körfəzinə göndərilib. Aden körfəzi Ərəb yarımadasının cənub sahilində, Hind okeanını Qızıl dənizə bağlayan […]

Argentinalı azarkeşlər məğlubiyyətin acığını xorvatlardan çıxdı – VİDEO

Rusiyadakı dünya çempionatının oyunu zamanı Argentina milli komandasının azarkeşləri Xorvatiya yığmasının fanatını döyüblər. Turkustan.info xəbər verir ki, hadisə Nijni-Novqoroddakı eyniadlı stadionda iki ölkə milliləri arasında keçirilmiş görüşün sonuna bir neçə dəqiqə qalmış baş verib.  Xorvatiyaya məğlubiyyətdən qəzəblənən beş argentinalı tribunanın altındakı keçiddə yalqız xorvatiyalıya hücum ediblər. Xorvatlardan biri isə döyülən həmyerlisinə […]

Azərbaycanda 5 məmur həbs edildi – RƏSMİ

Pambıq dərmanından zəhərlənənlərlə bağlı Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb. Turkustan.info sözügedən məlumatı təqdim edir: “Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bu sahənin inkişafı sürətləndirilməklə, əkin dövriyyəsi genişləndirilmiş, daha […]

İrəvandakı ərəb səfir Qarabağdan danışdı – “Ən ideal çıxış yolu…”

Birləşmiş Ərəb Əmirlikləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır. Ermənistan KİV-i məlumat verir ki, bunu BƏƏ-nin İrəvandakı səfiri Yasim Məhəmməd əl-Qasımi deyib. Ərəb diplomat münaqişənin diplomatik yolla həllinin bölgədə təhlükəsizliyin təmin edilməsi üçün ən ideal çıxış yolu olduğunu diqqətə çatdırıb: “Biz Qarabağ və digər regional münaqişələrin də dinc yolla […]

Elçibəy iqtidarı rus qoşununu Azərbaycandan pulla çıxarıb – Təfsilat

Prezident Elçibəyin keçmiş mətbuat katibindən və sabiq baş nazirdən sensasiyalı açıqlamalar AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev modern.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib. A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində […]

Yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix dəyişdirildi

Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilib. Turkustan.info-nun xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq. Bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilir. Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı. Layihə Milli Məclisin iyunun 29-da […]

Azərbaycanlılar Ağ Evin qarşısında şou göstərdilər – Video

Azərbaycanlı musiqiçilər qrupu amerikalıları heyrətləndirməyi bacarıblar. Turkustan.info bildirir ki, bu barədə  “Sputnik Azərbaycan” Araz Talehin Facebook səhifəsinə istinadən məlumat yayıb. 2 həftə əvvəl Taleh bir qrup musiqiçi ilə  birlikdə ADR-in 100 illik yubileyi münasibəti ilə əlaqədar ABŞ-da səfərdə olub. Yubiley konsertlərində iştirak etmək üçün yola çıxmış musiqiçilər Vaşinqtonu gəzərkən onlar […]

Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edib

Şair Ramaldanov: “Rəsmi Yerevan əhali arasında gərginlik yaranmasından qorxurdu” “Neytral torpaq anlayışı yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.  Bu sözləri bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənov […]

Paşinyandan Rusiya əleyhinə səfər – NATO-ya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətindədir. Turkustan.info məlumatına görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. “Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, rəsmi Yerevan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin […]

Bakıda üzünü gizlədən qadın insanları belə aldadır – DİQQƏTLİ OLUN! – VİDEO

Bakıda mağazalardan silsilə oğurluq edən qadın ortaya çıxıb. Turkustan.info xəbər verir ki, həmin şəxs bir neçə ticarət obyektlərinin satıcılarını ələ alaraq aldadır. Belə ki, o, kassada çalışanlara ödəniş etdiyini bildirərək, pulun qalığını tələb edir. Həmin şəxs işinini peşəkarı olduğundan kassada çalışanları buna inandıra bilir. Satıcılar isə qadının söylədiklərinin doğru olduğunu […]

Liberman Bakıya gəlməkdən niyə imtina etdi? – Şok səbəb

İsrail Müdafiə naziri Aviqdor Liberman Azərbaycana səfərinin ləğv etməsinin səbəbi bəlli olub. Bu məlumatı İsrailin “9-cu kanal”ında yayımlanan “Den” verilişində çıxışı zamanı İsrail politoloqu Arye Qut paylaşıb. “Əgər Cənubi Qafqaz regionuna nəzər yetirsək, Azərbaycanın çox çətin geosiyasi vəziyyətdə olduğunu görərik. Burada qeyri-müəyyən geosiyasi aktorlar olan Rusiya, Türkiyə və İran Azərbaycanı […]

Qəssablar ətin bahalaşması anonsunu verdi

Qida Təhlükəsizliyi Agentliyi öz işinə iyulun 1-dən ölkə əhalisini standartlara cavab verən ət və ət məhsulları ilə təmin etməklə başlamaq niyyətini açıqlayıb. Belə ki, yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Ancaq bu, həm də Bakıda və ətraf qəsəbələrdə demək olar ki, hər küçədə rast […]

Bakıda yük maşını avtobusa çırpıldı – VİDEO

Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını “Xaliq Faiqoğlu” şirkətinə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib. Turkustan.info-nun məlumatına görə, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə […]

Hacı Nuran yenidən xərçəngə tutuldu – Təcili Almaniyaya getməlidir

Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.   Turkustan.info xəbər verir ki, bunu Qafqazinfo-ya açıqlamasında aparıcının köməkçisi məlumat verib.  Bildirib ki, N. Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır: “Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağciyərində onkoloji şiş tapılıb.  Bu səbəbdən təcili Almaniyaya getməlidir, […]

O, azərbaycanlı oliqarxa zərbə üçün milyardlar xərcləyir – Şok

Rusiyanın dövlət neft korporasiyası “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçin mətbuatda opponentlərini, o cümlədən “Lukoyl”un rəhbəri Vahid Ələkbərovu gözdən salmaq, onlara qarşı qara piar aparmaq üçün ildə 4 milyard rubl xərcləyir. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatında dərc edilmiş araşdırmada bildirilir. Belə ki, “Rosneft”in […]

Qarabağ işğalçılarının daha bir lideri tutuldu

Ermənistanın Respublika Partiyasının üzvü, parlamentin sabiq deputatı Arakel Movsisyan (Şmays ləqəbi ilə tanınır) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.  Turkustan.info erməni mətbuatına istinadla xəbər verir ki, bu faktı Armavir vilayətinin Ayqek kəndinin nümayəndəsi təsdiqləyib:  “Şmays bu kənddə yaşayır və dünən Ermənistan MTX-nin əməkdaşları burada axtarış işləri aparıblar.  Ermənistan Milli Təhlükəsizlik […]

Nikoldan Putinə inanılmaz zərbə – NATO müttəfiqdir?

Ermənistanın Baş naziri Nikol Paşinyan 11-12 iyulda NATO-nun Brüsseldə keçiriləcək sammitində iştirak edəcək. Bu barədə “Jamanak” qəzeti yazıb. “Ermənistanın Baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan KTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və respublikanın təhlükəsizliyini təmin edən məsələlərdə etibarlı müttəfiq hesab edir”, – nəşrə […]

Ermənilər Qarabağda müharibə üçün HAZIRLIĞA BAŞLADI: Yeni səngərlər qazılır və… – FOTOFAKT

Ermənistan Dağlıq Qarabağda yeni müharibəyə hazırlaşır. Turkustan.info Ermənistan mediasına istinadən xəbər verir ki, erməni hərbi birləşmələri cəbhədə yeni istehkamlar tikirlər. Məlumata görə, Ağdam, Füzuli və Tərtər istiqamətində yeni səngərlər qazılır. Erməni ekspertlər bunun yeni müharibəyə hazırlıq olduğunu vurğulayıblar. Xüsusilə İrəvan Dağlıq Qarabağ danışıqlarında yaranmış pauzanın cəbhədə yeni toqquşmlara gətirib çıxaracağından […]

Diaspor jurnalistləri təltif olunub – FOTO

Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli tərəfindən bir qrup jurnalist dasporun inkişafında xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı xaricdə keçirilən tədbirləri işıqlandırdığına görə Fəxri fərmanla təltif olunub. Fəxri fərmanların təqdimatında Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli deyib ki, Azərbaycan diasporunun təbliğində və tanınmasında jurnalistlərin də xidməti var: “Diaspor üzvlərinin hər […]

Mariya Zaxarovanın anti-Azərbaycan mövqeyinin pərdəarxası

Hikmət Hacızadə: “Zaxarova güclü diplomat deyil”; Elçin Mirzəbəyli: “Zaxarova və mədəniyyət bir-biri ilə tamamilə əks qütbdə dayanıb” Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın Azərbaycanı sevməməsi, ermənipərəst mövqedən çıxış etməsi yenidən gündəmə gəlib. Buna səbəb iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom […]

26 iyun Ordu günü qeyri-iş günüdür? – RƏSMİ

26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün ölkədə qeydi-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Belə ki, 26 iyun, həftənin 2-ci gününə, çərşənbə axşamına təsadüf edir. Həmin tarixdə ölkədə iş olmayacaq. Xatırladaq ki, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 […]

“Araz” supermarketinin işçisini niyə öldürdülər? – TƏFƏRRÜAT

İyunun 20-də gecə saatlarında “Araz” Supermarketlər Şəbəkəsinin Maştağadakı filialının işçiləri arasında baş vermiş qanlı davanın təfərrüatları məlum olub. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, bıçaqlanaraq öldürülən 22 yaşlı Vüqar Hüseynzadə supermarketdə kassir işləyirmiş. Onu çoxsaylı bıçaq zərbələri ilə öldürən 1997-ci il təvəllüdlü Surxay Əliyev isə marketdə balıq şöbəsində çalışırmış. Hadisənin […]

Vatsapdan növbəti YENİLİK – Bundan sonra…

Vatsap istifadəçilərinin çoxdan gözlədiyi yenilik artıq hər kəs üçün əlçatan olub. Turkustan.info xəbər verir ki, Vatsapın tətbiq etdiyi yenilik nəticəsində istifadəçilər 4 nəfərlə eyni vaxtda danışa biləcək. Əvvəl bəzi istifadəçilər yararlana bildiyi bu imkandan yaxın zamanda hər kəs istifadə edəcək. Fərqli ölkə və qitələrdən Vatsap istifadəçilərin yeni özəllikdən istifadə edə bildiklərini […]

Azərbaycanlı qadından Ərdoğana MESAJ: “Bütün ailəm, nəslim, çocuğum…” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan A xəbər – ATV kanallarının ortaq canlı yayımında qonaq olub. Turkustan.info xəbər verir ki, verilişdə maraqlı dəqiqələr yaşanıb. Üçüncü hava limanından gerçəkləşdirilən yayımda xalqın prezident haqqında düşüncülərini əks etdirən küçə sorğusu Ərdoğana izlədilib. Videoda azərbaycanlı bir qadının Azərbaycan dilində verdiyi mesaj prezidenti gülümsədib. Qadın “seçkilərdə Ərdoğana […]

Qarabağda müharibə davam edir, sadəcə… – Polkovnik

Müharibə bitməyib. Sadəcə atəşkəs rejimidir. Atəşkəs rejimi isə müharibənin olmaması demək deyil. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında polkovnik Şair Ramaldanov Azərbaycan ordusunun həyata keçirdiyi son hərbi təlimlərə münasibət bildirərkən deyib. O bildirib ki, sülh yolu ilə Qarabağ münaqişəsi öz həllini tapmasa, Azərbaycan əldə olan bütün imkanlardan istifadə edərək öz […]

Türkiyə 2 gündən sonra savaşa girir

Türkiyədə keçiriləcək 24 iyun seçkiləri dünyada yeni bir siyasi təsirə sahib olacaq. Turkustan.info xəbər verir ki, bu fikirlər hüquqşünas, professor Fərhad Mehdiyev Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı En.axar.az-da dərc olunan məqaləsində bildirib. Politoloq 24 iyunun Türkiyə üçün nəinki tarixi, həm də bir savaş günü olduğunu qeyd edib: […]

Messi də Argentinanı xilas edə bilmədi – Xorvatiya 1/8 finalda

Dünya çempionatında bu gün D qrupunun ilk görüşü oynanılıb. Turkustan.info xəbər verir ki, ilk oyunda Argentina yığması Xorvatiya ilə üz-üzə gəlib. Matç Xorvatiyanın 3:0 hesablı qələbəsi ilə bitib. İlk qolu Ante Rebiç vurub. O, 53 dəqiqədə hesabı açıb. Luka Modriç 81-ci dəqiqədə Argentinanın qapısından ikinci topu keçirib. 90+1-ci dəqiqədə Rakitiç […]

ADAU-nun alimləri bu dəfə Ağstafada görüş keçirib

ADAU-nun alimlərinin bölgələrə səfəri davam edir. Bu dəfə təhsil müəssisəsinin alimləri Ağstafa rayonunda olub. Bu cür səfərlərin təşkilində məqsəd Universitetin maddi-texniki bazası, yaradılan şərait, tələbələrin əsil kadr kimi yetişməsinə dövlətin tam dəstəyi barədə məlumat vermək, aqrar sahənin inkişafında təhsil müəssisəsinin üzərinə düşən vəzifələri region əhalisinə izah etməkdir. Turkustan.info bildirir ki, […]

Ezamiyyətə gedənlərin nəzərinə: Azərbaycanda bu xərclər qaldırıldı

Ezamiyyət xərclərinin normaları artırılıb. Turkustan.info bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişikliklər edib. Beləliklə, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə […]

Ağlayan uşaq və rəhmsiz Tramp – FOTO

Nüfuzlu “Time” jurnalı son nəşrinin üz qabığına qalmaqallı kollaj yerləşdirib. Turkustan.info xəbər verir ki, bu haqda “Lenta.ru” məlumat yayıb. Həmin kollajda göz yaşı içində nəzərlərini ABŞ prezidentinə yönəldən balaca uşaq təsvir olunub. Şəkil “Amerikaya xoş gəlmisiniz” yazısı ilə müşayiət olunur. Dərginin son buraxılışında əsas mövzu Tramp administrasiyasının qanunsuz miqrantlara qarşı sərt […]

Duzu şəkər tozu ilə qarışdırıb qəbul etsəniz

Amerikakı alim Mett Stoun səhiyyə sahəsində önəmli mütəxəsislərdən biridir. O, duz və şəkərin kombinasiyasının insanın sağlamlığı üçün xüsusi effektiv olduğunu vurğulayır. Duz, şəkər ayrılıqda çox qəbulu insan üçün zərərlidir. Amma sən demə, onlar birlikdə hüceyrələr üçün batareya rolunu oynaya bilir: natrium ilə qlükozanın vəhdəti yorğun hüceyrələrə nəfəs verir. Medicina.az bildirir […]

ABŞ Rusiyanın qırıcı təyyarələrindən qorxduğunu ETİRAF ETDİ: “Ankara “Su-57″ alarsa…”

ABŞ-ın “Military Watch” hərbi mövzulu dərgisi Rusiya istehsalı olan “Su-57” ilə Amerika istehsalı “F-35” qırıcı təyyarələrini müqayisə edib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu iki qırıcının önəmli dərəcədə fərqli olduğu bildirilən xəbərdə “Lokid Martin” şirkətinin məhsulu olan “F-35”in aşağı manevr qabiliyyətinə sahib zəif bir təyyarə olduğu qeyd edilib. “Su-57” “Su-57”-nin […]

“Bu ölkə bir neçə saata məhv edilə bilər” – Prezidentin keçmiş köməkçisi AÇIQLADI

Ümid edirəm ki, yaxın vaxtlarda Şimali Koreya tərəfindən Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Amerika prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanən icrası ilə bağlı konkret addımları görəcəyik. Amma şəxsən mən konkret addımların olacağına əmin deyiləm”.  Turkustan.info xəbər verir ki, bunu “Qazeta.ru”ya müsahibəsində Brukinqs İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın […]