ABŞ Rusiyanın qırıcı təyyarələrindən qorxduğunu ETİRAF ETDİ: “Ankara “Su-57″ alarsa…”

ABŞ-ın “Military Watch” hərbi mövzulu dərgisi Rusiya istehsalı olan “Su-57” ilə Amerika istehsalı “F-35” qırıcı təyyarələrini müqayisə edib.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu iki qırıcının önəmli dərəcədə fərqli olduğu bildirilən xəbərdə “Lokid Martin” şirkətinin məhsulu olan “F-35”in aşağı manevr qabiliyyətinə sahib zəif bir təyyarə olduğu qeyd edilib.

“Su-57”

“Su-57”-nin isə havada üstünlük əldə etmək üçün dizyn edilən ağır təyyarə olduğu bildirilib. Bununla yanaşı, Rusiya istehsallı təyyarənin rəqibi ilə müqayisədə hava mübarizəsinə çox daha uyğun olduğu vurğulanıb.

“Su-57” sürətinə, uçuş yüksəkliyinə, sensorlarına, raketlərinə, hədəfi vurma məsafəsinə, hücum imkanlarına, pilotu qorumasına və manevr qabiliyyətinə görə bütün özəllikəri ilə rəqibindən önə çıxır.

“F-35”

Məqalədə, həmçinin, ABŞ Senatının Türkiyəyə “F-35” qırıcısının satışını blok etdiyi, bu durumda rəsmi Ankaranın Amerika təyyarəsi yerinə “Su-57” ala biləcəyi qeyd edilib. “Military Watch” Türkiyənin “Su-57” alması durumunda hava qüvvələrinin önəmli ölçüdə daha təhlükəli hala gələcəyini vurğulayıb.