Azərbaycanlı qadından Ərdoğana MESAJ: “Bütün ailəm, nəslim, çocuğum…” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan A xəbər – ATV kanallarının ortaq canlı yayımında qonaq olub.

Turkustan.info xəbər verir ki, verilişdə maraqlı dəqiqələr yaşanıb.

Üçüncü hava limanından gerçəkləşdirilən yayımda xalqın prezident haqqında düşüncülərini əks etdirən küçə sorğusu Ərdoğana izlədilib.

Videoda azərbaycanlı bir qadının Azərbaycan dilində verdiyi mesaj prezidenti gülümsədib. Qadın “seçkilərdə Ərdoğana dəstək olacaqsınızmı” sualına “Bütün ailəm, nəslim, çocuğum, bütün Azərbaycan onun eşqindədir” cavabını verib.

Video qısa müddətdə Türkiyə mediasında böyük maraq doğurub.

/Publika.az/