Azay Quliyev üçün xüsusi tarix…

Bu gün Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin doğum günüdür.

Turkustan.info xəbər verir ki. A.Quliyevin 47 yaşı tamam olub.

Azay Quliyev 23 iyun 1971-ci ildə Ermənistan SSR-in Sisian rayonun Vağudi kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb.

1989-1991-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçib.

1992-1997-ci illərdə Bakı Dövlət UniversitetininTarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, “Kennedy School”da, “QHT Liderləri üçün Strateji İdarəetmə” proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.

1993-1998-ci illərdə “Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri olub.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifələrində çalışıb.

2001-2003-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyinin(GTZ) Azərbaycan nümayəndəliyinin vətəndaş cəmiyyəti üzrə eksperti olub.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Milli Məclisə deputat seçilib.

2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilib.

Azay Quliyev 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Dövlətin vətəndaş cəmiyyətinə dəstəyinin uğurlu mexanizmi olan Şura QHT-lərə məlumat, təşkilati-texniki, konsultativ, maliyyə və metodiki yardım edir.

A.Quliyev 2016-cı ildən ATƏT PA-nın vitse-prezidentidir.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur, ingilis, rus və türk dillərini bilir. Ailəlidir, üç övladı var.  /Modern.az/