Nazir Yavər Camalov vəfat etdi

Müdafiə sənayesi naziri Yavər Camalov bu gün günorta saatlarında Bakıdakı evində vəfat edib.

Turkustan.info APA-ya istinadla xəbər verir ki, bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

69 yaşlı nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.

Allah rəhmət etsin!