Gün: İyun 24, 2018

Türkiyənin baş naziri kreslosunu hərraca çıxardacağına söz verib

Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra vəzifəsi ləğv olunacağından, zarafatca öz kreslosunu hərraca çıxardacağına vəd verib. Turkustan.info xəbər verir ki, bunu o, İzmir şəhərində səs verərkən bildirib. “Türkiyə yeni üfüqlərə doğru yolunu davam etdirəcək….Mənim kreslom isə məndə qalacaq. Mən onu hərraca çıxardacağam”, — deyə […]

Ətdən sonra növbə balıqda: Vətəgələr də bir əldə cəmləşir

Azərbaycanda torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib və nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında yer alıb. Belə ki, ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. Komitənin təhlili əsasında 529 balıq gölü müəyyən edilib və onlar […]

Baxçalı proqnozları alt-üst etdi

Hazırda seçicilərin 70 faizdən çoxunun səsinin açıqlanması bəzi sürprizləri ortaya qoyub. Turkustan.info xəbər verir ki, türkiyəli politoloqların canlı müzakirəsində əsasən MHP-nin göstərdiyi nəticələr rol alıb. Bildirilir ki, əgər seçkidən öncə İYİ Partiyası səbəbindən millətçilərin səsinin parçalandığı və MHP-nin baraj altında qalacağı, hətta 5-6 faiz səs toplayacağı barədə irəli sürülən iddiaları Dövlət […]

Səslərin 80%-i sayıldı: kim liderlik edir? – NƏTİCƏLƏR+Canlı

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla 17:00-da sona çatıb. Turkustan.info xəbər verir ki, hazırda səslər sayılır. Ali Seçki Qurumu Türkiyə vaxtı ilə 18:45-dən (Bakı vaxtı ilə 19:45) başlayaraq, nəticələrin canlı olaraq rəsmən yayımlanacağı barədə məlumat yayıb. *** Prezident seçkisi: Bülletenlərin 78,6 faizi sayılıb. Nəticələr belədir: 1. […]

Ərdoğana ilk zəng İlham Əliyevdən

Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi […]

Tolstoydan yaşamağın 17 QAYDASI: Dadınlardan uzaq dur

“Qeyri-adi bir insan olduğuma tez, ya da gec öyrəşməliyəm. Əxlaqi cəhətdən mənim qədər yaxşı, mənim qədər idealları üçün hər şeyi fəda etməyə hazır olan kimsəni tanıyıb görmədim”. Bu sözləri Tolstoy 1853-cü ildə, yəni 25 yaşında yazıb. Bəlkə də yazdığı bu cümlələr təvazökarlıqdan uzaqdır, amma  özü haqqında dediyi “qeyri-adi insanam” mövzusunda […]

Türkiyədə seçkilərin ilkin nəticələri açıqlandı – Prezident kim olacaq?

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilk nəticələri açıqlanıb. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, seçki bülletenlərinin 57,96 faizinin hesablanmasından sonra məlum olan nəticələrə görə, prezidenti postu uğrunda hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası – AKP) 56,22 faiz səs toplayıb. Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası – […]

“Qanuni oğru”nun lüks həyat yaşayan cazibədar qızı – FOTO

Bütün dünyad məşhur olan “Taro” ləqəbli “qanuni oğru” Tariyel Onianib 2009-cu ilin sonunda Rusiyada həbs edilmişdir. Əslən Gürcüstanlı olan kriminal avtoritet Tariel Onianinin bu ilin sonunda azadlığa buraxılacağı gözlənilir. Avtoritetin 25 yaşlı cazibədar qızı isə zadəganlara layiq həyat sürür. Turkustan.info Publika.az-a istinadən “Taro” ləqəbli avtoritetin 25 yaşlı qızı haqqında maraqlı məlumatları […]

UEFA “Qarabağ”ı sildirdi – VİDEO

Hüseyn Yusifin “Qarabağ”a həsrt etdiyi mahnı UEFA`nın şikayəti əsasında Youtube platformasından silinib. Buna səbəb olaraq isə müəllif hüquqları UEFA`ya məxsus olan kadrların klipdə icazəsiz istifadə edilməsidir. Müəllif klipi redaktə edərək həmin kadrları dəyişib yenidən platformaya dəfələrlə yükləsə də mahnının adının qadağanolunmuşlar siyahısında olması səbəbindən avtomatik olaraq silinmişdir. Hüseyn Yusifin çoxsaylı […]

“Səsvermə bitənə qədər “sükut”a riayət etməliyik” – Bakıdan baxış

“Yayılan məlumatlar səsvermə prosesinin hələ ki, insidentsiz davam etdiyini göstərib”. Turkustan.info xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermənin gedişini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Şahinoğlunun sözlərinə görə, səsvermə başa çatmayana qədər prosesə qəti qiymət vermək doğru olmazdı: “Müşahidələr və yayılan məlumatlar bunu göstərir […]

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Bu gün  mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi tamam olur. Turkustan.info bildirir ki, Modern.az saytı mərhum prezidentin yubileyi günündə ailəsi ilə əlaqə saxlamağa çalışıb. Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev saytımıza açıqlamasında deyib ki, atasının yubileyini xalqın içində qeyd edirlər. “Hazırda Kələkidəyik. Atamın 80 illik yubileyini […]

İran Azərbaycan münasibətlərini kimlər pozur – Şok faktlar

İranın İslam Respublikasının “Təsnim” agentliyi Azərbaycanla bağlı hesabat yayıb. “Bakı: anti-İran millətçiliyinin qızışdırılmasından Pəhləvi səltənətinin qalıqları ilə qucaqlaşmaya qədər” adlanan hesabatın hazırlanmasına formal səbəb ölkəmizin ABŞ-dakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vaşinqtonda təşkil etdiyi təntənəli ziyafətə keçmiş İran şahının hazırda Amerikada yaşayan oğlu […]

Türkiyə inqilab gerçəkləşdirir – Ərdoğan

Türkiyə daxilində seçkilərdə iştirak faizinin yaxşı olduğu görünür. Dünyanın ən inkişaf etmiş ölkələrində belə iştirak faizinin 30 faizə qədər düşdüyü bir vaxtda Türkiyə bu problemləri geridə qoyub. Turkustan.info xəbər verir ki, bu sözləri sesvermə prosesində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu seçkinin başqa bir özəlliyi var. Bu seçkilərlə […]

Şantaj olunan qız: “Çılpaq şəkillər göndərməyimi istəyirdi” – Azərbaycanda

Sosial şəbəkədəki tanışlıq real həyatda gerçəkləşdikdən sonra istintaq və məhkəmə salonlarına yol açıb. Virtual dostunun onu şantaj etdiyini deyən qadın “bandotdel”ə müraciət edib. Araşdırmalar zamanı isə məlum olub ki, əslində virtual dostu qıza verdiyi borcu ondan geri istəyib… Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini, 27 yaşlı Elnur Əbilovun cinayət […]

Bakıda polis əməkdaşının qadına cavabı gündəmə çevrildi – Video

Məlum olduğu kimi, iyunun 26-da Bakıda hərbi parad keçiriləcək. Paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək. Turkustan.info xəbər verir ki, bununla əlaqədar paytaxtın bir neçə mərkəzi yollarında nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Yolların bağlanması bəzi sakinlərin narazılığına səbəb olub. Buna görə onlar yol patrul xidmətinin əməkdaşına etirazlarını bildiriblər. Narazı […]

“Güclü və tarixi ənənəsini yaşadan qeyrətli orduya malikik”

Düşməni qısa müddətdə susdurmağa və darmadağın etməyə güclü ordumuz var. “Qarabağ”Kikboksinq Klubunun prezidenti,tanınmış idman ictimaiyyətçisi Emin Seyidov 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı fikirlərini şərh edərkən qeyd edib. “Cənubi Qafqazda müasir orduya malikik. Hərbi paradda müasir və yeni alınmış,həmçinin yerli istehsalı olan silahlar nümayiş olunacaq.Bunun özü işğalçı Ermənistana […]

Muharrem İncedən daha bir kobudluq: səsvermə zamanı müxbiri acıladı – VİDEO

Türkiyədə CHP sədrliyinə namizəd olan Muharrem İnce Yalovada səs verib. Gərgin olduğu görünən İnce səs verən zaman yanında olan müxbir-repartyoru əvvəlcə acılayıb, sonra üzr istəyib. Türkiyədə CHP sədrliyinə namizəd olan Muharrem İnce Yalovada səs verib. Gərgin olduğu görünən İnce səs verən zaman yanında olan müxbir-repartyoru əvvəlcə acılayıb, sonra üzr istəyib. […]

Siz hardan biləsiz Bəyi…

Aqil CAMAL   Bu gün çağdaş Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident, Türk dünyasının abidə şəxsiyyəti Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı düşüncələrimi yazacaqdım. Amma son günlərdə “Elçibəy-80” yazı müsabiqəsinin nəticələri ətrafında xoşagəlməz söz-söhbətlər, yubiley düşüncələri əvəzinə, bu qeydləri bildirməyə məni vadar etdi. Hələ, təşkilat komitəsində müsabiqənin nominantlarına pul mükafatları […]

Türkiyədə rekord – Seçki 32 dəqiqədə bitdi

Türkiyənin Manisa şəhərinin Dəmirçi mahalının Bozköy kəndində səsvermə prosesi 32 dəqiqə ərzində yekunlaşıb. Bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, 48 nəfərin yaşadığı kənddə səsvermə hüququ olan 35 nəfərdən 29-u bu hüququndan istifadə edib. Qalan 6 seçicinin isə səhhəti ilə əlaqədar şəhərdən kənarda olduğu qeyd olunub.   /ednews.net/az

Bu gün vəfat edən nazirimizin son – VİDEOSU

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib. Bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş nazirin qəfil səhhəti pisləşib və o, 68 yaşında gözlərini əbədi olaraq yumub. Mərhum nazirin “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinində çəkilən son görüntülərii təqdim edirik:

BMT-nin Qarabağ qətnaməsi – Lavrovu narahat edən nədir?

Əslində, Sergey Lavrovdan başqa şey gözləmək olmazdı. Turkustan.info bildirir ki, bunu Axar.az-a BMT-nin Baş katibi Antonio Quterreş və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməməsinə dair müzakirələrə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Lavrov son […]

Hacıqabulda dəhşət: xalası qızının boğazını kəsdi

Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib. Turkustan.info APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu xalası qızı – Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib. Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə […]

Tarixin ƏN MÜƏMMALI YƏHUDİ QADINI – Əri can verəndə ona toxuna bilmədi

Məşhur yəhudiəsilli alman Qlükel fon Hameln ədəbiyyat tarixində öz memuarları ilə məşhurdur. Almaniyanın Hamburq şəhərində yaşayan bu sıravi qadın hardan bilərdi ki, yazdığı xatirələri bir gün dünyanın ən mötəbər ədəbiyyat festivallarında qürurla nümayiş olunacaq. Turkustan.info Publika.azöa istinadən Qlükelin həyatından bir neçə maraqlı fraqmenti təqdim edir.   Qlükel fon Hameln 1646-cı ildə […]

İcra başçısının paltar qadağası – Bakıda bu da oldu

Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib. Turkustan.info “Xəzər TV”yə istinadən xəbər verir ki, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib ki, həmin tələb mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir. Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ […]

“Facebook”dan YENİ QƏRAR: Pul ödənişi sisteminə keçir

“Facebook” sosial şəbəkəsi qruplarda ödənişli qeydiyyatı tətbiq edir. Turkustan.info xəbər verir ki, abunəçilərdən eksklüziv kontent üçün pul çıxılacaq. Qeydiyyat üçün minimal ödəniş 4,99 dollar, maksimal ödəniş isə 29,99 dollar təşkil edir. Qruplarda qeydiyyat belə aparılacaq: Qrupun inzibatçısı istifadəçilərə dəvət göndərəcək. Bu dəvətdə onun hansı eksklüziv onun çıxış əldə edəcəyini və buna […]

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş…

Paşinyanın İrana səfər etmək istəməsi o anlama gəlməlidir ki, Ermənistan İranla bağlı siyasətini dəyişməyəcək, əksinə, bunun daha da inkişaf etdirilməsi üçün İran rəsmilərindən xahişlər edəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, əslində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan İranla əlaqələrin […]

Sən xərçəngə qalib gəlmək gücündəsən! – Qənirə Paşayeva

Dəyərli qardaşımız, sən xərçənglə neçə illərdir mübarizə aparırsan və nə olursa olsun, həyata küsməməyinlə, sevginlə, həyat və insan eşqinlə ona qalib gəlibsən və inanırıq ki, yenə qalib gələcəksən. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva tanınmış aparıcı Hacı Nuran Hüseynov haqda qeyd edib. O bildirib ki, Almaniyadan […]

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür. Turkustan.info-nun məlumatına görə, Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir […]

Nadim: Azərbaycan dilində olan “Quran”a inanmıram – VİDEO

ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” proqramı yenə qalmaqalsız ötüşməyib. Turkustan.info xəbər verir ki, bu dəfə verilişə qonaq ismində dəvət olunmuş ekstrasens Nadim digər ilahiyyatçı qonaqla mübahisə edib. Belə ki, ilahiyyatçı Nadimdən “Qurani Kərim”ə inanıb, inanmadığını söyləyib. Nadim isə cavabında “Mən Allaha da, “Quran”a da inanıram, ancaq Azərbaycan dilinə tərcümə olunmuş “Quran”a […]

Güney Azərbaycanın vahid bayrağı müəyyənləşdi – FOTO

Güney Azərbaycan Milli Hərəkatının yeni və vahid bayraq forması təsdiq edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərar Güney Azərbaycan təşkilatları və hərəkat liderlərinin birgə toplantısında verilib. Toplantıda Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı da iştirak edib. Qeyd edək ki, Güney Azərbaycanı təmsil edən bayraq və simvolun mövcudluğu bir […]

Eyni ayda, eyni yaşda öldülər – Vəzifədə ikən dünyasını dəyişən məmurlar

Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qəfildən dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu, son 10 ayda Camalovlar ailəsinə ikinci ağır itkidir. Belə ki, ötən ilin sentyabrında Yavər Camalovun oğlu Rövşən Camalov uzun sürən xəstəlikdən sonra Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi. Nazir postuna 2006-cı ildə təyin olunan […]

Rusiyanın hərbi eksperti Paşinyanı ifşa etdi

Hələ ki, Moskva Ermənistan Ordusunu hərbi təyyarələrlə təchiz etmək istəmir. Ermənistanın Su-30SM təyyarələrini əldə etməklə bağlı baş nazir Nikol Paşinyanın “Facebook” hesabındakı statusu ilə bağlı Rusiyanın hərbi politoloqu, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi elmlər və Sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiyevin Oxu.Az-a öz fikirlərini bölüşüb: “Xalq hərəkatı sayəsində hakimiyyətə gələn, […]

Müxalifətin Ərdoğana qarşı AĞLASIĞMAZ PLANI: Seçkilər ikinci tura qalsa…

Sabah Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezidenti postu uğrunda hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası – AKP), Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası – CHP), Səlahəddin Demirtaş (Xalqların Demokrat Partiyası – HDP), Meral Akşener (İYİ Partiyası), Temel Karamollaoğlu (Səadət Partiyası) və Doğur Perinçek (“Vətən” Partiyası) mübarizə […]