“Güclü və tarixi ənənəsini yaşadan qeyrətli orduya malikik”

Düşməni qısa müddətdə susdurmağa və darmadağın etməyə güclü ordumuz var.
“Qarabağ”Kikboksinq Klubunun prezidenti,tanınmış idman ictimaiyyətçisi Emin Seyidov 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı fikirlərini şərh edərkən qeyd edib.
“Cənubi Qafqazda müasir orduya malikik. Hərbi paradda müasir və yeni alınmış,həmçinin yerli istehsalı olan silahlar nümayiş olunacaq.Bunun özü işğalçı Ermənistana və separatçı Qarabağ rejiminə mesajdır. Düşmən bundan dərs çıxarmalıdır. Azərbaycan prezidenti cənab İlham Əliyev sülh siyasətini dəstəkləyir və məsələnin həllini dinc yolla həllinə nail olmağa üstünlük verir. Ancaq düşmən bundan sui-istifadə etməyə çalışmasın. 
Son iki ilin uğurlu əməliyyatlarından düşmən nəticə çıxartmalıdır. Azərbaycan ordusu istənilən vaxt bir həmlə ilə işğalçı ordunu doğma torpaqlarımızdan təmizləyər. Buna gücümüz və qeyrətimiz imkan verir.
Təəssüf ki,beynəlxalq güclər məsələni uzadırlar. Başımızı qatmağa çalışırlar. Onlardan fərqli olaraq dövlətimiz real addımlar atır. Bir neçə gün əvvəl “Günnüt əməliyyatı” ilə bağlı 30 dəqiqəlik yayımlanan videodan göründü ki,qəhrəman ordumuz peşəkarlıqla 11 min hektar torpağı düşməndən təmizləyib. Azad olunmuş yüksəkliklərdə postlarımız qurulub.
Bunu şanlı ordumuz tərəfindən 100 illiyə sürpriz adlandırmaq olar. Həm də xalqımızın torpaqlarımıza qayıdış inamını,istəyini və arzusunu gücləndirdi”.