Türkiyə inqilab gerçəkləşdirir – Ərdoğan

Türkiyə daxilində seçkilərdə iştirak faizinin yaxşı olduğu görünür. Dünyanın ən inkişaf etmiş ölkələrində belə iştirak faizinin 30 faizə qədər düşdüyü bir vaxtda Türkiyə bu problemləri geridə qoyub.

Turkustan.info xəbər verir ki, bu sözləri sesvermə prosesində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu seçkinin başqa bir özəlliyi var. Bu seçkilərlə birlikdə Türkiyə bir növ demokratik inqilab gerçəkləşdirir. Prezident idarə üsuluna keçid ilk dəfə bizlərə nəsib olur. Bu sistemə keçidlə Türkiyə müasir mədəniyyətlər səviyyəsindən də yuxarı qalxmağı hədəfləyir. Bundan sonrada ölkəmiz yüksəlişini bürokratik oliqarxiyaya ilişmədən davam etdirəcəkdir.

Ərdoğan seçkilərin gedişinin bir hissəsini İstanbulda, daha sonra isə Ankarada izləyəcəyini bildirib.  /Axar.az/