Gün: İyun 25, 2018

Ermənistan əleyhinə status yazan azərbaycanlıya cinayət işi açıldı

Gürcüstanın azərbaycanlı vətəndaşı Orxan Abbasa qarşı terrorizmə çağırış maddəsi üzrə cinayət işi açılıb.  O. Abbas APA-nın yerli bürosuna bildirib ki, buna səbəb 2016-cı ilin aprel döyüşləri zamanı “Facebook” sosial şəbəkəsində Ermənistan əleyhinə yazdığı statusdur. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında dəstək aksiyası keçirmək əvəzinə, Ermənistan səfirliyi […]

Ali Məhkəmə Mehman Hüseynov barəsində QƏRAR VERDİ

Ali Məhkəmədə həbsdə olan bloqçu Mehman Hüseynovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Turkustan.info bizimyol-a istinadən  xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun iştirakı təmin edilməyib. Hakim bildirib ki, M.Hüseynov öz istəyi ilə prosesdə iştirak etmir. Həmçiin xüsusi ittihamçının və onun nümayəndəsinin məhkəmədə iştirak etmədiyi elan […]

Arıqlamaq üçün bu 2 ədviyyatdan istifadə edin

Kolumbiya Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, çili bibəri və zəncəfil həqiqətən arıqlamağa kömək edir. Pəhrizdə heç bir dəyişiklik etməyən eksperiment iştirakçıları yalnız bu ədviyyatların köməyi ilə bədən çəkisinin azalmasına nail olublar. Eksperiment iştirakçıları çili bibəri əlavə olunmuş qidaları yeyirdi və zəncəfil çayı içirdi. Bu iki ədviyyat maddələr […]

General Manvelin Azərbaycan polkovniki ilə gizli əlaqəsi

Sevgilisini nazir qoydurmuş Qarabağ “qəhrəmanı”nın hind filminə bənzər həyatı Paşinyanın həbsə atdırdığı bədnam general Manvel Qriqoryan həbs olunandan və oğlu Karen Qnriqoryan işdən azad edildikdən sonra doğma şəhəri Eçmiadzində sakinlər bütün günü bayram ediblər və bunun tutarlı səbəbləri var. İstiPress-in məlumatına görə, bədnam general öz şəhərində və bütün Ermənistanda insanların […]

Bakı sakinləri hansı çimərliyə gedir? – Video sorğu

Qarşıdakı ayların çox isti keçəcəyini nəzərə alsaq, dincəlmək üçün bir nömrəli məkanın çimərliklər olacağı danılmazdır. Abşeron çimərliklərinin bəzisində suyun natəmizliyi, eyni zamanda pullu, ya pulsuz olması məsələsi insanları narahat edir. Bəs, paytaxt sakinləri hansı çimərliklərə gedirlər? Bu sualla “Bizim Yol”un əməkdaşı Ramid İbrahimov “Şıx” çimərliyində və Bakı bulvarında video sorğu […]

Aqrar universitetdə ordunun 100 illiyi qeyd edilib

Azərbaycan  Dövlət Aqrar Universitetin İcimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrotexnologiya fakültəsində 26 iyun milli ordunun yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirib. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Universitetin tədris işləri üzrə prorektoruAnar Hətəmov Azərbaycanda ordu quruculuğununzəngin tarixindən danışıb və bu gün daha güclü ordumuzun olduğunu deyib.  Kafedra müdiri, […]

Əmək pensiyalarına qulluq stajına görə əlavələr edilir

Prezident İlham Əliyev “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: […]

Komandir baş çavuşu güllələdi – Erməni ordusunda növbəti cinayət

İyunun 22-də güllənərək qətlə yetirilən Ermənistan ordusunun baş çavuşu, komandir müavini Avanes Melkonyanın qatilinin kimliyi məlum olub. Turkustan.info Ermənistan KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Melkonyan bölük komandiri tərəfindən öldürülüb. Hadisə ayın 22-də axşam saatlarında xidməti yerdə baş verib. Cinayətin görüntüləri yaxınlıqda dayanmış yük maşınının sürücüsü tərəfindən qeydə alınıb. […]

Muharrem İncə Ərdoğana zəng etdi… SON DƏQİQƏ

Türkiyədə iyunun 24-də keçirilən prezident seçkisində 30.78 faiz səslə ikinci yeri tutmuş Muharrem İncə seçkinin qalibi – hazırkı Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğana telefon açıb. Turkustan.info Türkiyə mediasına istinadla bildirir ki, Muharrem İncə seçkidə qələbə qazanması münasibətilə R.T.Ərdoğanı təbrik edib. Ölkənin gələcək idarəetməsi ilə bağlı arzularını dilə gətirib.  

Xalq artistinin səhhəti yenidən pisləşdi

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib. Turkustan.info xəbər verir ki, Azvision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib. “Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, – deyə Xasıyeva bildirib. Qeyd […]

İlham Əliyev 8 sərəncam, 3 fərman imzaladı

Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, […]

Ərdoğan İstanbulda İncəyə nə qədər fərq atıb? – Tam nəticə

Ötən gün Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı İstanbuldakı tam nəticələr açıqlanıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsas rəqibi CHP-çi Məhərrəm İncəyə 1 milyon səs fərq atıb. MSK-nın açıqladığı rəsmi nəticələr aşağıdakı kimidir: Rəcəb Tayyib Ərdoğan: 4 milyon 578 min 454 Məhərrəm İncə: 3 milyon […]

Üçbarmaqlı mumyalanmış cəsəd tapıldı – FOTOLAR

PERUDA YADPLANETLI OLDUĞU TƏXMIN EDILƏN MUMYALANMIŞ CƏSƏD TAPILIB. BELƏ KI, ÜÇ BARMAQLI VƏ UZUNSOV BAŞ FORMASINA SAHIB OLAN CƏSƏDIN YENI INSAN NÖVÜNƏ AID OLA BILƏCƏYI DÜŞÜNÜLÜR. Turkustan.info Primetime.Az-a istinadla Edilən DNT analizi nəticəsində cəsədin qadın cinsinə aid olduğu və təxmini 1800 yaşında ola biləcəyi açıqlanıb. Bununla yanaşı cəsədin 98.5%-i insan, 1.5%-i […]

Prezident yeni rüsumlarla bağlı qanunu imzalayıb

Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Turkustan.info xəbər verir ki,  dəyişikliklə Azərbaycanda baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib. Qanuna əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması. […]

Serj Sarkisyanın qardaşı saxlanıldı

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr polis tərəfindən saxlanılıb. Turkustan.info xəbər verir ki, bunu “RİA Novosti”yə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəhbəri Aşot Aqaronyan bildirib. A.Sarkisyan qanunsuz silah saxlamaqda ittiham olunur. Digər təfərrüatlar barədə məlumat verilmir.  /Modern.az/

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu gün AŞPA-nın yay sessiyasının ilk günü Assambleyada müzakirə olunan iki sənəd “Progress report” və “Azərbaycanda  erkən prezident seçkilərinin müşahidəsi” adlı qətnamə layihələrinin müzakirəsində çıxış edib.  Turkustan.info xəbər verir ki, o, təşkilatı Azərbaycana qarşı ikili standarlara son qoymağa çağırıb: ”Dəyərli dostlar, Azərbaycanda […]

“Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” – Anar Cəbrayıllı

UNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız. UNEC News iyun ayının məzununu qürurla təqdim edir! Anar Cəbrayıllı 1974-cü il oktyabrın 29-da Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) Maliyyə-kredit fakültəsinə daxil olub, […]

Hacı Nuranın yanına aparılan at xəstəxananı bu hala saldı – FOTO

Bu günlərdə adı “Grant Hospital”dan dəyişdirilərək “Ege” klinika adlandırılan hospitalda müalicə alan hacı Nuranın yanına at gətirilməsi sosial mediada narazılıqla qarşılanıb. Etiraz edənlər tibb müsəssisəsinə heyvanın gətirilməsini qanunsuz əməl kimi qiymətləndirib. Qeyd edək ki, Səhiyyə Nazirliyi bu olayı pisləsə də ancaq şikayət olunacağı təqdirdə tədbir görüləcəyini bəyan edib. Öz növbəsində […]

ATƏT PA-nın vitse-prezidenti: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”

“Türkiyədə prezident və parlament seçkilərinin çox böyük rəqabət şəraitində keçirildiyinə hamımız şahid olduq”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, Türkiyədə seçkilər azad, ədalətli və demokratik keçirildi və bütün dünya buna şahidlik etdi: “Eyni zamanda, seçkidə iştirak edən rəqiblər də bunu etiraf etdilər […]

Evimizdəki təhlükə: Xərçəng xəstəliyi də yaradır

Son vaxtlar plastik qabların zərəri barədə məlumatlar çoxalıb.  Turkustan.info xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev bu qabların günümüzün bəlasına çevrildiyini deyib. Onun sözlərinə görə bəlli olub ki, bu qabların tərkibində Bisfenol A kimi toksiki maddələr və ağır metallar var:  “Qablar qızdırıldıqda və isti günəş altında qaldıqda həmin toksiki maddələr içərisindəki su və […]

Rəsmi Bakı: Ərəblərin Qarabağ separatçıları ilə razılaşması ləğv edildi

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində bu ölkənin mobil operatoru olan “Etisalat”ın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib. XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan Beynəlxalq Telekommukasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün […]

Hacı Nuranın “xərçəng şou”su və ya batan hospitaldan səhiyyəyə “PONU ŞILLAĞI”

Hacı Nuran kimi tanınan məşhur teleaparıcı Nuran Hüseynovda son günlərdə ağciyər xərçəngi tapıldığı və vəziyyətinin ağır olduğu xəbəri yayılıb. Daha əvvəl də xərçəng xəstəliyindən əziyyət çəkən və Almaniyada ağır müalicə kursları keçdikdən sonra sağalıb, vətənə dönən Hacı Nuranda yenidən xərçəng tapıldığı xəbəri isə bu dəfə müzakirəsiz ötüşmür. Turkustan.info BakuPost-a istinadən […]

Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası baş tutub. Turkustan.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, iclasda bildirib ki, aprel hadisələrindən sonra Təhlükəsizlik Şurasının ilk dəfə keçirilir. Paşinyan yeni Konstitusiyaya keçidlə bağlı 155-ci maddənin 2-ci bəndinə əsasən, ölkənin təhlükəsizlik sahəsindəki siyasətinin məhz Şura tərəfindən icra olunacağını […]

Prokurordan Təranə Qumralla bağlı – QƏRAR

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu barədə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin […]

Müdafiə Nazirliyi paradla bağlı məlumat yaydı

Müdafiə Nazirliyi iyunun 26-da hərbi parad keçiriləcəyi ilə bağlı məlumat yayıb.  Turkustan.info xəbər verir ki, məlumata görə, hərbi paradda 4000 nəfərədək şəxsi heyət iştirak edəcək. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi nümayiş olunacaq. Paradda Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, […]

Yüzillik bir tarixə elmi baxış – “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi(1918-2018)”

Böyük Şərq filosofu Əbu Turxanın dil haqqında dəyərli bir fikri var: “Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır”. Başqa bir görkəmli yazıçı da  “Dil mədəniyyətlə birgə boy atır”- deyib. Bu gün çağdaş dövrümüzdə əvvəlki   qəlibinə sığmayan və milli mədəniyyətimizlə birgə boy atan, inkişaf edən  ana […]

Sumqayıtda şəhidlər anıldı – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar, milli ordumuzun qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının əziz xatirəsinə həsr olumuş “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilib. Turkustan.info-nun verdiyi məlumata görə, anım mərasiminə toplaşanlar ilk öncə muzeyin “Şəhidlər […]

Avropa İttifaqından Türkiyədəki seçkilərə ilk reaksiya

Avropa İttifaqından (Aİ) Türkiyədəki seçkilərlə əlaqədar səslənən ilk açıqlamada qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Turkustan.info xəbər verir ki, bu barədə “Anadolu Ajans” məlumat yayıb. “Ümid edirik ki, prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə Türkiyə miqrant, təhlükəszilik, regional sabitlik və terrorla mübarizə kimi mühüm məsələlərdə Aİ-nın tərəfdaşı olmağa davam edəcək”, – deyə […]

Muharrem İnce TRT əməkdaşlarını zaldan qovdu – VİDEO

CHP-dən prezidentliyə namizəd olan Muharrem İnce məğlubiyyətdən sonra mətbuat konfransı keçirib. Turkustan.info xəbər verir ki, Muharrem İnce mətbuat konfransına başlamazdan əvvəl TRT kanalının əməkdaşlarının salonda olub-olmamasını soruşub. Onların da mətbuat konfransına qatıldığını bilən İncə bunları deyib: “Dostlar, TRT əməkdaşları burdadır? TRT əməkdaşlarını çölə çıxarın. İstanbul, Ankara, İzmir mitinqlərimi yayımlamayan televiziya […]

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial […]

Prezidentdən Zakir Həsənovla bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 1-ci dərəcəli “Rəşadət” ordeni […]

Rusiya Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi

Dövlət Dumasının sədri Vyaçeslav Volodin: “Azərbaycan həmişə Qarabağ məsələsində doğru mövqe sərgiləyib”  Azərbaycanda Rusiyaya yaxın olan digər ölkələrdən daha çox rus dilini öyrənmək üçün məktəb və ali təhsil müəssisələri var. Turkustan.info xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşü […]

İncədən Ərdoğana sensasiyalı MÜRACİƏT: ”Həyat yoldaşımın qaçırılması…”

Çıxışıma sosial mediada dolaşan iddialarla başlamaq istəyirəm. Həyat yoldaşımın qaçırılması, mənim təhdid olunmağım, saraya getməyim kimi xəbərlər sadəcə bir neçə şizofrenikin uydurmalarıdır. Belə bir şey yoxdur. Bu məsələni bağlayaq. Bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə təhdid edilməsi ilə bağlı iddialara cavab verərkən bildirib. “İkincisi, 15 milyon vətəndaşımız mənə səs […]

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Rusiya prezidenti Vladimir Putin  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edib. Turkustan.info Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin təbrik zamanı ikitərəfli münasibətlərə də toxunub. “Səsvermənin nəticələri Rəcəb Tayyib Ərdoğanın böyük siyasi avtoriteti, Türkiyənin qarşısında duran sosial-iqtisadi  problemləri həll etmək və xarici siyasətdə ölkənin mövqeyini gücləndirməsindən […]

Əli Mirəliyevin qızından ŞOK AÇIQLAMA: “Gəlinimiz başqasına nişanlı ola-ola …” – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub.Turkustan.info xəbər verir ki, ötən verilişdə müğənninin nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb. Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyevanın qalmaqalı yenidən böyüyüb. Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin iddialar səsləndirib: […]

Azərbaycanda anomal istilər gözlənilir

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən   verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə […]

Dünya Çempionatında biabırçılıq – İranlı azakeşlər hotelin önündə… – VİDEO

Dünya Çempionatının B qrupunda mübarizə aparan İranla Portuqaliya arasında bu gün III tur çərçivəsində baş tutacaq vacib görüşdən əvvəl iranlı azarkeşlər qəribə üsula əl atıblar. Turkustan.info xəbər verir ki, qrupda 3 xalla 3-cü yeri tutan millinin tərəfdarları Portuqaliya millisinin məskunlaşdığı Rusiyanın Saransk şəhərindəki “Merkuri” hotelinin önündə parti təşkil ediblər. Azarkeşlər bununla […]

Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ – FOTOLAR

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərində sürpriz nəticələr qeydə alınmadı. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5 faiz səs toplayaraq ilk turda yenidən prezident seçilib. Onun əsas rəqibi […]

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” – Deputat seçkiləri QİYMƏTLƏNDİRDİ

“Türkiyə Cümhuriyyəti 24 iyun seçkilərilə ən yeni siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoydu”.  Bunu Turkustan.info-yaMilli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüzillikdə yerini və rolunu müəyyən edəcək:  “Mən bu seçkini önümüzdəki yüz […]

“Kişilər ailə başçısı deyil, qadınlar isə…” – Ayaz Salayev – Video

Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişinin qonaqlarından biri maraqlı açıqlaması ilə yadda qalıb. Turkustan.info xəbər verir ki, proqramda iştirak edən kinorejissor Ayaz Salayevin qadın-kişi bərabərliyi haqqında fikirləri diqqət çəkib. O, kişilərin artıq ailə başçısı olmadığını söyləyib və tələbələri arasında qadınların səviyyə baxımından üstünlüyünü önə çəkib. /Minval.info/

Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər – VİDEO

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediya-da Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub. Qeyd edək ki, könüllülər həmçinin Azərbaycanın müstəqilliyinin bərpa […]

Hospitaldan Hacı Nuranın palatasına at gətirilməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, əməliyyat üçün təcili Almaniyaya gedən “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynova müalicə aldığı özəl xəstəxanada aparıcının palatasına poni gətiriblər. Xəstəxanaya atın gətirilməsi isə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Turkustan.info bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Ege” Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli Hacı […]

Türkiyə Dağlıq Qarabağda əməliyyat keçirə bilər – Generaldan açıqlama – VİDEO

“Azərbaycan Türkiyə ilə birgə Dağlıq Qarabağda əməliyyat keçirməyə razıdır”. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyənin təqaüddə olan general-polkovniki İhsan Başbozkurt açıqlamasında deyib. O, Türkiyənin müdafiə sənayesindən danışan zaman  yeni istehsal olunan ATAK helikoperinin Pakistanla yanaşı qardaş ölkə Azərbaycana da satılacağını qeyd edib. Azərbaycanın adını çəkərkən general-polkovnik daha bir məlumatı diqqətə […]

Xalq tamaşa və çörək istəyir, tamaşa var, çörək yoxdur

Erməni ekspertlərində ciddi şübhələr yaranıb. İrəvan ekspertləri düşünür ki, ölkədə tamaşa boldur, çörəklə isə bağlı problemlər var. Onların fikrincə, toplumu səs-küylü korrupsiya qalmaqalları ilə doyurmaq qeyri-mümkündür. İnsanlar Paşinyan hakimiyyətinin vəd etdiyi islahatların nəticəsini görməlidir. Hazırda bütün Ermənistanda zərbəçi templərlə  korrupsiya mübarizəsi gedir. Demək olar ki, hər gün dövlət vəsaitlərinin oğurlanması […]

Xaçmazda ölümlə nəticələnən dəhşətli qəzanın – VİDEOSU

24 iyun günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Turkustan.info xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb. “Toyota Prado”, “VAZ 21 099” və “VAZ 2106” markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon […]

ADAU-nun rektoru Ibrahim Cəfərov Almaniyada səfərdədir

Dünyanın 20 ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edən Azərbaycan Dövlət  Aqrar Universitetinin (ADAU) geniş ikitərəfli əməkdaşlığa malik olduğu ölkələrdən biri də Almaniyadır. Hər il onlarla tələbə, professor-heyəti təhsil almaq, təcrübə keçmək, bilik və bacarıqlarını artırmaq məqsədiilə Almaniya Federativ Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinə göndərilir. Ümumilikdə  ADAU-nun  Almaniyanın […]

“Lent.az”-ın 10 yaşı tamam olur

Bu gün Azərbaycanın ilk xəbər portalı olan Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 10 il ötür. Turkustan.info-nun məlumatına görə,  www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya agentliklərindən biridir. Agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, […]

Dövlət qurumları bu avtomobillərini satır – QİYMƏTLƏR

Bir neçə dövlət qurumu balansında olan avtomobilləri hərraca təqdim edib. Turkustan.info xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 24 iyul tarixində açıq auksion təşkil edəcək. Hərraca ümumilikdə 4 avtomobil çıxarılıb ki, onlardan ikisi Maliyyə Nazirliyinə, biri Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına, biri isə Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə […]

Bakının nəfəsliyi qapadılıb, gələn aydan pullu xidmətə keçiləcək – Gerisayım

“Vəziyyət o yerə çatıb ki, nəfəs almaq istəsən belə, gərək hansısa istirahət mərkəzinə daxil olasan” Ötən il ölkə prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzaladı. Məcəllənin 46-cı maddəsinə edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşdi. Belə ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq […]

Bakı sakinləri Ərdoğanın zəfərini qeyd etmək üçün küçələrə çıxdı – Foto

Türkiyədə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra Bakı sakinləri Rəcəb Tayyib Ərdoğanın qələbəsini qeyd etmək üçün Türkiyə Səfirliyinin önünə gediblər. Turkustan.info-nun məlumatına görə, səfirliyin qarşısındakı Atatürk parkında heykəlin qarşısında toplaşan azərbaycanlılar İstiqlal Marşını oxuyublar. Əllərində Azərbaycan, Türkiyə bayraqları olan Azərbaycan və Türkiyə vətəndaşları daha sonra avtomobillərlə Bakı küçələrində tur […]

Bayraq skandalı – Güneyə yeni zərbə gəlir?

Son zamanlar Güney Azərbaycana yeni bayrağın seçilməsi gündəmdədir. ABŞ-da yaşayan bir qrup güneyli, o cümlədən “GünAz TV”nin rəhbəri Əhməd Obalı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çehrəqani GAMOH-un bayrağını Güney Azərbaycan bayrağı kimi qəbul edib və təqdim etməyə başlayıb. Analitik Əlirza Zəmaninin mövzu ilə bağlı yazdığı […]

Bakıda vəkili ürəyindən bıçaqladılar

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Turkustan.info Report-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Quliyev Camal Aydın oğlu hadisə metronun Memar Əcəmi stansiyası yaxınlığından keçən Cavadxan küçəsində mübahisə zamanı bıçaqlanıb. Onun döş qəfəsinin sol yarısından ürəyinə yaxın hissəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya […]

Qarğıdalı saçağı çayının inanılmaz faydaları

Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır. Turkustan.info xəbər verir ki, min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz fayaları var: Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin […]

Türkiyəyə pis xəbər: İtaliya ordusuna təlimat verildi

Suriyanın Deyr əz-Zor bölgəsindəki YPG-PKK qruplaşmasına kömək məqsədilə hərbçi göndərən İtaliya terror təşkilatlarına dəstəyini artırır. Turkustan.info xəbər verir ki, İtaliya ordusu ötən gecə Deyr əz-Zora daha 20 hərbçi göndərib və sözügedən qruplaşmalarla işbirliyini artırmaq haqda qərar qəbul edib. Məlumata görə, italyan hərbçiləri hələ ki, silahlı qarşıdurmalarda iştirak etmir, lakin onların növbəti […]

Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi

Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. Turkustan.info-nun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Cumhur İttifakı” adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib. Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir:  “Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda […]

Türkiyədə prezident və parlament seçkilərinin YEKUN nəticələri

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub. Turkustan.info məlumatına görə, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib. Onun əsas rəqibi Cümhuriyyət […]

Ərdoğan Türkiyədəki prezident seçkilərində lider oldu

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 59,92 faiz səs toplayıb. Turkustan.info bildirir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) mesajında ​​deyilir. Xəbərdə deyilir ki, hazırda səslərin 18.61%-i sayılıb. Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə – 26.53 % səs, yeni qurulan «Yaxşı Partiyadan» namizəd Meral Akşener 7.72%, Demokrat […]

Muharrem İnce: Erdoğanın seçimi kazandığını kabul ediyorum

CHP’nin cumhurbaşkanı adayı Muharrem İnce seçim sonuçlarının netleşmeye başlamasının ardından bir açıklama yaptı. CHP’nin cumhurbaşkanı adayı Muharrem İnce sosyal medya hesabından bir mesaj yayınladı. İnce, açıklamada bulunacağını söyledi, “Yüksek Seçim Kurulu’nun geçici seçim sonuçlarını ilan etmesinden sonra bir açıklama yapacağım” dedi. Fox TV‘de yer alan habere göre ise Muharrem İnce, Recep Tayyip Erdoğan‘ın seçimi kabul ettiğini […]