Aqrar universitetdə ordunun 100 illiyi qeyd edilib

Azərbaycan  Dövlət Aqrar Universitetin İcimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrotexnologiya fakültəsində 26 iyun milli ordunun yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirib.

Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Universitetin tədris işləri üzrə prorektoruAnar Hətəmov Azərbaycanda ordu quruculuğununzəngin tarixindən danışıb və bu gün daha güclü ordumuzun olduğunu deyib. 

Kafedra müdiri, professor Azad Bayramov Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrin yenidən qurulması üçün atdığı önəmli addımları diqqətə çatdırıb.  Baş müəllim Azər Axundov və Elgün Aslanov, tələbələrdən Asiman Musayev, Əbülfəz Cavadov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün də ordumuzun gündən-günə qüdrətinin artmasını vurğulayıblar.