Evimizdəki təhlükə: Xərçəng xəstəliyi də yaradır

Son vaxtlar plastik qabların zərəri barədə məlumatlar çoxalıb. 

Turkustan.info xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev bu qabların günümüzün bəlasına çevrildiyini deyib. Onun sözlərinə görə bəlli olub ki, bu qabların tərkibində Bisfenol A kimi toksiki maddələr və ağır metallar var: 

“Qablar qızdırıldıqda və isti günəş altında qaldıqda həmin toksiki maddələr içərisindəki su və ərzaqla orqanizmə daxil olur. Nəticələr ürəkaçan deyil-hiperaktivlikdən tutmuş onkoloji problemlərə qədər fəsad yaradır. Hər bir qabın üzərində içəridində rəqəmlər olan üçbucaq şəkilli işarə var. PET və PETE (1) ağır metallarla daha zəngindi… HDP və ya HDPE(2) ziyansız hesab olunur”.

Həkim vurğulayıb ki, bir çox ölkələrdə plastik qablardan imtina olunub və ya olunur: 

“Bizlərdə bu qablardan çox istifadə olunur. Uşaqlar üçün bu qablar çox təhlükəlidi. Əsasən də bu qablarda yemək qızdırmaq olmaz! Bununla yanaşı isti günəş altında olan qablardan qətiyyən istifadə etmək olmaz!

Bu çox qəliz məsələdi və satış şəbəkələrinə nəzarət yoxdu. İçərisində müxtəlif içkilər olan plastik qabları istənilən küçədə isti günəşin altında görmək olar. Hələlik özümüz özümüzü qorumalıyıq!”  /Cebhe.info/