Sumqayıtda şəhidlər anıldı – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar, milli ordumuzun qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının əziz xatirəsinə həsr olumuş “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilib.
Turkustan.info-nun verdiyi məlumata görə, anım mərasiminə toplaşanlar ilk öncə muzeyin “Şəhidlər Qalereyası”nda nümayiş olunan sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış olublar.
Tədbirə dəvət almış şəhid qardaşların ailə üzvləri – Rasim Abbasov, Təranə Abbasova, yaxın qohumları –Azərbaycanın Milli qəhrəmanı Bəhruz Mansurovun qardaşı polkovnik Bəhram Mansurov, Şahin Rəsulov, Sakit Abuşovun çıxışları Adil və Nazim qardaşlarının çoxlarına örnək olacaq həyat yolunu işıqlandırıb, C.Cabbarlı adına Mədəniyyət Evinin “bədii qiraət” dərnəyi üzvləri Şəms, Səbinə Ağakişiyevaların, Mirzə Gəncəliyevin ifasında səslənən şerlər mövzu ilə harmoniya yaradıb.

Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə çıxış edərək tədbirin məqsədi, gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən danışıblar.

Tədbirdə bir əsrlik tarixi keçmişi olan Azərbaycan Milli Ordusunun şərəfli döyüş yolu, son illər qazandığı uğurlar – qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri, azad olunmuş Cəbrayılın Cocuq Mərcanlı, Naxçıvanın Günnüt kəndləri haqqında məlumat verilib.
Tədbir Milli Ordumuzun yaranması və bugünkü tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR

Sumqayıtda şəhidlər anıldı - FOTOLAR