Gün: İyun 26, 2018

İnsanlar təşvişdə – 27 iyulda nə baş verəcək? – FOTOLAR

Bir çox insanlar 27 iyulda baş verəcək “qanlı Ay tutulması”nı dünyanın sonuna işarə sanırlar. İyulun 27-də “qanlı Ay tutulması” deyilən səma hadisəsi baş verəcək. Bəzi insanlar bu hadisənin qiyamətin xəbərçisi olduğunu düşünürlər. Alimlər isə fərqli izah verirlər: “Bu tutulma zamanı Yer kürəsinin kölgəsi Ayı tamamilə qaranlığa bürüyəcək. Tam tutulma baş […]

24 ildir düşmənin hər atəşini qeydə alır – VİDEO

Tovuz sakini 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edir. Kənd sakininin bu maraqlı məşğuliyyəti onun dəftərinə baxanların böyük marağına səbəb olur. Xəzər xəbər-in məlumatına görə, 24 ildir ki, düşmənin atəşkəsi pozmasının tarixini və saatını qeyd etmək Tovuz sakininin gündəlik […]

Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: Oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb…

Sumqayıt şəhərində quldurluq etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Asif Allahverdiyev və onun tanışı Şövqü Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Asif Allahverdiyev tanışı Şövqü Quliyev və istintaqla müəyyən olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib. Onlar 23 oktyabr 2016-cı il tarixdə, saat 23.00-da Sumqayıt şəhəri, […]

Qarpız alarkən bunlara diqqət edin – VİDEO

Bazarlara qarpız çıxarılıb. Adətən iyulun ortalarında və avqustda yeməyə alışdığımız qarpızın indidən satışa çıxarılması onun təhlükəli ola bilməsi ilə bağlı tərəddüdlər yaradır. Qida Təhülkəsizliyi Agentliyinin məlumatına görə, iyun ayının sonlarında qarpızın satışa çıxarılması normal haldır. Sadəcə olaraq qarpız seçimi edərkən onun ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. […]

“WhatsApp” bunu da etdi

“WhatsApp” messenceri Android sahiblərinə digər istifadəçilər tərəfindən göndərilən şəkilləri gizlətməyə imkan verəcək. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla da messencer istifadəçiləri telefonda göndərilən şəkillər, video və audio fayllar üçün “avtomatik saxla” funksiyasını söndürə biləcəklər. Yeni funksiya həmçinin qrup çatlar üçün də istifadə oluna bilər. Bu, smartfonda yaddaşın həcmini […]

İlham Əliyev 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanın mətnini təqdim edirik: 1. Mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik […]

Trampdan Ərdoğana gözlənilən zəng

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib. Turkustan.info xəbər verir ki, Tramp Ərdoğanı seçkidə qazandığı qələbə münasibətilə təbrik edərək, uğur arzulayıb. Tərəflər iki ölkə arasında strateji mütəffiqlikdən, yeni işbirliyinin qurulmasından danışıblar. Telefon danışığı zamanı Menbiç məsələsi də müzakirə olunub.  /Axar.az/

Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək – TARİX

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək. Turkustan.info bildirir ki. bu barədə BakuPost-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O əlavə edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, […]

Qəhvəyi yoxsa ağ yumurta?- Onların da fərqi var imiş – VİDEO

Yumurta keyfiyyətli zülal qaynağı olan mükəmməl bir qidadır. Marketdən yumurta alarkən qabığının rəngi sizin üçün əhəmiyyətlidirmi və bununla bağlı seçim edirsinizmi? Sizcə qabıq rəngləri fərqli olan yumurtaların içləri də qida dəyəri baxımından fərqli ola bilər mi? Turkustan.info bildirir ki, metbuat.az çox diqqət etmədiyimiz ağ və qəhvəyi yumurta arasındakı fərqi araşdırıb.

Sərxoş erməni zabiti əsgəri öldürüb

Ermənistan ordusunun zabiti kapitan S.Karapetyan öz əsgərini güllələyib. Turkustan.info-nun məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. İstintaq müəyyən edib ki, qətl günü Karapetyan sərxoş olub. Zabit səbəbsiz yerə havaya güllə atıb. İlk hadisə saat 18:00-da baş verib. Üç saat sonra yenə təkrarlanıb. Zabit saat 22:50-də isə əsgər […]

Erməni mafiyasına qarşı “müharibə” elan edildi, nəhəng əməliyyat başladı

Əməliyyat zamanı 100 nəfər saxlanılıb, 70 məntəqədə axtarış işləri aparılıb  İspaniya polisi “erməni mafiyası” adlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirir. Turkustan.info xəbər verir ki, bu barədə Kataloniyanın hüquq-mühafizə orqanları məlumat yayıb. “Erməni mənşəli cinayətkar qruplaşmaya qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti […]

İran QARIŞDI: dollar 100 faiz qalxdı, insanlar küçələrə axışdı – VİDEO

İranda paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar başlayıb. Turkustan.info xəbər verir ki, etirazçılar “Diktatora ölüm” şüarları ilə parlament binasına doğru yürüməyə cəhd ediblər. İran polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. İranın milli valyutası riyal devalvasiyaya uğrayıb, nəticədə dollar […]

Rusiyadan ABŞ-a böyük “əzələ nümayişi”: 160 nüvə bombası gücündəki silahını işə SALDI…

Beynəlxalq KİV-lər yazıblar ki, Rusiya bu yaxınlarda ABŞ-ı qorxuya salacaq ölümcül silahlarını nümayiş etdirib. Turkustan.info-nun məlumatına görə, ekspertlər bildiriblər ki,  Rusiyanın “Borey” sualtı gəmisindən “Bulava” ballistik raketlərinin yaylımı işə salınıb. Hərbi analitiklər bu yaylımın ümumi gücünün 160 nüvə bombası ekvivalentində olduğunu bildiriblər. “Borey” Rusiyanın yeni nəsil sualtı gəmisidir. Bu sualtı gəmilər […]

Qənirə Paşayeva AŞPA-da Avropanı ittiham etdi

Millət vəkili Q.Paşayeva AŞPA-da  qaçqınlardan danışıb və Avropanı onların taleyinə laqeyid yanaşmaqda ittiham edib. Turkustan.info xəbər veirr ki, Bu gün AŞPA-da “The humanitarian situation of refugees in the countries neighbouring Syria” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva çıxış edib və Avropaya çağırış edib:  “Suriya […]

Bakıda məşhur oteldə qanlı olay: Qadın sevgilisini qətlə yetirdi – FOTOLAR

Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə qətlə yetirilən gənc oğlanın adı məlum olub. Turkustan.info Report.az-a istinadən xəbər verir ki, bu, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevdir. *** Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə qətl hadisəsi baş verib. Report.az xəbər verir ki, […]

Temperatur 40 dərəcəyədək yüksələcək – XƏBƏRDARLIQ

Sabah respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən   verilən məlumata görə, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° gündüz 32-37° isti olacağı gözlənilir. Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, […]

Millət vəkilindən sərt təklif – VİDEO

“Monitorinq qrupunu təmas xəttinə buraxmayaq” “ATƏT-in monitorinq qrupunu cəbhə xəttinə buraxmaq olmaz”. Bunu REAL-a müsahibəsində millət vəkili Aqil Abbas deyib. Onun sözlərinə görə, qrupun üzvləri cəbhə xəttində Azərbaycan ordusunun postlarını, dislokasiya yerlərini görür və erməni tərəfə çatdırır: “Hər gün azı 130-140 dəfə atəşkəs pozulur. Monitorinq qrupu gələndə bir neçə saatlıq […]

Ermənilər ordumuzun Naxçıvan zəfərinin bütün SİRLƏRİNİ AÇDI: Azərbaycan əsgəri İrəvanın…

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min kilometr ərazini işğaldan azad etməsinin rəsmi İrəvan tərəfindən əlacsız formada təkzib edilməsinə rəğmən, erməni ictimaiyyəti baş verənləri təsdiqləyir. Turkustan.info xəbər verir ki, Ermənistanın “yerkramas” saytı ən müxtəlif mənbələrdən Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min kilometr ərazini azad etməsini təsdiqləyib. “Azərbaycanın Naxçıvanda 20 min hərbi qulluqçusu var, bununla yanaşı, yüzlərlə […]

Avropada 9 ölkənin ortaq ordusu qurulur — NATO-ya rəqib?

Fransanın təşəbbüsü ilə Avropa İttifaqına üzv olan 9 ölkə böhran vəziyyətində sürətli bir formada müdaxilə imkanı verən ordu yaratmaq üçün niyyət məktubu imzalayıb. Turkustan.info xəbər verir ki, 9 ölkənin müdafiə nazirləri Lüksemburqda toplaşıblar. Tərəflər müdafiə üzrə əməkdaşlıq üçün niyyət məktubunu imzalayıblar. Fransanın təklifinə Almaniya, Belçika, İngiltərə, Danimarka, Hollandiya, Estoniya, İspaniya […]

Türkiyə benefisi: Məğlubedilməz Ərdoğan, “kilid” Baxçalı, çaşqın İncə

Türkiyədə ötən gün keçirilmiş növbədənkənar prezident və parlament seçkilərinin nəticələri ətrafında müzakirələr səngimir. 24 iyun seçkilərinin nəticələrinə əsasən, Türkiyənin fəaliyyətdə olan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,55 faiz səsini qazanaraq, ilk turda qələbəsini təmin edib. Eyni zamanda, hakim Ədalət və İnkişaf Partiyası (AKP) da parlament seçkilərində rəqiblərini böyük fərqlə […]

Ordumuzun hərbi paradda nümayiş etdirdiyi bu ABŞ hərbi texnikası İrəvanı ŞOKA SALDI – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi ilə bağlı xəbərin Ermənistanda müzakirəsi davam edir. Turkustan.info xəbər verir ki, Ermənistan güclü erməni lobbisinin olduğu ABŞ-ın istehsal etdiyi təyyarənin 907-ci düzəlişə (Azərbaycana silah satılması ilə bağlı qadağa) rəğmən, Bakı tərəfindən əldə edilməsinin sirrini […]

Ermənistan Qarabağda 18 İTKİ VERDİ – İrəvan ŞOKDA

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb. Turkustan.info xəbər verir ki, bu barədə “in.am” saytının yayımladığı statistikada deyilir. Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub. Apreldə atəşkəsi pozan […]

SON DƏQİQƏ – Bakıda güclü yanğın – FOTO

Zığ yolunda sıx zeytun ağacları ilə əhatə olunmuş ərazidə yanğın başlayıb. Turkustan.info xəbər verir ki, hadisə şahidləri yanğının səbəbini bilmirlər. Ancaq ağaclığın qəsdlə yandırıldığını düşünürlər. İddialara görə, söndürmək istəyən insanlara mane olublar. Həmçinin, çəkiliş aparmağa da icazə verilməyib. Yanğın geniş ərazini bürüməyə başlayıb.  /Minval.info/

Paşinyanın Qarabağ üzrə növbəti hədəfi

Koçaryana yaxın zamanda son sözlərini xatırladajaqlar Nikol Paşiyan Qarabağ klanının kökündən baltalayır. Serj Sarkisyan prezident kürsüsündən qovulandan sonra onun Qarabağdan gələn çoxsaylı tərəfdarldarı ya işdən çıxarılıb, ya da həbs edilib. İndi də növbə Qarabağdan olan başqa bir şəxsə – Ermənistanın ikinci prezidenti Robert Koçaryana çatıb. Bu barədə Paşiyan özü “Facebook”da […]

Paşinyanın bu addımı intihar deməkdir – Ekspert

Paşinyan ölkənin kursunu dəyişəcək addımlar atmağa cəhd etsə, çox ciddi şəkildə Rusiya tərəfindən cəzalandırıla bilər. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, […]

Yüksək rütbəli şəxslərin əmək pensiyalarına əlavələr yenidən hesablanacaq

“2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilib. Turkustan.info xəbər verir ki, dövlət başçısının fərmanı ilə təsdiqlənən qaydalarda sabiq baş nazir və müavinlərinin, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbər müavinlərinin, yerli icra hakimiyyəti orqanının rəhbərinin (başçısı), Milli Televiziya və Radio Şurasının […]

İsrail parlamentində sensasiya – Ərdoğana təbriklər…

İsrail parlamentinin deputatı Əbu Arar Knessetdə tribunadan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Arar Türkiyə xalqı və prezidentini seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edərək, ona kin bəsləyənlərə bir növ mesaj vermiş olub: “Allaha min dəfə şükürlər olsun. Türkiyə müstəqil və suveren bir ölkədir. Mübarək olsun”. Fələstin əsilli deputat Əbdülhakim […]

Ərdoğan Putinlə danışıqlara başlayır – Qarabağ problemi

Ərdoğan ilk dəfədir ki, Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçirilən seçkilərdə prezident vəzifəsinə seçilib. Bu sözləri Türkiyədə prezident və parlament seçkilərinin nəticəsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. “Türkiyədə keçirilən seçkilərin ilkin nəticələrinə görə, AKP və MHP-nin daxil olduğu Cümhur Birliyi parlamentdə səs çoxluğu əldə edib və blokun […]

Misirin məğlubiyyətinə dözmədi, ürəyi partladı

Misirin “Zamalek” klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bunu misirli jurnalist oyundan sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib. […]

Kosmosda ÖLÜM VƏ ÇÜRÜMƏ

Kosmosda insan ölümü və çürümə haqda hər hansı bilgiyə sahib deyilsinizsə, bu məqalədə bizimlə birgə kosmosa səyahət edə və mövzunun maraqlı detalları ilə tanış ola bilərsiniz. Əvvəlcə qalaktikanın ənginliklərində, oksigensiz bir atmosferdə gəzməyə razı olacaq cəsarətiniz olduğu üçün sizi təbrik edə bilərik. Lakin bir pis xəbər var: kosmosa uyğun xüsusi […]

Müstəqil Azərbaycanın müdafiə nazirləri – 11 nəfər KİMDİR…

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Respublikası ikinci müstəqillik dönəmində Müdafiə Nazirliyini yaradanda hələ keçmiş SSRİ-dən ayrılmamışdı. Amma o zaman artıq SSRİ adlı imperiyanın dağılacağına şübhələr qalmamışdı. SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.  Turkustan.info-nun Modern.az-a […]

Hərbi parad BAŞLADI

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı Bakının “Azadlıq” meydanında hərbi parad başlayıb. Turkustan.info xəbər verir ki, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir. Mərasim dövlət himninin oxunması ilə başlanıb. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd […]

Prezident iki qurumun adını dəyişdi – Fərman

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib. Turkustan.info xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi […]

Paşinyan: Qarabağ məsələsinin güc yolu ilə həlli mümkünsüzdür

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi “Facebook”da verdiyi canlı yayımda, Dağlıq Qarabağ münaqişəsinin hər hansı güc yolu ilə həllinin mümkün olmadığını bildirib. Turkustan.info xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Bəli, sərhədin Naxçıvan hissəsinə Azərbaycan silahlı qüvvələri cəmləşir, ancaq bu heç də vəziyyətin gərgin olduğu anlamına gəlməməlidir”, – deyə […]

100 yaşlı Azərbaycan ordusu

1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaranıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 100 il ötür. Turkustan.info-nun məlumatına görə , Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. Həmin il […]

Ərdoğanın qələbəsi İsrail parlamentində ixtilaf saldı

Hazırkı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 24 iyun seçkilərində zəfər qazanması İsrail parlamentində (Knesset) birmənalı qarşılanmayıb. Turkustan.info xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb. Plenar iclasda ərəb fraksiyasından olan deputat Talib Əbu Ərar söz alaraq, Ərdoğanı qələbə münasibəti ilə təbrik edib. “Türkiyə xalqını və prezidenti Rəcəb Tayyip Ərdoğanı 24 […]

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov fəaliyyətinə iki illik məhdudlaşdırma qoyulmasına baxmayaraq, adıçəkilən qurumun bu gün öz işinə başlayan yay sessiyasına qatılıb və çıxış edib. Turkustan.info-nun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinə istinadən məlumatına görə, S. Seyidov bu gün həm də qurumun rəhbərliyinə seçilib. Yəni, S. Seyidov yenidən AŞPA-nın vitse-prezidenti […]