“WhatsApp” bunu da etdi

“WhatsApp” messenceri Android sahiblərinə digər istifadəçilər tərəfindən göndərilən şəkilləri gizlətməyə imkan verəcək.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla da messencer istifadəçiləri telefonda göndərilən şəkillər, video və audio fayllar üçün “avtomatik saxla” funksiyasını söndürə biləcəklər.

Yeni funksiya həmçinin qrup çatlar üçün də istifadə oluna bilər. Bu, smartfonda yaddaşın həcmini qoruyacaq və gizlilik səviyyəsini artıracaq.  /Axşam.az/