​1 dollardakı GİZLİ SİMVOLLAR – Bunlara DİQQƏTLƏ BAXIN! – VİDEO

Bu yazımızda 1 ABŞ dollarının üzərində yerləşən bəzi simvollardan danışacağıq.

Valyutanın ön üzündə diqqət çəkən heç bir şey yoxdur. Ən azından, məna yükləyəcəyimiz hər hansı bir simvol. Məsələn, solda çərçivəyə alınan B hərfi əskinasın ABŞ-ın hansı bankında çapdan çıxdığını göstərir.

1 ABŞ dollarlarında 13 rəqəmi ilə bağlı rəmzlər çoxdur. 13 rəqəminin əskinas üzərində bu qədər tez-tez istifadə edilməsinin altında gizli səbəb axtarmağa ehtiyac yoxdur. Çünki bu rəqəmin təmsil etdiyi konkret bir hadisə var

13 Şimali Amerikada Britaniya idarəçiliyində olan və müstəqillik hərəkatını başladan kaloniyaların rəqəmidir. Hətta ABŞ bayrağındakı xətlərin sayının 13 olmasının səbəbi də budur.

İndi də 1 dolların sol hissəsində yerləşən tamamlanmamış piramida fiquru və altındakı MDCCDXXVI ifadəsinə nəzər salaq. Roma rəqəmləri yazılan bu tarix 1776-cı ili göstərir. ABŞ öz müstəqilliyini 1776-cı ildə iyulun 4-də elan edib.

Üst hissədə yazılan “Annuit coeptis”yazısı yaradıcı başlanğıcı, yeniliyi dəstəkləyən ifadədir. Lakin həmin sözün aşağısında yerləşən “Novus ordo seclorum” ifadəsi ilə bağlı fikirlər ziddiyyətlidir. Bu söz, əslində “yeni dünya nizamnaməsi” olaraq tərcümə edilsə də, tərcümənin həmin mənanı daşıyıb-daşımadığı müzakirə edilir. Bu ifadəni müstəmləkəçiliyin və kapitalizmin təhdidi olaraq qəbul edənlər də var, azadlığın hökm sürdüyü yeni bir eranın başladığını ifadə edənlər də. Əslində, bu məsələni ziddiyyətli edən sözlərin latın dilində yazılmasıdır. Belə bir deyim var: “Hər bir sözün latın dilindəki mənası daha dərindir”.

Qeyd edək ki, 1 ABŞ dollarının dəyəri 4,9 sentdir. Bunun səbəbi 1 dolların valyuta bazarımdadakı ən köhnə əskinas olmasıdır. Bu, bir az qəribə görünə bilər, amma 50 il əvvəl saxlanan 1 ABŞ dolları bu gün ortaya çıxsa, eyni şəkildə istifadə edilə bilər.  /metbuat.az/