Ç. İyn 26th, 2019

Dünya Çempionatı-2018-də daha bir ŞOK hadisə: Almaniya 1/8 finala çıxa bilmədi – VİDEO

during the 2018 FIFA World Cup Russia group F match between Korea Republic and Germany at Kazan Arena on June 27, 2018 in Kazan, Russia.

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. Turkustan.info xəbər verir ki, “F” qrupunda Cənubi Koreya – Almaniya və Meksika – İsveç oyunları baş tutub.

Bu oyunlardan əsas diqqət  “Kazan Arena”da keçirilən Cənubi Koreya – Almaniya oyununa yönəlib. Komandalar nə qədər cəhd etsələr də əsas vaxtda qapılara qol vurulmayıb. Amma Oyuna əlavə olunan 6 dəqiqədə Cənubi K-cü dəqiqəsində Kim Yinq-Qvon, 90+6-cı dəqiqəsində isə Son Hin-Min fərqlənərək oyunun taleyini həll edib. Bununla da oyun Cənubi Koreyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meksika – İsveç oyununda isə tamaşaçılar 3 qol görüb.  Oyunun 50-ci dəqiqəsində İsveçin oyunçusu Auqustinsson, 62-ci dəqiqəsində Qrankvist fərqlənib. Oyunun 74-cü dəqiqəsində isə  Alvarez avtoqola imza ataraq Meksikanı məyus edib. Amma məğlub olsa da, Meksika 1/8 finala vəsiqə qazanıb.

Beləliklə, son dünya çempionu olan Almaniya Rusiyanı qrup sonuncusu kimi tərk edib.

27 iyun

F qrupu

18:00. Cənubi Koreya – Almaniya – 2:0
Qol:
 Kim Yinq-Qvon, 90+4, Son Hin-Min,90+6

Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

18:00. Meksika – İsveç – 0:3
Qol
: Auqustinsson, 50, Qrankvist, 62-pen. Alvarez, 74-avtoqol

Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena” 

1.

İsveç

3

2

0

1

5:2

6

2.

Meksika

3

2

0

1

3:4

6

3.

Cənubi Koreya

3

1

0

2

3:3

3

4.

Almaniya

3

1

0

2

2:4

3

/Modern.az/