Gün: İyun 28, 2018

“QHT Şurası unikal bir qurumdur”

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının faəliyyətə başlamasından 10 il ötür.  Şura ötən 10 ildə vətəndaş cəmiyyətinin inkişafına hansı töhfələr verib? QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Sahib Məmmədov bu haqda Modern.az-a danışıb. O, xatırladıb ki, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının yaranması haqqında sənəd ölkə başçısı tərəfindən 2007-ci […]

Xərçəngin inkişaf etməsini dayandıran dərman

ABŞ-ın Oreqon Universitetinin mütəxəssisləri 4 tip xərçəngin inkişaf etməsini dayandıracaq bir dərman hazırladı. Elm adamları bu dərmanın sinə, prostat, yoğun bağırsaq və ağciyər xərçənglərinin inkişaf etməsini dayandırdığını bildirdi. Amerikalı elm adamları erkən diaqnoz qoyulduğu hallarda yeni hazırlanmış bu dərmanla sinə, prostat, yoğun bağırsaq və ağciyər xərçənglərinə tutulan şəxslərin həyatlarının xilas […]

Tütün məmulatları və alkoqollu içkilərlə əlaqədar Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat Sistemi yaradılacaq

Gələn il Azərbaycanda tütün məmulatları, alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət üçün Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sistemi yaradılacaq. Turkustan.info APA-ya istinadla xəbər verir ki, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb. Beləliklə […]

Azərbaycanda yeni NAZİR TƏYİNATI

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.  Turkustan.info-nun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb. Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası […]

Alimentin ödənilməsi üçün yeni mexanizm yaradılır – VİDEO

Alimentin ödənilməsi ilə bağlı yeni mexanizm yaradıla bilər. Yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə dövlət büdcəsinə qaytarmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklər edilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aliment Fondunun yaradılması üçün Nazirlər Kabinetinə rəsmi şəkildə təklif […]

Azərbaycan və Ermənistan nazirləri görüşərsə… – Rusiya

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşündən məhsuldar nəticə gözləyirik. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Əgər həqiqətən də bu görüş baş tutsa, effektiv nəticələr arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində duran problemlər üçün olduqca vacibdir”, – deyə XİN sözçüsü […]

Yayın ən ləziz təamı QARPIZ: Bilmədiyimiz FAYDALARI

Qarpızın böyrəklər üçün olan faydası hamıya məlumdur. Qarpız həqiqətən böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Lakin bu nəhəng giləmeyvənin digər daha az bilinən faydaları da var. Turkustan.info sizi bu faydalarla tanış edir. 1. Qarpız likopin maddəsi ilə zəngindir. Bu maddə ürək və damarların sağlamlığını qoruyur. 2. Qarpız əzələ ağrılarını azaldır. Məşqdən […]

Saakaşviliyə hökm oxundu

Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvilini parlamentin keçmiş deputatı Valeri Qelaşviliyə qarşı hücumun təşkilində təqsirli bilib və onu qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib. Turkustan.info xəbər verir ki, bu haqda Gürcüstan KİV-də məlumat yayılıb. Bundan əvvəl eyni cinayət işi üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili və […]

Bakıda ərəb turist kanalizasiya quyusuna düşdü – VİDEO

Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb. Turkustan.info “Azxeber.com”a istinadən xəbər verir ki, hadisə Bakıya səyahət edən ərəb əsilli turistin başına gəlib. Görüntülərdə ərəb turistlə telefonunu tapan taksi sürücüsünün dialoqu ilk növbədə müşahidə olunur. Ərəb turist telefonunu tapan taksi sürücüsünə 50 manat mükafat verir. Taksi sürücüsü isə bu məbləğin az olmasını iddia […]

Bakıdakı məşhur klinikada uşaq öldü – Meyiti vermək üçün ailəsindən 10 min istəyirlər? – VİDEO

“Baku Medikal Plaza”da beş aylıq körpə ölüb. Turkustan.info xəbər verir ki, bu barədə körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızı məlumat verib. O, sosial şəbəkədə yayılan videosunda bildirib ki, qızdırma səbəbi ilə uşağı sözügedən klinikaya aparıblar.  Ailə əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra xəstəxanadan valideynlərə bildirilib ki, […]

ARB-də yenə dava düşdü – “Sən kimsən, ə, mənim xodumu aldırırsan?” – VİDEO

ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” verilişində yenidən qalmaqal yaşanıb. Turkustan.info goldnews.az-a istinadən xəbər verir ki, bu dəfə qalmaqal ekstrases Aqil və vayner Elçin arasında baş verib. Belə ki, ekstransensin Elçinə “sən videoları məşhur olmaq üçün çəkirsən” deməsi vaynerin xoşuna gəlməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb. Vəziyyət o həddə çatıb ki, aparıcı […]

Əxlaqsız qadın, yoxsa…? – Peyğəmbərin arvadı haqda tarixi versiyalar

Mariya Maqdalinanın çoxsaylı əfsanə və rəvayətlərə bürünmüş həyatı bugünə qədər ilahiyyatçılarla din tarixçiləri arasında ümidsiz mübahisələrə səbəb olmaqdadır. Müxtəlif mənbələrdə Mariya Maqdalina günahkar qadın, müqəddəs əshabə, İsa Məsihin ən yaxşı şagirdi və Dördüncü Əhdi-Cədidin müəllifi, İsa Məsihin həyat yoldaşı və oğullarının anası və s. kimi təsvir edilir. Axı bu sirli-müəmmalı […]

Kimlər sürücülük vəsiqəsini dəyişdirməli olacaq?

Azərbaycanda yeni sürücülük vəsiqələri hazırlanacaq. İlham Əliyev tərəfindən imzalanmış yeni qanunda bəzi müddəalar var: yaş dəyişiklikləri, yeni kateqoriyalar və s. Yeni sürücülük vəsiqələri 2019-cu il yanvarın 1-də istifadəyə veriləcək. Bəs kimlər sürücülük vəsiqələrini dəyişdirməli olacaq və yeni dəyişikliklər nədən ibarətdir? Bu suala nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov cavab verib. […]

Meyitləri tapılan alpinistlərin ÖLÜM SƏBƏBİ AÇIQLANDI

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb. Turkustan.info trend.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə. müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib. Bu rəyə əsasən, […]

Erməni əsgərlər Cəbrayılda ilyarım ac qalıblar – Onları atıb gediblər

2016-cı ilin aprel ayında “dördgünlük savaş” zamanı Ermənistan ordusunun hərbi hissələri Azərbaycan ordusunun sarsıdıcı əks-hücum zərbələrinə tab gətirməyərək qaçanda Cəbrayıl rayonunda tankları və zirehli maşınları ilə birlikdə 15 əsgərini də qoyub qaçıb. Turkustan.info bildirir ki, bu barədə Ermənistanın erpress.am saytı xəbər verib. Komandirlərin qoyub qaçdıqları əsgərlər ilyarım Cəbrayıl rayonunun kəndlərindən […]

Məhkəməsi olan Fədayə Laçının bacısı: “Ağır cəzadır” – Son qərar

Bakıda məhbusların qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi tanış olması üçün təqsirləndirilən şəxslərə təqdim ediləcək. Daha sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Turkustan.info bildirir ki, Yenicag.az-a açıqlama verən İlahə Fəda bacısı ilə bağlı bunları deyib: “Ürəyinin saflığı üzündən […]

41 dərəcə istidə işlər dayandırılmalıdır – Nazirlikdən XƏBƏRDARLIQ

Havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib. Şöbə müdirinin sözlərinə görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 […]

Meyxanaçı Aydın Xırdalanlı əsəbləşdi: “Nə işiniz var mənimlə…” – VİDEO

Meyxanaçı Aydın Xırdalanlı yayılan şəkilləri ilə bağlı “Səhər-Səhər” verilişinə danışıb. Turkustan.info xəbər verir ki, söz ustadı hər yerdə çox arıqladığını və tanınmaz hala gəldiyini yazanlara etirazını bildirib. “Həmişə gülürəm, amma birdən adam elə əsəbləşir ki… Keçən il Orxan Lökbatanlı ilə şəkil çəkdirmişdim, onu qoydular. Dedim eybi yox, güldüm keçdim. Bir dəfə […]

Erməni iş adamının şirkəti Azərbaycanda fəaliyyətə başladı – ŞOK

Ötən il yerli mediada milliyətcə erməni biznesmenin Azərbaycanda iş quracağl barədə xəbərlər yayıldı. Məlumatda bildirilirdi ki, Tiqran Xudaverdiyanın “Yandeks.Taksi” şirkətinin ölkəmizdə nümayəndəliyi yaradılır. Ardınca 2017-ci ilin iyul ayında “Yandeks” və “Uber” şirkətlərinin Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn taksi sifarişi üzrə xidmətlər və biznesin birləşdirilməsi barədə sazişin imzalandığı deyildi. […]

MEK Milli Ordumuzun 100 illik yubileyini qeyd edib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti – 100 işığında Azərbaycan Silahlı Qüvvələri günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir keçirib. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabit və kursant heyəti, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin təmsilçisi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Hərbi Səfərbərlik üzrə Çağırış İdarəsinin nəzdində Hərbi […]

Fədayə Laçının cinayət işi yekunlaşdı

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçın, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov və digər 11 nəfərin işi üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Turkustan.info bildirir ki, bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib. Vəkil bildirib ki, bu gün işi aparan müstəntiq təcridxanada təqsirləndirilən şəxslərlə […]

İqtisadiyyat İnstitutunun iki şöbəsində elmi vəzifələrin tutulması üzrə müsabiqə baş tutdu

İqtisadiyyat İnstitutunun iki şöbəsində elmi vəzifələrin tutulması üzrə müsabiqə baş tutdu AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən Elmi Şuranın növbəti iclasında daha iki şöbə üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə baş tutdu. İnstitutun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək […]

“Cəhənnəm istisi” davam edir: Temperatur 43 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam […]

Azərbaycanda TÜKÜRPƏDƏN QƏTL: Oğul atasını öldürüb, dənizə atdı

Daxili İşlər Nazirliyi Sumqayıtda atanın oğlu tərıfindən öldürülməsi barədə məlumat yayıb. Turkustan.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri […]

Qadağan edilmiş mahnılar – Üsyan, intihar, inqilaba çağırış, eşşək… – VİDEO

Günümüzdə musiqi insan həyatının böyük bir hissəsini əhatəsinə aldığı hər kəsə məlumdur. Hər bir ölkənin də özünə xas musiqi janrları və anlayışları mövcuddur. Bu baxıma türk musiqisi də musiqi dünyasına qiymətli əsərlər bəxş edib. Oxunan mahnıların musiqisi qədər, sözləri də insanlara təsir göstərir. Bəzən mahnıların sözləri o qədər təsiredici olur […]

Mətbuat Şurasının sədri İranın nazir müavini ilə bir araya gəldi – FOTO

İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar Azərbaycan Mətbuat Şurasında olub. Şuradan verilən məlumata görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov görüşdə bildirib ki, İran və Azərbaycan arasındakı bütün sahələrdəki dinamik münasibətlərin media tərəfi də var. O, rəhbərlik etdiyi qurumun İranın Mədəniyyət və […]

17 yaşlı qızı meşədə 6 saat zorladı – Azərbaycanda daha bir təcavüz rəzaləti

Quba rayonunda 17 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Eldəniz Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verr ki, Eldəniz Məmmədov yaşadığı Quba rayonun Hacıhüseynli kəndində həmkəndlisi olan 1998-ci il […]

İran amili nefti bahalaşdırır: Qiymət nə qədər qalxacaq?

Neftin qiymətində qeydə alınan artımlar İran faktoru ilə əlaqədardır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert neftin qarşıdakı dönəmlərdə də bahalaşacağını bildirib: “ABŞ-İran gərginliyi uzun sürəcək. Trampın şiddətinə rəğmən, İrandan neft alan şirkətlər bu ticarəti tamamilə dayandıra bilməzlər. Hindistan, Çin, Cənubi Koreyanın dövlət […]

Fazil Məmmədovu Türkiyəyə deyil, bu ölkəyə apardılar

Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu. Turkustan.info xəbər verir ki, bu sözləri Modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib. O, Fazil Məmmədovun hazırda […]

Azərbaycan 20 min hərbçi, yüzlərlə texnikanı düşmənə qarşı cəmləyir

İşğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək. Təlimlərə 20.000 […]

Sumqayıtın musiqi kollektivi “Bölgələrdən-bölgələrə” festivalında – FOTOLAR

Masallı şəhərindəki Heydər Əliyev Parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Masallıda keçirilən tədbirdə Mədəniyyət […]

“Başqa milli şirkətlər “Veysəloğlu” qrupundan örnək götürməlidirlər” – Milət vəkili

Aydın Mirzəzadə: “Veysəloğlu” şirkətlər qrupuna təşəkkür edirəm ki…” Bu gün Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə əməyi sayəsində ərsəyə gələn, aprel şəhidi polkovnik-leynenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı keçirilib.  Maraqlıdır, “Veysəloğlu” şikətlər qrupunun timsalında milli şirkətimizin  da məşhur hərbçimizlə bağlı filmin hazırlanmasında iştirak etməsi millət vəkilləri […]

Azərbaycan efirində əxlaqsızlıq – Beləsi görülməmişdi… – VİDEO 18+

Azərbaycan efirində növbəti biabırçılıq yaşanıb. Turkustan.info Faktor.az xəbər verir ki, ekstrasens kimi tatının Bayram Nur və rəqqasənin rəqs etdiyi görüntülər efirdə hər kəsin tənqid hədəfinə çevrilib. Azyaşlıların da izlədiyini nəzərə alındıqda bu cür görüntülərin yayımlanması olduqca yolverilməzdir.  İzləyicilərin tənqid hədəfinə çevirdiyi bu görüntüləri sizə təqdim edirik:

Klinikanın qarşısında ölümlə savaşan şəxsə niyə yardım göstərilmədi? – “Yeni Med” SƏBƏBİ AÇIQLADI – VİDEO

“20 Yanvar” stansiyasının yaxınlığındakı “Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb. Yayılan videogörüntülərdə bildirilir ki, ətrafdakılar dəfələrlə klinikadakı həkimlərin həmin şəxsə kömək etməsi üçün təkid etsələr də, onlar heç bir yardım göstərməyib. Əraziyə çağrılan təcili yardım da vaxtında çata bilməyib. Nəticədə sakinləri […]

Azərbaycanda yeni məmur vəzifəsi yaradılır

Azərbaycanda yeni məmur vəzifəsi yaradılır. Turkustan.info-nun məlumatına görə, bununla bağlı “İcra məmurları haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasının Baş Probasiya (məhkumlara nəzarət) məmuru vəzifəsi təsis edilir. Müvafiq olaraq, yerlərdə Probasiya Xidməti məmurları vəzifəsi fəaliyyətə başlayır. Probasiya Xidmətinin məmuru aşağıdakı vəzifələri də yerinə yetirir: 1.İcraata daxil olmuş sənədlərin vaxtında, […]

USAID-dən təhlükəli böcəklə bağlı Azərbaycana XƏBƏRDARLIQ

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib. Turkustan.info bildirir ki, bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və […]

Ərdoğanın qələbə qazanmasına qurban kəsən məşhur dünya çempionu: “Onun pərəstişkarıyam…”

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Türkiyədə prezident seçkilərində R.T.Ərdoğanın qələbə qazanması münasibətilə qurbanlıq kəsib. “Mən gəncliyimdən Ərdoğanın pərəstişkarıyam. Onun fəaliyyətini izləyirəm. Onu İslam dünyasının xilaskarı kimi görürəm. Mərd, cəsur siyasətçidir. Beynəlxalq arenada müsəlman, türk dünyasının maraqlarını qoruyur. Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Cənab prezident İlham Əliyevin onu ilk […]

11 dövlət qurumu hərəkətə keçdi – 14 yaşlı qızın ərə verilməsinə görə…

Bakıda ananın 14 yaşlı qızını ərə verilməsi məsələsi 11 dövlət qurumunu hərəkətə keçirib və araşdırma aparılır. Turkustan.info bildirir ki, bu barədə Unikal.org-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov açıqlama verib.  O vurğulayıb ki, təmsil etdiyi komitənin tərkibində Monitorinq Komissiyası fəaliyyət […]

Yeri gözləyən təhlükə: FƏLAKƏT SİQNALI: Bu ərazilər yox olacaq

Yerdə temperaturun 1,5 dərəcədən artıq yüksəlməməsini nəzərdə tutan Paris razışlaşmasına baxmayaraq, bir çox regionlar üçün iqlim dəyişikliyi problem olaraq qalır. Bu bölgələrə xüsusilə Arktika və mussonlar ərazisi daxildir. Turkustan.info xəbər verir ki, yeni SOS siqnalını Böyük Britaniyadan olan mütəxəssislər çalıb. Onların məqaləsi “Nature Climate Change” jurnalında dərc edilib. Mütəxəssislərin ortaq rəyinə […]

Dünyanı bu 25 ailə idarə edir – Yeni reytinq

“Blumberq” agentliyi dünyanın 25 ən zəngin ailəsinin adını açıqlayıb. Turkustan.info xəbər verir ki, agentlik bu ailələrin ümumilikdə 1,1 trilyon dollar varidata sahib olduğunu bildirib. Yeni reytinq cədvəlinə Uolton ailəsi rəhbərlik edib. Dünyadakı 12 min “Volmart” supermarket şəbəkəsinin sahibi olan ailənin sərvətinin 151,5 milyard dollar olduğu vurğulanıb. İkinci yerdə Çarlz və […]

Erməni qadından Aprel döyüşləri haqda şok: 15 əsgəri…

Aprel müharibəsi zamanı işğalçı Ermənistan ordusu 15 əsgərini tanklarla birlikdə Cəbrayıl rayonunun tərk edilmiş kəndlərindən birinə atıb. Bu əsgərlər 6 ay ərzində xarabalıqlarda yaşayıb və xidmət keçdikləri hərbi hissəni görməyiblər. Turkustan.info xəbər verir ki, bu barədə epress.am saytı yazıb. Cəbrayıla atılmış 15 əsgərdən birinin xalasının sözügedən sayta verdiyi məlumata görə, ali […]

ADAU əməkdaşlarının Türkiyədə kitabı çap olunacaq

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Fərrux Rəhimov və Günel Əsədovanın müəllifi olduğu “Sibirdə bir Türk yurdu – Yakutistan” adlı kitabı çapa imzalanıb. ADAU-nun Menecment və aqrar marketinq kafedrasının assistenti, Tələbə Elmi Cəmiyyətinin sədri F. Rəhimov, və Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının laborantı G. Əsədovanın həm müəllifi olduğu kitab Saha türkləri […]

14 yaşında ərə verilən qızın atası haqda ŞOK məlumat – VİDEO

Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir. Mirtəmən Sadıqovun sözlərinə görə, ikinci həyat yoldaşı Əminə […]

İran prezidenti: ABŞ-ı “diz üstə” çökdürəcəyik

İran prezidenti Həsən Ruhani ABŞ-ı “diz üstə” çökdürəcəyinə söz verib. Turkustan.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, onun çıxışı dövlət televiziyası ilə yayımlanıb. “Biz heç bir halda ABŞ qarşısında boyun əyməyəcəyik və tarixi milli böyüklüyümüzü saxlayacağıq, ABŞ-ı isə bu iradi mübarizədə diz çökdürəcəyik”, – deyə Ruhani bildirib.  /Report.az/

Azərbaycanlılar “Mega Millions”dan 232 milyon dollar uda bilər

ABŞ-da 232 milyon dollar dəyərində “Mega Millions” lotereyası oynanılır. Lotoreyanın tirajı bu həftənin cümə günündə keçiriləcək və burada istənilən şəxs iştirak edə bilər.  Dünyanın ilk lotereya xidməti sayəsində tirajda yaşadığı ölkədən asılı olmayaraq, hər kəs bəxtini sınaya bilər.    Ötən ilki tirajın nəticələrinə görə uduş gətirən nömrələr – 17, 25, 29, […]

Almaniya millisi Merkeli “ofsayda” saldı

İyunun 27-də futbol bilavasitə xarici siyasətdə qərar qəbuluna gözlənilməz şəkildə təsir göstərib. Turkustan.info “Ren TV”yə istinadən xəbər verir ki, Almaniya millisinin məğlubiyyəti ölkənin kansleri Angela Merkelin Moskvaya səfər etmək planlarının üzərindən xətt çəkib. Merkel komandanın “pley-off matçlarını” izləmək üçün Rusiyaya yollanmaq niyyətində idi. Qeyd edək ki, Almaniya millisi iyunun 27-də Cənubi Koreyaya qarşı […]

“İnqilab? Yəqin ki, xeyr – Əvvəlki köhnəliklər indi Ermənistanda yenilikdir” – ABŞ-ın nüfuzlu “The Daily Caller” saytı

ABŞ-da olduqca böyük nüfuza malik “The Daily Caller” saytında Ermənistanda cərəyan edən son siyasi proseslər və yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-adekvat mövqeyi barədə önəmli məqalə nəşr olunub. İnqilab? Yəqin ki, xeyr – Əvvəlki köhnəliklər indi Ermənistanda yenilikdir Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan, […]

Qubada praktiki təlimlərə start verilib – FOTOLAR

“Xalça Dünyası Assosiasiyası İctimai Birliyi “Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili” layihəsinin icrası çərçivəsində praktiki təlimlərə start verib. Turkustan.info xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda icra olunur.   Qeyd edək ki, ilk olaraq layihə çərçivəsində nəzəri təlimlər keçirilib. Hazırda […]

156 evakuatorun sürücüsü maşın vuran inəyə kömək etdi – FOTO

Şirkət rəhbəri sürücüyə “İlin ən heyvansevər” qrup rəhbəri sertifikatını verib “Bir gün sifarişə gedərkən yol kənarında avtomobil vurmuş yaralı bir inəyin ətrafına toplaşan insanları gördüm. İnəyin baytara çatdırılmasına yardım etdiyimə görə sifarişə bir az gecikdim”. Avtosfer.az xəbər verir ki, bu sözləri 156 evakuasiya xidmətinin əməkdaşı öz sosial hesabında yazıb. Əməkdaş […]

“Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ Forumu keçirilib – FOTOLAR

Bu gün Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ Forumu keçirilib. Turkustan.info xəbər verir ki, forum Beynəlxalq Mətbuat Mərkəzində baş tutub. Tədbirdə ölkənin tanınmış siyasətçiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan DAK-ın həmsədri Sabir Rüstəmxanlı forumun keçirilməsinin […]

“Su – müharibə maşını” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilmiş “Su – Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus və ərəb dillərində hazırlanmış “Su- müharibə maşını” sənədli filminin təqdimatı keçirildi.  Turkustan.info xəbər verir ki, təqdimat mərasimindən əvvəl çıxış edən Beynəlxalq Avrasiya […]