Almaniya millisi Merkeli “ofsayda” saldı

İyunun 27-də futbol bilavasitə xarici siyasətdə qərar qəbuluna gözlənilməz şəkildə təsir göstərib.

Turkustan.info “Ren TV”yə istinadən xəbər verir ki, Almaniya millisinin məğlubiyyəti ölkənin kansleri Angela Merkelin Moskvaya səfər etmək planlarının üzərindən xətt çəkib.

Merkel komandanın “pley-off matçlarını” izləmək üçün Rusiyaya yollanmaq niyyətində idi.

Qeyd edək ki, Almaniya millisi iyunun 27-də Cənubi Koreyaya qarşı keçirdiyi matçda sürpriz şəkildə 0:2 hesabı ilə məğlub olub və mundial tarixində ilk dəfə qrupda qalıb.