SON XƏBƏR

Meyxanaçı Aydın Xırdalanlı əsəbləşdi: “Nə işiniz var mənimlə…” – VİDEO

Meyxanaçı Aydın Xırdalanlı yayılan şəkilləri ilə bağlı “Səhər-Səhər” verilişinə danışıb.

Turkustan.info xəbər verir ki, söz ustadı hər yerdə çox arıqladığını və tanınmaz hala gəldiyini yazanlara etirazını bildirib.

“Həmişə gülürəm, amma birdən adam elə əsəbləşir ki… Keçən il Orxan Lökbatanlı ilə şəkil çəkdirmişdim, onu qoydular. Dedim eybi yox, güldüm keçdim. Bir dəfə də çəkdilər, yenə güldüm keçdim. Ondan qabaq da arıqlamışdım da… Bunun heç söhbətini etmədilər. Kökəldim, kökəldim, hətta bağışlayın məni, toyda nə otura, nə nəfəs ala bilmirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm. İşlərinin xatirinə, səs-soraq yaymaq üçün, o günü boş-bekar qalmamaq üçün arıqlayıb yazırlar. Görək, sabah kim kökələcək? Qoy oturmuşuq da, nə işiniz var mənimlə… 67 – 77 kiloqram arasında olmuşam adətən. Dişlərim xarab oldu, mən də o damağı taxa bilmədiyim üçün, açığı yemədən həvəsdən düşürəm. Diş əkdirməyi düşünürəm. Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm. Uzatmayın… Bu mənim şəxsi həyatımdır”.   

 

paylaş