Yeri gözləyən təhlükə: FƏLAKƏT SİQNALI: Bu ərazilər yox olacaq

Yerdə temperaturun 1,5 dərəcədən artıq yüksəlməməsini nəzərdə tutan Paris razışlaşmasına baxmayaraq, bir çox regionlar üçün iqlim dəyişikliyi problem olaraq qalır. Bu bölgələrə xüsusilə Arktika və mussonlar ərazisi daxildir.

Turkustan.info xəbər verir ki, yeni SOS siqnalını Böyük Britaniyadan olan mütəxəssislər çalıb. Onların məqaləsi “Nature Climate Change” jurnalında dərc edilib.

Mütəxəssislərin ortaq rəyinə görə, hərarətin artmasının qarşısını almağa yönələn birgə səylərə baxmayaraq, artıq Yerdə temperatur 1 dərəcə artıb. Xüsusilə istixanalardan atılan qazlar Yerdə temperaturun artmasını şərtləndirir.

Yeni araşdırmalara görə, hərarət artımının qarşısını almaq üçün məhdudiyyətlərin tətbiqinə baxmayaraq, buna nail olmaq 50 faiz mümkündür. Bu halda isə Yerdə bir sıra bölgələrdə iqlim dəyişikliyi fəlakətlərə səbəb ola bilər. 

Xatırladaq ki, 8 iyunda Hökumətlərarası Mütəxəssislər Qrupu Yerdə temperaturun 1,5 dərəcə artacağı təqdirdə ekosistemə təsirinin güclü olacağına dair açıqlama yaymışdı. 

Hesablamalara görə, 2100-cü ildə bu tendensiya saxlanacağı təqdirdə meqapolislərin sahillərində istilik artacaq, bəzi adalar yox olacaq, o cümlədən Maldivdə böyük problemlər başlayacaq.   /Cebhe.info/