Gün: İyun 29, 2018

Qarabağ rəqibləri birləşdirir: Paşinyan Sarkisyanı siyasi səhnəyə qaytarır?

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesi dayandırmaq niyyətindədir. Onun sərgilədiyi mövqe belə düşünməyə əsas verir. Çünki Paşinyan baş nazir olduqdan sonra Dağlıq Qarabağ məsələsinin müzakirəsində iştirak etmək səlahiyyətində olmadığını, danışıqların qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə aparılmalı olduğunu demişdi. Bu məsələ istər erməni cəmiyyətində, istərsə […]

İncə seçkilərdə niyə məğlub oldu? – Alman ekspert

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçkilərini ilk turda qazanması sürpriz oldu. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə almaniyalı siyasi ekspert Günter Soyfert çıxış edib. Soyfert CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin seçkilərdə məğlub olmasının səbəbi kimi mühafizəkar və dindar seçicilərin Ərdoğanın tərəfində olmasını göstərib.  /Axar.az/

Bakı paradını izlədim, hər şey… – Erməni polkovnik şokda

Ermənistan Müdafiə Nazirliyinin polkovniki, “Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın “ildırım sürəti ilə […]

Millət vəkilləri də dilə gəldilər: “İnsanlara bu qədər əziyyət vermək olmaz”

Son günlərin ən qalmaqallı mövzusu parlamentdə ciddi etirazlara səbəb olub “İki gündür Xırdalan yolunda təmir aparılır. Biz yolun təmir edilməsinin labüdlüyünü anlayırıq. Lakin bir yola görə minlərlə insan yesir vəziyyətdə küçələrdə qalıb”. Turkustan.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, […]

Günay İbrahimliyə görə yolu bağladılar – Polis onu niyə müşayiət edir?

İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun “vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq “hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur. Turkustan.info xəbər verir ki, […]

“Kimsə desə ki, maşınım qızıldan, təkərləri quş dimdiyindən idi, onda…” – Vaqif Əsədovdan yanğın açıqlaması

“Əgər vətəndaş çıxıb desə ki, mənim avtomobilimin rəngi qızıldan, təkərləri isə quş dimdiyindən idi, onda qanunvericilikdə nəzərdə tutulmuş qaydada o məsələlərə baxılacaq”. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş verən yanğına münasibət bildirən Bakı şəhər Dövlət Yol […]

İran millisinin kapitanı: Fəxr edirəm ki, türkəm – VİDEO

İran milli komandasının kapitanı Kərim Ansarifardın maraqlı görüntüləri yayılıb. Turkustan.info-nun məlumatına görə, futbolçunun sosial şəbəkələrdə yayılan videosu rəğbətlə qarşılanıb.  Belə ki, bir müddət əvvəl İran telekanallarından birində yayımlanan verilişdə qonaq olan Kərim Ansarifard azərbaycanlı olduğunu, bununla fəxr etdiyini deyib. “Mənə iftixardır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə demişəm ki, mən Ərdəbil […]

Avropa İttifaqı öz hərbi birliyini yaradır

Brüsseldə keçiriləcək 11 iyul sammiti ərəfəsində  Avropa İttifaqının doqquz üzv-dövləti müdafiə məqsədilə öz birgə çevik reaksiya qüvvələrini yaratmaq təşəbbüsü ilə çıxış edib. Turkustan.info xəbər verir ki, bu haqda “Focus-online” məlumat yayıb. Nəşrin məlumatına görə, bu addım Berlin və Parisin bir növ ABŞ lideri Donald Trampa etirazıdır. Belə ki, bu dövlətlər artıq hərbi məsələdə […]

Dünya çempionatının seks-qalmaqalları: Qızlar özünü necə satır? – VİDEO 18+

Hazırda Rusiyada futbol üzrə Dünya çempionatı keçirilir. Lakin futbol meydanından kənarda baş verənlərə göz yummaq olmur. Turkustan.info yeniçağ.az-a istinadən xəbər verir ki, qiqqət mərkəzində olanlar isə rus qızlarıdır. Rusiyanın məşhur “Moskovskiy Komsomolets” nəşri “Fahişələrin zamanı” adlı qalmaqallı məqalə ilə çıxış edib. Birmənalı qarşılanmayan məqaləyə yüzlərlə cavab məqalələri yazılıb. Məqalənin yazılmasına səbəb olan, […]

İğdır millət vəkili Yaşar Qaradağ: “Ermənilər Xocalıdakıların hesabını verməlidirlər”

“Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm. Babalarım İğdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər”. Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının İğdırdan seçilən millət vəkili Yaşar Qaradağ bildirib. “Bu gün İğdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmamağa qoymur. Bunları edənlərin […]

Bakıda cərimə meydançası yanır – 50 MAŞIN KÜL OLDU – FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.  Turkustan.info nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Qafqazinfo-nun verdiyi xəbərə […]

Qızmar istidə asfalt döşəyənlər – Hüquq müdafiəçisi: “Bunun bir adı var: istismar!”

İyunun 27-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda aparılan təmir şəhərdə nəqliyyatın hərəkətini iflic edib. 41 dərəcənin üzərində temperatur və şəhərdə saatlarla davam edən tıxac vətəndaşların narazılıq və narahatlığına səbəb olub. Hətta saatlarla tıxacda gözləməkdən təngə gələn vətəndaşlar çarəni mənzil başına piyada getməkdə görüblər. […]

Prezident onlara ali rütbələr verdi – ADLAR

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib: general-leytenant ali hərbi rütbəsi: general-mayor Fazil Nəriman oğlu Ələkbərov polis general-mayoru ali xüsusi rütbəsi: polkovnik Heydər […]

Ermənistan ordusunda Paşinyanın çağırışına məhəl qoymurlar

Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışına orduda məhəl qoymurlar.  Erməni KİV-i xəbər verir ki, Armen Karapetyan adlı valideyn işğal altında olan Qarabağdakı hərbi hissələrdən birində qulluq edən yaxın qohumu ilə danışarkən onların heç bir gigiyena ləvazimatları ilə təmin edilmədiyini müəyyən edib.  Karapetyan əlavə edib ki, Qarabağda cəbhə xəttindəki bölmələrdən birində […]

Gülən Ərdoğanın qələbəsindən danışdı – “Allah…” – VİDEO

Hər şeyin doğrusunu Allah bilər. O nə diləsə, o da olar. Bu sözləri FETÖ lideri Fətullah Gülən Türkiyədə 24 iyunda keçirilmiş seçkilərin nəticələri barədə danışarkən deyib. Gülənin bu açıqlaması qruplaşma daxilində birmənalı qarşılanmayıb. Bəziləri açıqlamanın seçki nəticələrinin açıqlanması ilə birlikdə bütün ümidlərin tükənməsi anlamına gəldiyini bildirib. Burada Gülən “Allah belə […]

Qadın rəfiqəsini balta ilə tikə-tikə doğradı, sonra… – Bakıda QAN DONDURACAQ HADİSƏ

Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info-nun məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, fevralın 16-da, səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının […]

İranda etiraz aksiyaları PİK HƏDDƏ – İstefa tələbi

İran yeni bir etiraz dalğası ilə qarşı-qarşıya qalıb. Ölkədə iqtisadi böhran səbəbilə baş qaldıran etiraz aksiyaları davam edərkən parlament prezident Həsən Ruhaniyə xəbərdalıq edib. Turkustan.info xəbər verir ki, parlament iqtisadiyyatdakı mənfi gedişatın məsuliyyətini daşıyan şəxslərin istefasını tələb edib. İranın dini lideri Ayətullah Xamenei əvvəlki gün parlamentdən iqtisadiyyatdakı problemlərlə bağlı hərəkətə keçməsini […]

İran Ukrayna ilə dəyişdiriləcək? – Putin və Trampın görüşündən MÜMKÜN NƏTİCƏLƏR

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər. Turkustan.info xəbər verir ki, belə fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh […]

Qənirə Paşayeva AŞPA-da erməni deputatları susdurdu

Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib.  Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verərək “işğalçı ölkəniz bir gün ədalət qarşısında mütləq cavab verəcək, bunu unutmayın ” deyib. Bu gün AŞPA-da “Mədəni irsin qəsdən dağıdılması […]

“Nə olub ki, Bakının yollarına?” – Spiker tıxacdan DANIŞDI

Milli Məclisin bu gün keçirilən iclasında paytaxtda yollarda görülən işlərdən danışılıb. Turkustan.info-nun məlumatına görə, deputat Fəzail Ağamalı Naxçıvan Muxtar Respublikasında yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirərək Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib. Deputata cavab olaraq spiker Oqtay Əsədov deyi ki, yollarla bağlı heç bir problem yoxdur: […]

Sürücülərə BƏD XƏBƏR: RÜSUM ARTIRILDI

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb. Turkustan.info-nun məlumatına görə, Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avto-nəqliyyat […]

Şəhid anasını təhqir edən məmur DÖYÜLDÜ – AZƏRBAYCANDA

“Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir. Turkustan.info Minval.info-ya istinadən xəbər verir ki, filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir. İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən […]

Cavid Qurbanov: “Bakıda 26 yeni dəmiryolu stansiya istifadəyə veriləcək”

Milli Məclisdə Bakı yollarındakı vəziyyət və metro çəkilişindəki ləngimələrlə bağlı deputatların çıxışına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputat Cavid Qurbanov münasibətini bildirib. Turkustan.info xəbər verir ki, C.Qurbanov həmkarlarının yol çəkilişi ilə bağl tənqidlərini qəbul etməyib: “Bakıda yol çəkilmədiyini demək düz deyil”. Bakıda metro çəkilişi ilə […]

Saxta diplomlu müəllimlərlə bağlı – QƏRAR

“Təhsil sənədi nümunəvi olmayan (saxta diplom – red), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul olunmuş şəxslərin işdən çıxarılması məsələsi gündəmdə yoxdur”. Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. O bildirib ki, həmin şəxslərin yerlərinin vakant çıxarılması məsələsi gözlənilmir. “Onlar müəyyən həcmdə […]

Səhiyyə Nazirliyində YENİ TƏYİNAT

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru dəyişib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, Mərkəzin monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev İSİM-in direktoru təyin edilib. Qeyd edək ki, İSİM-in bundan əvvəlki direktoru Ceyhun Məmmədov bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyinat […]

Vergilərdən büdcəyə daxil olan məbləğ azaldıldı – Səbəb

Dövlət büdcəsində neftin bir barrelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 dollar) nisbətən 10 dollar artırılaraq, 55 dollar müəyyən edilməsi nəzərdə tutulur. Bu da neftin satış qiyməti hesabına büdcə daxilolmalarının 500 milyon manat artırılması deməkdir. Turkustan.info xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci il büdcə […]

Misir Futbol Federasiya prezidenti: Ramazan ayı bizə mənfi təsir etdi

Rusiyanın ev sahibliyi etdiyi 2018 Dünya Çempionatında iştirak edən Misirin Futbol Federasiyası rəhbəri Xani Əbu Rida Misirin oyunçularının Ramazan ayında oruc tutmasının onlara mənfi təsir göstərdiyini söyləyib. Turkustan.info BBC Sport-a istinadən xəbər verir ki, Əbu Rida qeyd edib ki, (Ramazan) onlara pis təsir edib: “Dünya Kubokundan əvvəl oyunçularla danışdım, amma oruc […]

Əli Mirəliyev Rozanın qarşısında diz çökdü – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub. Turkustan.info xəbər verir ki, aparıcı Elgiz Əkbərin müğənnini efirə dəvət etməsinin ardından Əli Mirəliyev diz çökərək “Sevdim səni, Roza” deyə mahnı oxuyub. Studiyaya ayaq basan Roza Zərgərli də Əli Mirəliyevin yanına gələrək diz çöküb və onu qucaqlayıb.   Roza Zərgərli diz çökməsinin səbəbini izah […]

Milli Məclisin bu qanunları da qəbul etdi

Milli Məclisin növbədəkənar sessiyasının bu gün keçirilən sonuncu iclasında “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, qanun layihəsinə əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə […]

Bakıda bütün qəssabxanalar bağlanır

Azərbaycanda heyvanların kəsilərək satılması üçün xüsusi yerlər yaradılacaq. Turkustan.info-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Agentlik rəhbəri qeyd edib ki, küçələrdə və müəyyən edilməyən yerlərdə heyvanların kəsilməsinin qarşısı alınacaq: “Bəzən həyətlərdə, göz qabağında kəsilən heyvanların ətinin alınmasına üstünlük verirlər. Bu, düzgün deyil. İri və xırdabuynuzlu […]

Qida Təhlükəsizliyi Agentliyi bütün mallara gigiyenik sertifikatı ləğv edir

Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkə ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq. Turkustan.info xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət […]

İşıqpulu artırılır?.. – Tarif Şurasından AÇIQLAMA

Tarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil. Bəzi saytların yaydığı məlumata görə, “Azərenerji” və “Azərişıq” ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 […]

Azərbaycana gələn ərəb turistdən iyrənc əməl – Hovuza nəcis etdi

Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib. Bu səbəbdən o, 500 manat cərimələnib. Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib. Turkustan.info bildirir ki, “Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. […]

Fazil Məmmədovun xəstəliyi bilindi…

Türkiyədəki “American Hastanesi”nə yerləşdirilən eks-vergilər nazir Fazil Məmmədovun səhhəti normaldır. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat veriblər. Xəbər verdiyimiz kimi, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan […]

Tez-tez eşitdiyimiz “Hippokrat andı” – Mənası nədir?

Tez-tez ətrafımızdan “Hippokrat andı” kəlməsini eşidirik. Bəzilərimiz heç bu andda nələrin yazıldığından xəbərsizik, ancaq bu andın həkimlərlə bağlı olmasını, onların and içməsini bilirik. Bəs Hippokrat andı nədir? Hippokrat andı – həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş […]

Bakı metrosunda ölüm

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib. Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, metronun “20 Yanvar” stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. “Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım […]

Bakıda həm insanları, həm də heyvanları çətin sınaq gözləyir — Sentyabradək

Artıq şəhərin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 14 nəfər müraciət edib. Sahibsiz insanlar küçələrdən toplanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a bildirib ki, təkcə son günlərdə Zabrat qəsəbəsindəki sosial sığınacağa 3 nəfər yerləşdirilib. Onlar sözügedən sığınacağa icra hakimiyyəti orqanlarının […]

Hərbi liseylərə qəbul qaydaları dəyişdi – QƏRAR

Nazirlər Kabineti “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edilməsi barədə qərarimzalayıb. Həmin qərarla hər iki liseydə təhsil müddəti azaldılıb. Belə ki, indiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI […]

İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – Sərkisyan Bakıya gələcək?

Amerikalı diplomatdan Paşinyana xəbərdarlıq: “Elə etməyin ki…”; Ermənistanın baş naziri ilə prezidenti arasında çəkişmə böyüyür – səbəb; ABŞ-da səfərdə olan Armen Sərkisyan Ağ Evdə niyə qəbul edilmədi? erməni qəzetindən şok iddia… Ermənistanda “səssiz inqilab” dalğasında hakimiyyət dəyişikliyindən iki aya yaxın vaxt keçir. Bu müddət yeni baş nazir Nikol Paşinyanın fəaliyyəti […]

“GünayBank”da 100 milyonluq mənimsəmənin yeni təfərrüatları

Əkrəm Həsənov: “Bankın Müşahidə Şurası sədrinin xəbəri olmadan belə bir halın baş verməsi mümkünsüzdür” “GünayBank”ın İdarə Heyətinin sədr müavini Emin Zeynalov tərəfindən 100 milyon manata yaxın vəsaitin ələ keçirilməsi ətrafında ajiotaj səngimir. Virtualaz.org-a bank sahəsində məlumatlı mənbənin verdiyi informasiyaya görə, Emin Zeynalov tək olmayıb – bu iri fırıldaqda ona atası […]

Ərdoğanın təbliğatçısı öldürüldü – TERRORÇULARDAN MESAJ

Türkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan ictimai fəal Mövlut Bengi qətlə yetiriblər. Turkustan.info Türkiyə KİV-inə istinadən bildirir ki, fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Jandarm komandanlığı onun üzərində kağız […]

Netanyahu İranla bağlı qərarını açıqladı

İran varlığımıza yönələn ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq. Turkustan.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Açıq şəkildə ifadə edirəm. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. İranın Suriyanı bizə qarşı ölümcül baza yaratmasının qarşısını almaq üçün daim çalışacağam”, – deyə baş […]

Yuxusuz qalmağın 9 ölümcül fəsadı

Aparılan araşdırmalara görə, yetkin insanlar gündə ən az 7 yatmalıdırlar. Yaxşı və kifayət qədər yatmasanız, bunun ağır fəsadları ola bilər. Turkustan.info sizi yuxusuzluğun zərərləri ilə tanış edir. Yaddaşa və beyinə təsir edir Gecə kifayət qədər yatmadıqda ertəsi gün konsentrasiya, fokuslanma, problem həll etmə qabiliyyətinin aşağı düşməsi və diqqət əskikliyi yaşaya bilərsiniz. […]

Bu gün Milli Məclis sonuncu dəfə toplaşır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib. Ümumilikdə gündəlikdə duran 39 məsələyə “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi […]

Məhəbbət Vəliyeva nazir müavini təyin edildi

Təhsil nazirinə yeni müavin təyin edilib. Müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub. Qeyd edək ki, M. Vəliyeva1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991-2003-cü illərdə Səbail […]