Azərbaycana gələn ərəb turistdən iyrənc əməl – Hovuza nəcis etdi

Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib.

Bu səbəbdən o, 500 manat cərimələnib.

Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.

Turkustan.info bildirir ki, “Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb:

“Həqiqətən də belə bir hadisə olub. Turistlər otelimizdən çıxarkən onlara hovuzu çirkləndirdiyi üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək otelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.

Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji olay yaşanıb.