Bakıda cərimə meydançası yanır – 50 MAŞIN KÜL OLDU – FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. 
Turkustan.info nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yanan ərazi avtomobil cərimə meydançasıdır. Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.