Misir Futbol Federasiya prezidenti: Ramazan ayı bizə mənfi təsir etdi

Rusiyanın ev sahibliyi etdiyi 2018 Dünya Çempionatında iştirak edən Misirin Futbol Federasiyası rəhbəri Xani Əbu Rida Misirin oyunçularının Ramazan ayında oruc tutmasının onlara mənfi təsir göstərdiyini söyləyib.

Turkustan.info BBC Sport-a istinadən xəbər verir ki, Əbu Rida qeyd edib ki, (Ramazan) onlara pis təsir edib: “Dünya Kubokundan əvvəl oyunçularla danışdım, amma oruc tutmağı buraxmağı rədd etdilər. Ramazan ayı, Uruqvay oyunundan bir gün əvvəl qurtardı, amma oruc oyunçulara təsir etdi”, – deyə bildirib.

Federasiya prezidenti həmçinin “Sizi əmin edirəm ki, bir çox Ərəb ölkəsi oyunçularına oruc tutmağı buraxdı” deyə də əlavə edib. Qeyd edək ki, Misir Uruqvay, ev sahibi Rusiya və Səudiyyə Ərəbistanına qarşı oynadığı 3 matçda da məğlub olub.