Qənirə Paşayeva AŞPA-dan tələb etdi: Paşinyana müraciət edin!

Millət vəkili Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qeyri-qanuni girov saxladığı, işgəncə və əziyyətlər verdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırıb.

Turkustan.info xəbər verir ki, millət vəkili çıxışında girovlarla bağlı məlumatlar verərək, Ermənistanın işğalçı və cinayətkar Sərkisyan rejiminin Avropa Şurası Parlament Assambleyasının çağırışlara dəfələrlə məhəl qoymadığını və qanunsuz olaraq girov saxladığı, işgəncə verdiyi azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən imtina etdiyini bildirib.

Girovların vəziyyətinin ağır olduğunu deyən millət vəkili Paşayeva AŞ, AŞPA rəhbərliyinə çağırış edib. O deyib ki, AŞ, AŞPA rəhbərliyi Ermənistanın yeni rəhbərliyindən bu qanunsuz əməlləri davam etdirməməyi və azərbaycanlı girovları azad etmələrini tələb etməlidir.

Q.Paşayeva təşkiların rəsmilərini tez bir zamanda bu tələblə Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün daha sərt addımılar atmağa çağırıb.

79 Baxılıb