Ay: İyul 2018

“Ekoloji təmiz bölgəmiz” Ekoloji maarifləndirmə tədbirlərinin təşkili adlı layihə həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Kənd Qadınlarına Qayğı İctimai Birliyi “Ekoloji təmiz bölgəmiz” Ekoloji maarifləndirmə tədbirlərinin təşkili adlı layihə həyata keçirib.  Layihənin icra müddəti 01.05.2018 -dən 25 avqust 2018 –ci ilədək vaxti əhatə edib.  Tədbirlər əsasən İsmayillı, Qəbələ, Oğuz rayonlarında icra olunub. Layihə […]

“Toppuş bacı”ya ərindən ürək sızladan mesaj: “Xahiş edirəm…”

Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib. Turkustan.info xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib: “Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək […]

Mental dəyərlər, yoxsa qanun? – Məşhur hotel azərbaycanlıları niyə təhqir edir?

Azərbaycanın məşhur “Sapphire Marine” hoteli vətəndaşlarımızı təhqir edib. Belə ki, hotel rəhbərliyi Azərbaycan vətəndaşlarından hoteldə qalmaq üçün nikah haqqında şəhadətnamə tələb edir.  Turkustan.info bildirir ki, turizm üzrə ekspert Ruslan Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycanda bəzi hotellərdə nikah şəhadətnaməsinin istənilməsi insan hüquqlarının məhdudlaşdırılması deməkdir: “Bu, neqativ haldır. Burada diskriminasiya və insanların […]

“Toppuş bacı” sevənlərini kədərə boğdu – O da xərçəng olub

Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə yoluxub. Turkustan.info xəbər verir ki, bu barədə “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında məlumat verib. “Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən…Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da… Amma burda […]

İlham Əliyev dövlət idarəsinə rəis təyin etdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə rəis təyinatı olub. Turkustan.İnfo-nun məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Ə.Rəsulov 2012-ci ildən indiyədək həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

Baş nazir onu necə fikrindən daşındırdı? – İntihara cəhd edən şəxs danışdı – VİDEO

Ötən gün intihara cəhdinin baş nazir Novruz Məmmədov tərəfindən qarşısı alınmış şəxs “Xəzər Xəbər”ə danışıb. Turkustan.İnfo xezerxeber.az-a istinadən bildirir ki, 49 yaşlı Yaşar Əhmədov, nə üçün belə bir addım atdığını və baş nazirin onu necə fikrindən daşındırdığının təfərrüatlarını bizimlə bölüşüb. Hadisənin təfərrüatları isə belədir: baş nazir Novruz Məmmədov səhər saatlarında işə […]

Bazarlarda ötür-ötür oyunu: Bahalaşmanı kimlər yaradır?

Son aylar ərzaq məhsulları sürətlə bahalaşır. Topdan və pərakəndə satış məntəqələrində satılan malların qiymətində fərq demək olar ki, azdır. Satıcılar topdansatış bazarında məhsulları yüksək qiymətə təklif edirlər ki, bu da pərakəndə satışa mənfi təsir göstərir. Əksər pərakəndə satışla məşğul olanlar mal alarkən güzəştli qiymətə əldə etmədiklərini deyirlər. Məlumdur ki, istehsalçı […]

İran dollar bataqlığında: Qonşunun çöküşü Azərbaycana nə vəd edir?

Amerikanın araşdırma mərkəzi “Amgreatness” İran hökumətinin Hörmüz boğazını bağlaması barədə ciddi xəbərdarlıq edib. Mərkəzin məlumatına görə, İran Hormuz boğazını bağladığı təqdirdə dünya iqtisadiyyatı bataqlıqda qalacaq. “Bloomberg” agentliyi isə, bunun Babul Mendebin bağlanmasından daha ciddi böhrana yol açacağı barədə xəbərdarlıq edib. İranda isə son günlər dolalr psixoloji həddi keçib. 100 dollar […]

Qarabağ bizim deyil, işğal etmişik – İrəvanda etiraf

Erməni Milli Konqresi partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb. Turkustan.info xəbər verir ki, fikirləri ilə erməni ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə bildirib. “Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz […]

Azərbaycanda marixuana leqallaşdırıla bilər?

Dünyada marixuananın tam leqallaşdırıldığı az ölkə var. Bunlar Uruqvay, ABŞ (25 ştatında) və Kanadadır. Bu ölkələr marixuananın istifadəsi, satışı, alışı və saxlanılmasına icazə verib.  Turkustan.info xəbər verir ki, bəzi ölkələr marixuananı qismən leqallaşdırıb. Bu mövzuda ən məşhur ölkə olan Hollandiyada marixuana qismən leqallaşdırılıb.  Şimali Koreya, Çexiya, ABŞ-ın qalan ştatları, İspaniya, […]

Prezident Əli Həsənova fəxri ad verib

Prezident İlham Əliyev “Dövlət qulluqçularına fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamla dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar dövlət qulluqçusu” Həsənov Əli Məhəmmədəli oğlu “Əməkdar rəssam” Fərəcullazadə Natiq Nadir oğlu.   /oxu.az/

Aslan İsmayılova hökm oxundu

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb. […]

Erməni kəşfiyyatçı və politoloqdan müharibə hazırlığına ÇAĞIRIŞ – 1 ay sonra Kür və Araz boyunca…

Ermənistanda hesab edirlər ki, sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda müharibə başlayacaq. Erməni ekspertlər İrəvanı yeni müharibəyə hazırlaşmağa çağırır. Erməni kəşfiyyatçı, keçmiş döyüşçü Vaan Badasyan erməni hərbi birləşmələrinin mövqelərinin irəli çəkilməsi təklifi ilə çıxış edib. Onun iddialarına görə, Azərbaycan Ordusu son illər ərzində taktikanı dəyişdirdi və mövqeləri tədricən irəli çəkir: “Naxçıvan cəbhəsində […]

Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub. Bunlar Rauf Bayramov, Elşən Məmmədov, Urfan Məmmədov və Abbas Abbasovdur. Həmin şəxslərin barələrində ötən həftə həbs qətimkan tədbiri seçilib. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 120.2.3; 120.2.10; 120.2.7; 120.2.11; 214.2.6; 220.1; 228.1; […]

Diaspor Gənclərinin 1-ci Yay düşərgəsi başlayır

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun birgə təşkilatşılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” münasibətilə “Diaspor gənclərinin 1-ci Yay düşərgəsi” keçirilir. Düşərgədə iştirak edəcək gənclərin seçimi artıq yekunlaşıb. Seçimin nəticələri ilə bağlı iştirakçılara məlumat verilib. Düşərgədə iştirak etmək üçün 50-yə […]

Qarabağ TV üçün Birinci vitse-prezidentə müraciət olundu – MƏTN

“Hörmətli Mehriban xanım, Azərbaycan 1988-ci ildən bu günə qədər erməni teroruna və işğalına məruz qalmaqdadır. Bu illər ərzində onlara qarşı bir neçə dəfə informasiya sahəsində mübarizə başlansa da, əksəriyyəti fiaskoya uğradı. Bu gün bizim ermənilərə qarşı informasiya müharibəsində uduzuduruq. Bu müharibəni aparan adamlar bilirlər ki, düzgün qurulmuş və düzgün aparılan […]

Dünən Bakıdakı körpüdə baş verənlər anbaan – VİDEO

Dünən Bakıda “Komsomol dairəsi” adlanan ərazidə, körpüdə qəzabaş verib. Körpü üzərində nəqliyyat vasitəsi aşıb. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. Səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, […]

Fədayə Laçının “Qoca”nı qaçırdığı plan məlum oldu

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə məlum olub. Turkustan.info APA-ya istinadən xəbər verir ki, istintaqa ifadəsində F. Laçın qatardan qaçan və sonradan zərərsizləşdirilən “Qoca” ləqəbli Etibar Məmmədovla münasibətlərindən danışıb. O, deyib ki, E. Məmmədovu 2013-cü ildən tanıyır: “Həmin il Hacıqabul rayonunda […]

Maşinist stansiyaya çatmamış qatarın qapılarını açdı – VİDEO

Bakı Metropoliteni QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb. Məlumatı Report-a təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb. B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək: “Hadisə bu gün səhər saat 08:29-da metronun “İçərişəhər” […]

Rayonlara yeni avtobus qiymətləri – SİYAHI

Dövlət Avtomobil Nəqliyyatı Xidməti qiymətləri açıqladı Tarif Şurasının məlum qərarından Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tariflərini açıqlayıb.  Turkustan.info məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Nuridə Allahyarova öz “Facebook” səhifəsində qeyd edib.   /İstiPress/

Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlar Göygöldə bir araya gəlib – FOTO

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layihəsi çərçivəsində Göygöl şəhərində tədbir keçirib. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Göygöl rayon Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nurana Əliyeva […]

“Milli Məclis başlayanda bir şey fikirləşərik” – Deputatdan qiymət artımına reaksiya

“Tarif Şurasının qiymət artımı ilə bağlı bu qərarını tətil bitdikdən sonra Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıb etirazımızı bildirə bilərik”. Turkustan.info bildirir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Tarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlərin artırılması barədə təsdiq etdiyi yeni tarifə münasibət bildirərkən deyib. A.Abbas qeyd […]

Bakıda masaj salonunda ana dramı: “Ərim dedi ki…”

Xəyalə (ad şərtidir) artıq on ilə yaxındır ki, şəhərin mərkəzində fəaliyyət göstərən masaj salonlarından birində çalışır. Onunla tanışlığımız təsadüfi olsa da, illərin dostuymuşuq kimi dərdləşə bildik. Daha doğrusu, o danışdı, mən dinlədim. Bu “masaj salonları”nda hansı xidmətlərin olduğu hamıya məlumdur. Təbii ki, bu salonların əksəriyyətində masajdan söhbət belə getmir. Elə […]

Gediş haqlarının bahalaşmasından sonra kommunal xidmətlərin qiyməti artacaqmı?

Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib. Qeyd edək ki, yeni qərar avqustun 1-dən qüvvəyə minəcək. Turkustan.info xəbər verir ki, finans.az […]

Türkiyə mediası Müşfiqdən yazdı: “”Milyonluq quş” gəlir” — VİDEO

Avqustun 17-si “Artlemma” film şirkətinin istehsalı olan “Milyonluk kuş” filminin Türkiyədə təqdimatı baş tutacaq. Turkustan.info xəbər verir ki, Müşfiq Şahverdiyev bu filmə marağın böyük olduğunu bildirib: “Artıq bu filmimiz işıq üzü görür. Bu iş mənim üçün tam fərqlidir. Film sektoruna başlayandan əldə etdiyim uğurlar göz qabağındadır. İlk dəfə ölkədən kənarda […]

Bakıda taksi şirkətləri qiyməti qaldırır? – Açıqlama

Sabahdan etibarən ictimai nəqliyyatda olan qiymət dəyişikliyi taksilərin qiymətinə təsir edəcəkmi? Turkustan.info bildirir ki. məsələ ilə bağlı Axar.az-ın taksi şirkətləri arasında keçirdiyi sorğunu təqdim edirik: “Salam taksi” (*9933): “Qiymət artımının olacağı ilə bağlı heç bir məlumatımız yoxdur”. “Bumeranq taksi” (*9333): “Qiymətin artırılması ilə bağlı heç bir təlimat verilməyib”. “Ekonom taksi” (*9111): […]

Astroloq: 11 gündən sonra baş verəcək bu hadisə… – Video

Avqustun 11-də Günəş tutulması baş verəcək. Qəribədir ki, 15 gün sonra, yəni avqustun 26-da heç nə olmayacaq. Bunun isə elmi əsasla sübuta yetirilməsə də, min illər ərzində müşahidə olunan nəticəsi var. Tamamlanmayan tutulma böyük hadisələrə gətirib çıxaracaq. Bunun harada baş verəcəyi ilə bağlı dəqiq məlumat verə bilməyəcəm. Turkustan.info bildirir ki, […]

Emin Ağalarov: “Jara-2019” daha maraqlı və rəngarəng olacaq”

İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq […]

Bu gün Mars-Yer qarşıdurması baş verəcək – 15 il sonra bir ilk

Qırmızı planet səmada çox parlaq, qırmızı ulduz kimi görünəcək İyulun 31-də Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq. Milli Elmlər Akaademiyasından verilən məlumata görə, bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi […]

Bakıda maşın süpürgəçi qadını vuraraq öldürdü

Bakıda süpürgəçini maşın vuraraq öldürüb. Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən Yeniacg.az-a verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya […]

“WhatsApp” vəd etdiyi YENİLİYİ bu gündən AKTİVLƏŞDİRDİ

“WhatsApp” sosial mesajlaşma platforması bir müddət əvvəl qruplarda səsli və video zənglərin artıq mümkün olacağını açıqlamışdı. Turkustan.info xəbər verir ki, bu gündən etibarən 4 nəfər eyni anda video və səsli zənglə danışa biləcək. Bu yeniliyə görə hətta internet şəbəkəsində qüsur yaransa belə, sürət zəyif olsa da danışıq baş tutacaq. Platformanın bir […]

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlandı

Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb. DİN-dən  verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.  İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki […]

“Azərbaycanda sərnişindaşımanın təşkili qüsurludur” – İqtisadçıdan TƏKLİF

Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 30 qəpiyə qaldırılıb.  Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər sabahdan – 1 avqust tarixindən qüvvəyə minəcək. […]

Azərbaycanda maaşla neçə dəfə nəqliyyata minmək olar? – HESABLANDI

“Azərbaycan vətəndaşı ictimai nəqliyyatı Türkiyədəkindən 3,7 dəfə baha istifadə edəcək”. Turkustan.info xəbər verir ki, bunu hüquqşünas Ələsgər Əhmədoğlu deyib.  Onun sözlərinə görə, Türkiyədə minimum əmək haqqı 2018-də (Asgari Ücret) 2018 Brüt (Aylık): 2.029,50 TL müəyyən edilib:  “Yəni, bu günkü kursla 710 manatdır. Bu pulla Türkiyədə an aşağı (0,44 man) ictimai nəqliyyatdan 1601 […]

İrəvanda rus qorxusu: Zabitlərimizi göndəririk, lakin…

Ermənistan Müdafiə Nazirliyi NATO-nun tədbirinə qatılmasına haqq qazandırmaq üçün müxtəlif bəhanələr səsləndirməyə başlayıb. Turkustan.info xəbər verir ki, Gürcüstanda avqustun birində start götürəcək NATO-nun “Layiqli tərəfdaş 2018” təlimi haqqında öz Feysbuk səhifəsində fikirlərini bölüşən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan, Rusiyanın qəzəbindən qorunmaq üçün bu təlimin NATO yox, guya Gürcüstanın […]

Rayon avtobuslarında gediş haqqı artırılır

Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Turkustan.info xəbər verir ki, Dövlət Avtomobil […]

Siz də bu səhvi edirsiniz? – Çılpaq yatmayın!

İsti yay gecələrində bir çox insan çılpaq və ya yarı-çılpaq yatağına girsə də, mütəxəssislər bunun əksini məsləhət görərək xəbərdarlıq edir. Ümumiyyətlə yayda gecə yatarkən etdiyiniz seçimlər sizin yuxu problemlərini artıra bilər. Odur ki, yatarkən çılpaq olmamaq və pijama geyinmək lazımdır. Təbbi və pambıq materialdan hazırlanmış pijamalar insan bədəninin daha sərin […]

Madonnanı yamsılayan it sosial medianın gündəmində – FOTO

Parisdə yaşayan fransalı fotoqraf Vinşent Floret yardım dərnəklərinin gəlir əldə etməsi məqsədilə heyvanları könüllü olaraq lentə alır. Turkustan.info xəbər verir ki, fotoqraf sonuncu layihəsində məşhur müğənni Madonnanın ikon olmuş fotolarını və kliplərindən olan səhnələri Maks adlı iti ilə yenidən canlandırıb. Maksın Madonnanı yamsıladığı fotolar sosial mediada trendə çevrilib. “Maks mənim üçün hər şeydən öncə gəlir. Ona […]

Parklardakı çeşmələrdən gələn su təmizdirmi? – VİDEO

Su aydınlıqdır, təmizlik, paklıqdır. Su həyatdır. Susuz insan ömrünü təsəvvür belə etmək olmaz. Demək olar ki, şəhərimizin bir çox yerlərində su ilə bağlı problem aradan qaldırılıb. Su problemsiz gəlir, amma gələn suyun gigiyenik cəhətdən təmiz olub-olmaması sual altındadır. Xüsusən, parklarda quraşdırılan çeşmələrdən gələn su, həqiqətən, təmizdirmi? Məsələ ilə bağlı Baku.TV-nin hazırladığı […]

40 min il yaşı olan… – Bildiyiniz HƏR ŞEYİ UNUDUN

Sibirdə 40 min il əvvəl donan soxulcanlar yenidən dirildi. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın Princeton Universitetinin geoloqlarının rusiyalı alimlərlə apardığı araşdırmanın nəticələrində deyilir. Araşdırmaçılar Sibirdəki qütb torpaqlarından eramızdan əvvələ aid 300-dən çox donmuş torpaq nümunəsini götürüb. Nümunələr Rusiya Elmlər Akademiyasının nəzdində Torpaq Elminin Fizio-Kimya və Bioloji Problemləri İnstitutuna gətirilib. […]

Qardaşının ölüm xəbərini aldı, amma morqda elə bir şeylə qarşılaşdı ki… – AĞLAGƏLMƏZ OLAY

Misirdə paytaxt Qahirənin xəstəxanalarından birində vəfat edən kişinin gözləri oğurlanıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda mərhumun qardaşı bildirib. “Səhər saatlarında xəstəxananın rəhbərliyi qardaşımın ölümünü xəbər verdi. Morqa gedərək cəsədi təhvil alanda qardaşımın oğurlanan gözlərinin çıxarıldığını gördük”, – Abduttavab adlı misirli deyib. Onun sözlərinə görə, xəstəxananın işçiləri hadisənin […]

“İdeal ailə modeli” layihəsi başa çatdı

“Könül evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İdeal ailə modelinin gənclər arasında təbliği məqsədilə tədbirlərin təşkili” adlı layihəsi yekunlaşdı. Layihənin əsas məqsədi ailə dəyərlərini qorumaq, ailə institutunu möhkəmləndirmək, gənclərin diqqət və səylərini ailənin cəmiyyətdə […]

Övladlarının qovduğu 70 yaşlı kişi Qocalar evinə yerləşdirildi

Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib. Turkustan.info-nun məlumatına görə, bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov bildirib. […]

Serj Sərkisyanı Köçəryanın taleyi gözləyir – Paşinyan “Qarabağ klanı”nı məhv edir

Ermənistanın baş naziri parlament seçkiləri öncəsi cani rəqiblərinə qarşı savaş elan edib; hərbi ekspert: “Serj Sərkisyan Qarabağ klanının ən qəddarı və ən yaramazı olub, onunla bağlı çox maraqlı proseslər baş verəcək” İyulun 27-də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın 2 aylıq həbs edilməsi bir çox erməni dairələr, xüsusilə də “Qarabağ klanı”nın […]

Türk deputatdan Qarabağ mesajı: Başımızdan keçərik…

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Malatya millət vəkili Öznur Çalıkın Axar.az-a müsahibəsi: – İyunun 24-də Türkiyədə keçirilən seçkilərin nəticələrini necə qiymətləndirirsiniz? – 24 iyun seçkilərinin qalibi Türkiyənin demokratiyasıdır. Bütün dünya iyunun 24-də keçirilən seçkiləri izlədi. Bir dünya lideri olan Rəcəb Tayyib Ərdoğanın varlığı çoxunu sevindirsə də, bundan narahat […]

“Qanunsuz hallara qarşı tədbirlər görülür” – Nuşirəvan Məhərrəmli

Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, hələki bu sahədə pozuntular kifayət qədərdir: “Düzdür, Azərbaycanda inkişaf getdikcə bu sahədə də pozuntular azalır. Artıq tikinti sahibləri özləri də […]

Yanacaq, işıq, təbii qaz və suyun da qiyməti artacaq – EKSPERT RƏYİ

Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. Turkustan.info xəbər verir ki, bunu ictimai nəqliyyatın qiymətində bu gün müəyyənləşmiş bahalaşmaya münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, qaza da, suya da növbə çatacaq: “Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın […]

Ermənilər Milli Qəhrəmanın “abidəsini” 10 MİN AVROya GÖRƏ DAĞIDIBLAR – Video

Sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən dağıdılmasını əks etdirən görüntülər yayılıb.  Turkustan.info-nun məlumatına görə,  “Xəzər Xəbər”in araşdırması nəticəsində Milli Qəhrəmanın məzarının işğal edilmiş ərazilərimizdə hansı məqsədlə bərpa edildiyi və nə üçün dağıdıldığı müəyyən edilib. Məlum olub ki, əslində, Avropa İttifaqının maliyyə yardımı və qurumun “Sülh Təşəbbüsləri” […]

Bakıda restoranlarda qeyri-adi qadağalar – TƏƏCCÜBLƏNƏCƏKSİNİZ – VİDEO

Bakıdakı bəzi restoranlarında qeyri-adi qadağalar tətbiq edilir. Turkustan.info Xezerxeber.az-a istinadən məlumatına görə, idman geyimində və açıq ayaqqabı ilə girişə qadağa qoyulur. Müştəri məkana daxil olmaq üçün klassik, ya da yarım klassik geyinməlidir. Bəzi yerlərdə isə domino oynamaq istəsəniz, masada mütləq xanımlar da olmalıdır. Baş çəkdiyimiz restoranlardan birində isə dedilər ki, […]

Qarabağda dəhşətli MÜHARİBƏ BAŞLAYIR: Paşinyanın sonu, Koçaryanın… – Rusiya mediası SİRLƏRİ AÇDI

İstənilən ölkədə keçmiş prezidentin həbsi tarixi hadisədir, xüsusilə keçmiş sabiq dövlət başçısı korrupsiya ilə deyil, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhdlə ittiham olunursa. Ermənistanda keçmiş prezident Robert Koçaryanın 2008-ci il 1 mart hasdisələrinə görə məhkəmə qarşısına çıxarılması və onun haqqında konstitusiya quruluşlunun devrilməsi ittihamı ilə iki ay həbs qətimkanı seçilməsi görünməmiş hadisə […]

Trampın “Yüz ilin işğalı” planı – Bu müsəlman ölkəsi XƏRİTƏDƏN SİLİNƏCƏK

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanıdıqdan sonra Fələstinin işğalına hazırlaşır. Turkustan.info xəbər verir ki, Trampın Fələstin-İsrail münaqişəsinin həlli üçün “Yüz ilin anlaşması” adı ilə yeni plan hazırlayır. Bu plan hələlik açıqlanmasa da, müəyyən detalları mediaya sızıb. İddialara görə, “Yüz ilin anlaşması” planında Fələstin tərəfinə ağır şərtlər irəli sürüləcək, […]

Almaniya, Fransa, Türkiyə, Rusiya ABŞ-a qarşı birləşir – İstanbulda zirvə toplantısı

İstanbulda Almaniya, Fransa, Türkiyə, Rusiya dövlət başçılarının iştirakı ilə ABŞ əleyhinə zirvə toplantısı keçiriləcək. Turkustan.info xəbər verir ki, Cənubi Afrikadan BRİCS sammitindən geri dönən Ərdoğan jurnalistlərə açıqlamasında sentyabrda Rusiya, Almaniya, Fransa, Türkiyə dövlət başçılarının iştirakı ilə Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısının sentyabrın 7-də keçirilməsi nəzərdə tutulur. Bu Zirvə toplantısı ABŞ-ın […]

Akayev, Bakiyev, Yanukoviç… – Putin onlardan fərqli olaraq Köçəryanı qurban verdi: – NİYƏ?

“Robert  Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərinə heç bir real təsir göstərməyəcək”. Turkustan.info xəbər verir ki, bunu Ermənistanın Mühafizəkarlar Partiyasının sədri Mikael Ayrapetyan deyib. Onun sözlərinə görə, bu həbs daxili siyasi vəziyyətə də təsirsiz qalacaq: “Bu, olsa-olsa ölkə əhalisinə müsbət təsir göstərə bilər, gələcəyə ümidi artırar, xüsusilə də aprel hadisələrindən sonra”. Partiya sədri “Bu hadisə […]

SON DƏQİQƏ: Metro və avtobuslarda gediş haqqı artırıldı – Rəsmi

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Turkustan.info bildirir ki, Tarif Şurasından verilən məlumata görə, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Ötən müddət ərzində ictimai nəqliyyatda […]

Prezident bu universitetə rektor təyin etdi – 2 sərəncam, 6 fərman

Prezident İlham Əliyev Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamda qeyd edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Həsən Məmmədovun 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram: […]

Mattarella İrəvanda Qarabağdan danışdı: Yardım edəcəyik

İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yardım edəcək. Turkustan.info xəbər verir ki, bunu İrəvanda səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella deyib. “Sülhü təmin etmək lazımdır. Sülh danışıqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Münaqişənin nizamlanması yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində və beynəlxalq hüquq normalarına əsasən siyasi yolla əldə […]

İcra başçısı işdən çıxarıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuPost-un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Polis xəyanət edən arvadını boğub öldürdü – TƏFƏRRÜAT

Beyləqanda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub. Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib. […]

Namus üstündə qətlə haqq qazandırırsınızmı? – VİDEO

Ölüm təkcə həyatın sonu yox, bir insanın ümidlərinin, arzularının yox olmasıdır. Təsiredici məqam da odur ki, bu, əcəllə yox, kiminsə əli ilə olur. Xalid Hüseyninin təbirincə desək, kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Hər hansı bir şəxsin birini qətlə yetirməsi bəşəriyyətin sonunun gəldiyindənmi xəbər verir? Yoxsa bu […]

Qızları birləşərək erməni “avtoritet”i doğradı – Kriminal aləm şokda

Moskvada kriminal aləmin nümayəndəsi olan erməni Mixail Xaçaturyan qızları tərəfindən qətlə yetirilib. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, Mariya, Ancelina və Kristina birləşərək atalarını bıçaqlayıblar.  Hüquq mühafizə orqanlarının 57 yaşlı kriminal “avtoritet”in ölümü ilə bağlı yaydığı məlumata görə, onun meyiti yaşadığı binanın girişində tapılıb. Çoxsaylı bıçaq zərbələri dəymiş erməninin […]

Müharibədə Ermənistana silah göndərən azərbaycanlı Məhərrəmov

Rafael Bağdasaryanın (“Svo Raf”) sağ əli Turkustan.info bildirir ki, “Lenta.ru” portal məşhur kriminal avtoritetlər barədə yazılar silsiləsindən bu dəfə məşhur erməni “vor zakon”, “Svo Raf” ləqəbli Rafael Bağdasaryan barədə məqalə dərc edib. Məqalədə Azərbaycanla bağlı da kədərli məqamlar yer alır. Ona görə kədərli ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində […]

Ərdoğan Adnan Oktardan danışdı – İlk dəfə – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyat nəticəsində həbs edilən Adnan Oktarla bağlı ilk dəfə açıqlama verib. Turkustan.info türk mətbuatına istinadən xəbər verir ki, prezident Adnan Oktarı əxlaqsız adlandırıb: “Adnan Oktar əxlaqsız bir adamdır. Onun ədəbi yerində deyil. Çox əxlaqsız bir tipdir. Əxlaqi zəiflikləri var”. “Sizin ona təslim etdiyiniz uşaqları, gəncləri istədikləri […]

SOCAR “Turan” adlı beynəlxalq şirkət yaratdı

“SOCAR AQŞ” “KCA Deutag” şirkəti ilə birgə müəssisə yaradıb. Bununla bağlı bu gün “SOCAR AQŞ” və “KCA Deutag” arasında müqavilə imzalanıb. Turkustan.info xəbər verir ki, yeni birgə müəssisə “Turan Qazma və Mühəndislik şirkəti” adlanır. Mərasimdə çıxış edən “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev qeyd edib ki, şirkət 2008-ci ildə qazma […]

Zakir Qaralov İsmayıllıya yeni prokuror təyin etdi

İsmayıllıya yeni prokuror təyin edilib. Turkustan.info məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. […]

Rusiya XİN rəsmisi: “Heç bir ölkə bunu bacarmazdı, Azərbaycan bacardı”

Mariya Zaxarova: “Əmin ola bilərsiniz ki, bizim Qarabağ məsələsində mövqeyimiz qətidir, heç vaxt qeyri-müəyyən olmayıb və üzərindən hansısa oyunların qurulmasına hesablanmayıb” Aleksandra Zuyeva, Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova ötən həftə 26-29 iyul tarixlərində Bakıda keçirilən “Jara” musiqi festivalında iştirak edib. Rusiyalı diplomat Sputnik Azərbaycan-ın bir sıra […]

“The Jerusalem Post” qəzeti: Erməni işğalı və “demokratiya”: bunlar bir-biri ilə uzlaşırmı?

Korrupsiyaya qurşanmış və cinayətkar Serj Sarkisyan rejiminin süqutundan sonra güman etmək olardi ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş baş verəcək, tərəflər öz ölkələrinin və xalqlarının gələcəyi üçün sülh barəsində razılıq əldə edəcəklər. Lakin məlum oldu ki, bu, illüziya imiş. Turkustan.info xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə […]

“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir

“Səninlə kobud rəftar edirlər? Narahatsan? Qorxursan? Onda problemini bizimlə bölüş!” Bu çağırış “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” tərəfindən bütün uşaqlara ünvanlanıb. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyətə başladığı ilk gündən minlərlə uşağa psixoloji və mənəvi dəstək göstərib. Xidmət artıq ölkəmizdə uşaqlar tərəfindən kifayət qədər etibar […]

Əjdər İsmayılov dünyada istinad ediləsi mötəbər alim tövsiyə edildi

Bildiririk ki, tanınmış alim, cavidşunas, türkçü, ictimai-siyasi xadim, məşhur 91-lər dən, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, filoloq tarixçi professor Əjdər İsmayılov (Əjdər Tağıoğlu) dünyanın nüfuzlu ABŞ Konqres Kitabxanasının virtual kataloquna azətbaycanlı alim, filoloq, tarixçi və siyasətçi kimi qeydə alınıb. Professor Əjdər ismayılova beynəlxalq İSNI kod verilməklə eyni zamanda dünyada […]

Türkiyədə “Azerbaycan rüzgarı” adlı veriliş efirə gedəcək

Türkiyənin “Bengü türk” televiziyasında “Azerbaycan rüzgarı” verilişi efirə gedəcək. Bu haqda verilişin müəllifi və aparıcısı Səidə Ömərova özəl olaraq “Palitra”ya məlumat verib. Həftədə bir dəfə yayımlanacaq verilişin məqsədi Türkiyədə Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmaq və tanıtmaqdır.  Səidə Ömərova bildirib ki, verilişdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı mövzulardan söhbət […]

Jurnalist təşkilatı Xaçmazda “dəyirmi masa” keçirib

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Açıq hökumət quruculuğunda cəmiyyətin informasiya təminatının gücləndirilməsinə dəstək məqsədilə toplantıların təşkili, müzakirələrin aparılması” adlı layihənin icrasını davam etdirir.  Layihə çərçivəsində növbəti tədbir Xaçmaz şəhərində baş tutub. Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və […]

Azərbaycanda islam basqı altındaymış…

Azər HƏSRƏT, [email protected] Yenə də köhnə havanı çalırlar. Sən demə, Azərbaycanda islam dini sıxışdırılırmış! Həyasızlığın bu qədərini də gördük! Adamlar yox yerdən bir iddia atıb ortaya, yarım qafalı beyinsizlər də o iddianı tirajlamaqla məşğuldur. Halbuki dönüb ətraflarına baxsalar görəcəklər və min dəfə əmin olacaqlar ki, Azərbaycan dövləti nəinki islam dinini […]

Tükürpədən hadisə: Kişi 9 yaşlı arvadını döyüb öldürdü

Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı arvadını öldürüb. Turkustan.info “Tolo News” agentliyinə istinadən verdiyi xəbərə görə, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb, daha sonra boğub. Kişi hadisə yerindən qaçıb. Axtarışları davam etdirilir. Cinayətlə bağlı 9 yaşlı Samianın atası həbs edilib. O, qızını erkən […]

Dünyada benzinin ən ucuz və ən baha olduğu ölkələr – SİYAHI

Venesuelada “Aİ 95” markalı benzinin bir litrinin qiyməti 1.7 qəpikdir  “Bloomberg” agentliyi dünyada “Aİ-95” markalı benzinin ən ucuz və ən baha satıldığı ölkələrin reytinqini açıqlayıb. Turkustan.info “Bloomberg”-ə istinadən xəbər verir ki, dünyada ən ucuz benzin Venesuelada satılır. Belə ki, Venesuelada bu markalı benzinin qiyməti 0,01 dollardan azdır (0,17 AZN).  İkinci yerdə gələn […]

Deputat Elmira Axundova yayılan səs yazısından danışdı – VİDEO

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir. Bundan başqa, Elmira Axundova öz həmsöhbətini […]

Bugünkü insan cəmiyyəti qardaşı Habili öldürən Qabilin cinayət kodunu daşıyır    

Aydın Mədətoğlu        Bugünkü insan cəmiyyəti qardaşı Habili öldürən Qabilin cinayət kodunu daşıyır. Başqa sözlə, milliyətindən asılı olmayaraq yer üzündə olan bügünkü bütün insanlar daha çox Adəmin deyil, Qabilin övladlarıdır.         Unutmaq olmaz ki, insan mənəviyyatı, əxlaqı ilə insan, millət mənəviyyatı, əxlaqı ilə millətdir. Mənəviyyatı, əxlaqı korlanmış insan insanlıqdan […]

İraqda bir türk şəhəri, bizlərə ürəkdən, candan qardaş deyən Kərkük

Anaya “Nənə”, Dədəyə “Xoca”, Nənəyə “Bibi”, Bibiyə “Atə”- deyən Kərkük İsti bir iyul günündə toyumuzu etmək üçün Kərkükə yol aldıq. Avtobus biletimizi alıb Ankaradan yola çıxdıq. Sərhədə çatanda ilk diqqətimi çəkən Kürdüstan bayrağı oldu. Türkiyə İraq sərhəddində Kürdistan yoxlamasından keçib günəşin yandırdığı İraqa daxil olduq… Nişanlım pasportunu itirmişdi. Əlində keçici […]

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır” – Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bu yaxınlarda Brüsselə səfərini və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşünü məmnunluqla xatırlayaraq qeyd […]

Uşağı olmayanlar YANDI: YENİ VERGİ

Rusiyada qəribə vergi öhdəliyi qoyula bilər. Turkustan.info publika.az-a istinadən xəbər verir ki, uşağı olmayan ailələr buna görə vergi ödəməli olacaq. Moskva Hökumətinin Sosial siyasət və əmək münasibətləri üzrə sədr müavini Nikolay Qubenko bu barədə bildirir ki, Moskvada kifayət qədər yaxşı təmin olunmuş, amma uşaqsız ailələr var. Həmin təminatlı ailələrin ya uşaqları […]

Çamışlar Nabran çimərliyində belə dincəlir – FOTOLAR

Ferma heyvanları turistlərlə birlikdə dənizə girib Şimal bölgəsində iribuynuzli mal-qara turistlərlə birlikdə dincəlir. Xaçmazda dəniz sahilində çəkilən fotoları gördükdən sonra belə qənaətə gəlmək mümkündür. Turkustan.info məlumatına görə, ilin isti günləri yerli sakinlərin, eləcə də qonaqların sərinləmək, dincəlmək üçün ən çox üz tutduqları məkanlardan biri də Xaçmazdır. Rayaondakı Nabran və Müqtədir yaşayış […]

Deputat Elmira Axundovanın səs yazısı: “Müdafiə naziri dəyişdi, pulum kəsildi…”

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir. Turkustan.info bildirir ki, audioyazını hakimiyyətyönlü criminal.az saytı […]

Sumqayıt polisi əxlaqsız yuvalarını belə aşkarladı: Görüntülər yayıldı – VİDEO

Sumqayıt şəhərində əxlaqsızlıq yuvasına çevrilən restoranlara qarşı reyd keçirilib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisindəki “Metallurq”, “Qızlar bulağı”, “Göyçə” restoranlarında əxlaqsızlıqla məşğul olan 24 kişi və 30 qadın saxlanılıb. Saxlanılanlar barəsində inzibati protokol tərtib olunub. Turkustan.info Dünya TV-yə istinadən həmin əməliyyatın görüntülərini təqdim edir. /Kivnews/

Şabranda başlayan yanğın qonşu rayonlara keçdi – HEYVANLAR VƏ QUŞLAR TƏLƏF OLDU – FOTOLAR

Siyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb.  Təxminən 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib. Hazırda […]

Yol çökdü, avtomobillər torpağın altında qaldı – VİDEO

İstanbulda Ümraniyə qəsəbəsində torpaq sürüşməsi baş verib. Turkustan.info türk mətbuatına istinadən xəbər verir ki, tikinti işləri aparılan ərazinin hasarı və asfaltın bir hissəsi uçub. Nəticədə divarın yaxınlığında park edilən 2 minik avtomobil və 1 yük maşını çuxura düşüb. Çuxurun dərinliyinin 20 metr olduğu bildirilib. Hadisə yerinə polis,  xilasedici və təcili tibbi […]

“Paşinyanın addımları Qarabağın itirilməsilə nəticələnəcək” – Rusiyalı ekspert

Qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir. Turkustan.info xəbər verir ki, “Svobodnaya Pressa” qəzetinə müsahibə verən Yevseyevin fikrincə, Paşinyan qərb stulunda oturmaqla Ermənistanın […]

Alimlərdən xəbərdarlıq — Kainat hər an məhv ola bilər

“The European Physical Journal C” jurnalında yeni elmi məqalə dərc edilib. Turkustan.info xəbər verir ki, Kant adına universitetin fizika alimləri qara enerjinin riyazi modellərini incələyiblər. Məlum olub ki, bizim Kainat istənilən daha faciəvi ola bilər. Yeni sinqulyarlıq modeli göstərib ki, Kainatımız getdikcə daha da təhlükəli olur. Məlum olub ki, bəzi […]

İnsan bu qəzadan sağ qalarmış – ANBAAN GÖRÜNTÜLƏR

Argentinada saatda 170 kilometr sürətlə hərəkət edən avtomobil maneəni vuraraq körpünün üzərindən düşüb. Turkustan.info xəbər verir ki, yolda yerləşən müşahidə kamerasının çəkdiyi görüntülər yutubda dərc edilib. Sükan arxasında 19 yaşlı cavan oğlan oturmuşdu. Onun idarəetməni itirdiyi güman edilir. Xoşbəxtlikdən, cavan oğlan sağ qalıb, amma onun bədənində çoxlu sınıq müəyyən edilib. Qəza […]

İmtahanlarda 360 baldan az yığanlar pulsuz təhsilə düşə bilməyəcəklər

“İxtisas qruplarında keçid bal fərqləri müxtəlifdir. Ona görə də ixtisas seçimində hər kəs balını bilib ona görə seçim etməlidir. Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir”. Turkustan.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, […]

Atatürk Mərkəzində “Türkologiya” kitabının təqdimatı keçirilib

İyulun 27 də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin yekun tədbiri keçirilib.  Tədbirdə layihə çərçivəsində  türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq yeni fundamental araşdırmaları […]

Yalnız 1 gün! – Bu gün əhaliyə bu xidmət pulsuz olacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Vəkillərin peşə bayramı günü münasibətilə bu gün vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək. Kollegiyadan Metbuat.az-a verilən məlumata görə, bununla bağlı, qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər. Bakı şəhərində fəaliyyət göstərən […]

Baş nazirin intihara cəhd edən şəxslə danışığının təfərrüatı açıqlanıb – RƏSMİ

“Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib”. Turkustan.info bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. “Səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün […]

Çimərlikdə görünməmiş biabırçılıq – Sərxoş kişilər qadınlara hücum çəkdi – VİDEO

Çimərlikdə istirahət etmək istəyən qadınlar hücuma məruz qalıb. Turkustan.info Femida.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu,Pirşağı qəsəbəsi “Qızılqum” çimərliyində baş verib.Ərazidə qumluq sahədən istifadə etmək istəyən vətəndaşlar orada fəaliyyət göstərən restoran əməkdaşlarının hücumuna məruz qalıb.Hücuma məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova saytımıza bildirib ki, qumluq sahədən istifadə etmək üçün […]

Bahalaşma anonsu: Növbədə hansı xidmətlər var?

Ölkədə yeni bahalaşma dalğası başlayıb. Bunu Statistika komitəsinin verdiyi məlumatlarda da görmək mümkündür. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 […]

Allahverdi Bağırovun qızı ETİRAZ ETDİ: “Videodakı başdaşı atama aid deyil, diqqətli olun!”

“Atamın  qəbrinin ermənilər tərəfindən dağıdılması xəbərini İnstagram səhifəsində gördüm. Ailəsi olaraq yalan məlumatların sosial şəbəkələrdə yayılması bizə pis təsir edib. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə yol verirlər axı?!”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova atasının məzar daşının ermənilər tərəfindən dağıdılması xəbərinə […]

150 bal toplayan abituriyentlər bu ixtisasları seçə bilərlər – SİYAHI

Təhsil eksperti Kamran Əsədov 2018-2019-cu tədris ilində II ixtisas qrupunda minimum 150 bal toplayan abituriyentlərin seçə biləcəyi ali məktəblər və ixtisaslar barədə məlumat açıqlayıb. Ekspert “Abituriyent” jurnalının 4-cü sayına istinadən  qruplaşdırma aparıb. Qeyd edək ki, fənlər üzrə nisbi bal məhdudiyyəti yoxdur. Dövlət İmtahan Mərkəzi II qrupda azı 150 bal toplayan […]

Azərbaycanlı Londonda 190 milyona ev aldı – X milyonçu

Azərbaycan vətəndaşı Londonda 190 milyon dollara mənzil alıb. Turkustan.info xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında “Allytta” daşınmaz əmlak ticarət şirkətinin baş meneceri Neş Cenkins deyib. Onun sözlərinə görə, son zamanlar Londondakı daşınmaz əmlaka Türkiyə vətəndaşlarının marağı artıb: “Türkiyə biznesmenləri London daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşmasından yararlanırlar. Onlar bu sferaya […]

Baş nazir Bakıda intihar etmək istəyən kişiyə zəng etdi – Fikrindən daşındırdı

Bakıda intihar edən şəxsi fikrindən baş nazir daşındırıb. Turkustan.info xəbər verir ki, Musavat.com intihara cəhd hadisəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib. Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub. O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə […]

“Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var”.

“Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var”. Turkustan.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, tıxac əsasən Heydər Əliyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir. “Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar […]

Allahverdi Bağırovun oğlu: “Xalqı ermənilərin iyrənc təxribatına uymamağa çağırırıq”

“Əvvəllər bir azərbaycanlı jurnalist yazmışdı ki, guya atamın məzarı kiminsə tərəfindən qorunub saxlanılır. Mən sual verirəm. Bu, Xocalıda günahsız insanların, körpə uşaqların, qocaların qanına susayan erməniyə xas hərəkətdirmi? Məqsəd nə idi? Ermənini yaxşı obrazda Azərbaycan cəmiyyətinə təqdim etmək? Mənim atamın heç başdaşı olmayıb”. Turkustan.info bildirir ki, bu sözləri Ordu.az-a açıqlamasında Azərbaycanın […]

Xərçəng xəstələrini 60 ildir bu üsulla sağaldırmış – 93 yaşlı həkimin GİZLİ SİRRİ

Həkim Djonna Budviq təxminən 7 dəfə tibbdə Nobel mükafatı ilə təltif olunub. O, onkoloji xəstələrini təbii üsulla 90% sağaldıb. Özü isə 95 yaşında dünyasını dəyişib. Həkim yaşadığı müddətcə kətan toxumu yağı və yağsız kəsmik dietinin gücünü sübut edib. Həmçinin günəşin gücünü və D3 vitaminin effektini isbat edib. Həkimin bu günə […]