120 ilin ən qaynar günü: 44 dərəcə isti

1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarmadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il)  rekord temperatur göstəricisi qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, bu gün 43-44 dərəcə isti müşahidə olunub.

“Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib. 41,6 dərəcə. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdu”, – məlumatda qeyd olunub.  /oxu.az/