Dünya Çempionatında bu gün daha iki 1/8 finalçı məlum olacaq

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı 2018-in daha iki 1/8 finalçısı bu gün məlum olacaq.

Turkustan.info xəbər verir ki, ilk olaraq meydana ev sahibi Rusiya millisi çıxacaq.

Qonşu ölkə təmsilçisi  İspaniya ilə qarşılaşacaq.

Digər oyunda isə Xorvatiya və Danimarka milliləri üz-üzə gələcək.

Dünya çempionatı

1/8 final mərhələsi

1 iyul
 
18:00. İspaniya – Rusiya
Baş hakim
: Byörn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

22:00. Xorvatiya – Danimarka
Baş hakim:
 Nestor Pitana (Argentina)

Nijni Novqorod. Mərkəzi stadion

30 iyun

Uruqvay – Portuqaliya – 2:1

Fransa – Argentina – 4:3

/Modern.az/