Ronaldulu Portuqaliya da mundialla vidalaşdı

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin ikinci oyunu keçirilib.

Turkustan.info xəbər verir ki, ikiqat dünya çempionları Uruqvayla son Avropa çempionları Portuqaliya qarşılaşıb.

Uruqvay Kriştianu Ronaldulu Portuqaliyaya 2:1 qalib gəlib. Bununla da Uruqvay 1/4 finalda Fransaya rəqib olub.  /oxu.az/