“WhatsApp”da növbəti yenilik

“WhatsApp” messencerində yeni funksiya əlavə olunub.

Turkustan.info-nun məlumatına görə, messencerin istifadəçiləri artıq “Telegram”da olduğu kimi kanallar yarada biləcəklər.

Yeni rejimin köməyi ilə çatlarda administratorlardan başqa hamı üçün mesaj göndərilməsi imkanlarını məhdudlaşdırmaq funksiyası yaranacaq.