Gün: İyul 2, 2018

Ermənilər Azərbaycana təcavüz barədə veriliş hazırlayan jurnalistə qarşı hücuma keçiblər – VİDEO

Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib. Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin […]

Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır

Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir. Turkustan.info xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib. Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və […]

Paşinyandan Qarabağla bağlı ŞOK BƏYANAT: “Bu, mənim əmrimdir”

Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. Turkustan.info xəbər verir ki, Paşinyan bu çağırışı cəbhədəki vəziyyəti şərh edərkən səsləndirib. O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən ssenarisinə hazır olmasının vacibliyinə diqqət çəkib. “Siz bilirsiniz ki, hərbi təlimlər olacaq. Onların (Azərbaycan) bəyanatına əsasən bu təlimlər genişmiqyaslı formada həyata […]

Bakıda mason sammiti: MÜƏMMA

Ötən həftənin şənbə günü dünyanın bir çox ölkələrindən masonlar Bakıya toplaşıblar. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, məqsəd yerli mason təşkilatının-Azərbaycan Böyük Milli Lojasının Onuncu Assambleyasında iştirak etməkdir.  Assambleya paytaxtın beşulduzlu otellərindən birində keçirilir. Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, […]

Pentaqon UNO-larla bağlı yeni AĞLASIĞMAZ DƏLİLLƏR tapdı – 2018-ci il tarixi dövr olacaq

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 22 milyon dollarlıq büdcəsi olan Uçan Naməlum Obyektləri (UNO) araşdırma proqramına dair yeni nəticələr əldə edilib. Turkustan.info xəbər verir ki, proqramın UNO fenomenini təxmin ediləndən çox daha geniş miqyasda araşdırdığı ortaya çıxıb. Pentaqonun 1990-cı illərdən bəri paranormal hadisələri araşdırması üçün səlahiyyət verdiyi Biqleou Qabaqcıl Aerokosmik Araşdırmalar […]

Ordumuz həyəcan siqnalı ilə qaldırıldı: istiqamət… – Video

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant […]

Ermənistan Azərbaycanın bu şəhərinə hücuma hazırlaşır?

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır. Turkustan.info xəbər verir ki, erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər. Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək. O təklif edir ki, Ermənistan Naxçıvana hücuma […]

Beşqat dünya çempionları 1/4 finalda – VİDEO

Futbol üzrə dünya çempionatında daha bir 1/4 finalçının adına aydınlıq gəlib. Turkustan.info xəbər verir ki, beşqat dünya çempionları olan Braziliya və Meksika üz-üzə gəlib. Gözlənildiyi kimi, Braziliya növbəti sensasiyaya imkan verməyib. Sambaçılar Neymar və Roberto Firminonun qolları ilə ardıcıl ikinci oyunundan da 2:0 hesablı qələbə ilə ayrılıb. Meksika isə yenə 1/8 […]

“Əgər cəsarətiniz varsa, məni Gürcüstana buraxın” – Saakaşvili hökumətə meydan oxudu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı prezidenti Georgi Marqvelaşviliyə müraciət edərək, ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edib. Bu bəyanatı o, “Rustavi 2” televiziyasında səsləndirib. Onun sözlərinə görə, vətəndaşlığının ləğvi prosesində qanun pozuntularına yol verilib: “Marqvelaşvili qorxaqdır. Səbəb isə onun məndən vətəndaşlığımı almasıdır. Əgər cəsarəti varsa və zərrə də olsa […]

DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:”Seçkilərin nəticəsi göstərdi ki, Ərdoğan 2023-cü il hədəfinə uğurla çatacaq”

Azərbaycan parlamentinin üzvü Məlahət İbrahimqızı Strateq.az saytına müsahibəsində Türkiyədə hakim partiyanın qələbəsi ilə yekunlaşan prezident və parlament seçkilərinin nəticələri, onun regiondakı proseslərə və Azərbaycanla münasibətlərə necə təsir edəcəyini dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik:  – Məlahət xanım, Türkiyə siyasi palitrasını yaxından tanıyan bir millət vəkili kimi 24 iyun seçkilərinin nəticlərini necə dəyərləndirirsiniz? […]

Reyd zamanı sərxoş sürücülərin gülməli anları – VİDEO

Bu gün Azərbaycan polisinin 100 yaşı tamam olur. 1918-ci il iyulun 2-də Azərbaycanın ilk polis bölüyü yaradıldı. Və o gündən cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək bu insanların vəzifəsi oldu. 100 ildir xidmətimizdə olan bu insanlar gündə 100-lərlə cinayətkarla qarşılaşır, 100-lərlə insanın həyatını xilas edib ölümdən qoruyur. Turkustan.info yol […]

Məhəbbət Kazımovun oğlu gizlinləri açdı: “Atam son nəfəsində…”

Sevilən sənətkar, əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür. Turkustan.info bildirir ki, Yenicag.az-a açıqlama verən sənətkarın oğlu Rəşid Kazımov atasının yoxluğu ilə hələ də barışmadığını deyib: “Atamın yoxluğu ilə hələ də barışmırıq. Çünki o unudulası ata deyildi. Atam sənətkar idi və bu gün də xalqımız onu sevə-sevə xatırlayır. Məzarı üstə gedəndə […]

Azərbaycanda pedofillər xədim edilə bilərmi? – RƏY

Türkiyədə təcavüz edən cinayətkarlar, xüsusilə pedofillər xədim ediləcək. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ məlumat verib. O bildirib ki, bundan sonra cinsi təcavüz edən şəxslərin xədim edilməsi üçün qanun layihəsinin qəbul edilməsi artıq ciddi şəkildə düşünülməlidir. “Bu günə qədər müxtəlif tədbirlər gördük. Qarşıdakı zamanda […]

Bakı səmasında toz dumanı

Bakıda havanın tozlu olmasının səbəbi açıqlanıb. Turkustan.info-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Onun sözlərinə görə, səhər saatlarında ölkə ərazisinə daxil […]

Qaz sayğaclarındakı balans silinir – Abonentlərin ŞİKAYƏTİNƏ “Azəriqaz”dan AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda qaz sayğaclarının dəyişdirilməsi prosesi aparılır. Qaz sayğaclarının yenisilə əvəz edilməsinə səbəb köhnə sayğacların istismar müddətinin bitməsidir. Bəzi məlumatlara görə, sayğaclarla bağlı abonent hesablaşmasında qeyri-şəffaflıq var. Belə ki, qaz sayğacları üçün istifadə olunan köhnə smart kartlardakı məbləğ yeni kartlara köçürülmür. Balans avtomatik olaraq silinir. Turkustan.info bildirir ki, […]

MTRŞ-dan açıqlama: “Aygünün efirdəki davranışları araşdırılacaq” – VİDEO

Müğənninin efirdəki qeyri-etik hərəkətləri ilə bağlı ictimaiyyət nümayəndələrinin reaksiyası: “Bunlar nə yeyib, nə içirlər?” Bu gün sosial şəbəkələrdə Xalq artisti Aygün Kazımovanın “Zaurla Günaydın” verilişində qonaq olarkən etdiyi qeyri-etik hərəkətlərlə bağlı video yayılıb. Qeyd edək ki, verilişdə qonaq olan müğənni formada qalmasının sirrini tamaşaçılarla bölüşmək üçün divana çıxıb və məşqçisindən […]

Bu istilərdə kondisionersiz sağ qalmağın 7 yolu – İŞİNİZƏ YARIYACAQ MƏSLƏHƏTLƏR

Dünən Bakıda və Abşeron yarımadasında son 120 ildə rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatına görə, 43-44 dərəcə isti olub. Nazirlik isə bu gün sabahdan havaların bir az da istiləşəcəyini proqnozlaşdırır.  İnsanlar isə gündüz yollarda, işdə, gecə yatanda isti ilə […]

Ana körpəsini bir məktubla küçəyə atdı – Vərəqdə yazılanlar ürəkləri sızlatdı – FOTO

İranın Təbriz şəhərində 2,5 aylıq körpə üzərində anası tərəfindən yazılan bir məktubla ağacın altından tapılıb. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpənin beşiyində tapılan məktubda isə İran cəmiyyətinin acı həqiqətləri olan yoxsulluqdan bəhs edən hekayə yer alıb. Körpə Zəhranın anası olduğunu söyləyən iranlı qadın məktubda bunları yazıb: “Bu uşağı tapan […]

Atatürkün Afrində tarixi qərargahı tapıldı – FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində YPG/PKK terrorçularından təmizlədiyi Racu mahalında Mustafa Kamal Atatürkün qərargah kimi istifadə etdiyi ev aşkar olunub. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər veir ki, Hatay Mustafa Kamal Universitetinin tarix fakültəsinin baş müəllimi Süleyman Hatipoğlu “Anadolu” agentliyinə verdiyi açıqlamada Mustafa Kamal Atatürkün Racuya gəlişindən danışıb. Onun verdiyi məlumatlara görə, 1918-ci […]

Ermənilər cəbhədə rüsvay oldu: Yanar güllə atdılar… – VİDEO

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın növbəti yalanı üzə çıxıb. Turkustan.info xəbər verir ki, Ovannisyan bu gün günorta saatlarında Naxçıvan istiqamətindəki Azərbaycan Ordusunun döyüş postlarının birinin yandığını bildirib və bununla bağlı video paylaşıb. Amma erməni rəsmisinin bu yalanının üstü tezliklə açılıb. Əvvəla, yayılan videodan da görünür ki, yanğın konkret bir […]

Xorvatiyanın xanım prezidenti paltardəyişmə otağında – VİDEO

Xorvatiyanın DÇ-2018-in 1/8 finalında Danimarka ilə oyununu ölkə prezidenti Kolinda Qrabar-Kitaroviç də stadiondan izləyib. Qol.az-ın xəbərinə görə, xanım prezident Xorvatiyanın penaltilər seriyasında qalib gəldiyi oyundan sonra tribunadan paltardəyişmə otağına enib. O, baş məşqçi Zlatko Daliç və futbolçuları bir-bir qucaqlayaraq təbrik edib.

Vəzifəcə polis olan azərbaycanlı məşhurlar – FOTO

Azərbaycan polisinin 100 illiyidir. Turkustan.info polis əməkdaşı olan məşhurların siyahısını təqdim edir: Tanınmış idmançı Eduard Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantıdır. Kikboksinqlə məşğul olan E.Məmmədov müsahibələrinin birində bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub. Əməkdar artist, tanınmış aktyor, “Planet Parni iz Baku” […]

Əl Cəzirənin azərbaycanlı xanım əməkdaşı: “Bura böyük gələcək və uğurlu karyera deməkdi”

Ayseba Umudlu: “Dünyanın ilk beşliyində olan telekanalda işlədiyim üçün özümü çox şanslı sayıram” Azərbaycanlı gənclərin xarici platformalarda uğur qazanması, mövqeyə sahiblənməsi həmişə sevin diricidir. Belə gənclərimizdən biri də Aysəba Umudludur. Aysəba xanım bir müddət öncə dünyanın ən məşhur telekanallarından biri olan Əl Cəzirədə işə düzəlib. O, “Yeni Müsavat”ın əməkdaşı ilə […]

Son dəqiqə: Azərbaycan Ordusu hərəkətə gətirildi – VİDEO

Ordumuzun genişmiqyaslı təlimləri başlayıb Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən  verilən məlumata görə, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank […]

Rus politoloqların Cocuq Mərcanlıdan İrəvana mesajı…

Rusiya artıq dərk edir ki, regionda onun ən böyük partnyoru Azərbaycan ola bilər. Əks halda Rusiya Azərbaycan kimi strateji əhəmiyyətli bir dövləti itirər, eyni zamanda, meqa layihələrdə iştirak etməkdən məhrum olar. Bu sözləri “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda Cocuq Mərcanlıda keçirilən konfransı […]

İranda hakimiyyət bu tarixdə DEVRİLƏCƏK – Trampın adamı dəqiq TARİXİ AÇIQLADI

ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib. O, İrana qarşı sanksiyaların artacağını bildirib. “İran rejiminin sonunun yaxınlaşdığını […]

Masajçının Novxanı bağlarında DƏHŞƏTLİ ƏMƏLİ: kişinin yanına gəldi və…

Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1960-cı il təvəllüdlü Səfalı Atluxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Səfalı Atluxanov 26 may 2017-ci il tarixdə saat 11.46-da Sumqayıt şəhəri, Novxanı bağları 4, ev 734 ünvanda yerləşən Rövşən Quliyevə məxsus tikintisi tamamlanmamış bağ evində gözətçi […]

“Qara pullar”a amnistiya: İlk addım atıldı

Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında iqtisadi amnistiya mexanizminin yaradılması əksini tapıb. Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin yaradılması nəzərdə tutulur. Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət […]

Abşeronun musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin qalibi olublar

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Türkiyədəki “Kaspi ART” sanat ve sanatsal eğitim hizmetleri Tic.LTD.ŞTİ-nin təşkilaçılığı ilə online şəkildə müxtəlif nominasiyalar üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse Turkey” beynəlxalq müsabiqəsinə  qatılıblar.  Turkustan.info bildirir ki,müsabiqənin nəticələrinə görə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin […]

Ali Məhkəmə İlqar Məmmədov haqqındakı qərarları LƏĞV ETDİ

Ali Məhkəmənin Plenumu REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində kassasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib. Onun […]

10 ölkənin alimləri Qarabağa toplaşdı – Növbəti düşmən TƏXRİBATI

Ermənilər Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında növbəti təxribata əl atıblar. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, 4 günlük konfrans “Kvant və mezoskopik fizikada yeni tendensiyalar” mövzusunda keçirilir. Tədbiri Sankt Peterburq Dövlət Universitetinin və Sauthempton Universitetinin professoru Aleksey Kavokin təşkil edib. Konfarnsda Böyük Britaniya, İtaliya, Fransa, Polşa, Rusiya, Ermənistandan və […]

Bəyin atası gəlini toyun ortasında DÖYDÜ – ŞOK SƏBƏB – VİDEO

Türkiyədə şok edən olay baş verib. Turkustan.info Sabah-a istinadən xəbər verir ki, Çanaqqalanın Biga qəsəbəsində ziynət əşyalarını bölüşdürülməsi zamanı baş verdiyi iddia edilən davada bəyin atası tərəfindən döyülən gəlin təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Gəlinin sağlamlıq vəziyyəti ort-ağır qiymətləndirili. /Milli.Az/  

Türkiyə ordusu yenə çalxalandı, yüksək rütbəli hərbçilər saxlanıldı

Məhkəmənin qərarı ilə Türkiyənin 19 vilayətində şübhəlilərin saxlanılması üzrə əməliyyat keçirilib Türkiyədə FETÖ şəbəkəsinə qarşı keçirilən istintaq çərçivəsində Quru Qoşunları Komandanlığının 68 üzvü haqqında saxlanılma qərarı verilib. Bu barədə Turkustan.info “Anadolu” agentliyinə istinadən xəbər verir. Ankara Baş Prokurorluğundan verilən məlumata görə, Quru Qoşunları Komandanlığının 68 üzvü terror təşkilatının imamları ilə müntəzəm […]

Nazilə Səfərli Xoşqədəm və keçmiş gəlinini polisə verdi

Tanınmış şairə Nazilə Səfərlinin qardaşı Məhəmməd Məmmədov keçmiş həyat yoldaşı Pərvanə xanım və aparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı polisə şikayət edib. Turkustan.info bildirir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən tanınmış şairə həmçinin özünün də işgüzar nüfuzuna xələl gətirildiyi üçün şikayət ərizəsi yazdığını bildirib: “Qardaşımın keçmiş həyat yoldaşı Pərvanə “Səni axtarıram” verilişinə […]

Elçibey’in Doğu Türkistan ilgisi

Hamit Göktürk ([email protected]) (Turkustan.info üçün)   Türkiye’nin Türk dünyasına açılmış  batıdaki kapısı ve Türk Dünyasını de Türkiye’ye bağlayan çok önemli eşik olan  hür ve bağımsız Azerbaycan Cumhuriyetimizin seçilmiş ilk Cumhurbaşkanı Ebulfeyiz Elçibey,sadece Azerbaycanımızın değil,Türk dünyasının de önde gelen seçkin Liderlerinden idi. Bilindiği üzere her devlet adamı Lider olma vasfı taşıyamıyor.Lider […]

Ermənistan müharibəyə hazırlaşır?!

“İstənilən ssenariyə hazır olmalıyıq” “Erməni hərbçiləri Dağlıq Qarabağda, eləcə də Azərbaycanla sərhəddə  hadisələrin istənilən cür inkişafına hazır olmalıdırlar”. Turkustan.info-nun məlumatına görə, bunu baş nazir Nikol Paşinyan deyib. “Ermənistan istənilən ssenariyə hazır olmalıdır. Bu mənim Silahlı Qüvvələrə əmrimdir”.  Azərbayacanın keçirməyə hazırlaşdığı irimiqyaslı hərbi təlimlər düşməni qorxuya salıb. Onun sözlərinə görə, son günlər […]

Tibb Universitetində keçirilən aksiya ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Tibb Universitetində rezidenturaya qəbul olmaq istəyən namizədlərin keçirdiyi etiraz aksiyası ilə bağlı məlumat yayıb. Aksiya keçirənlər 2018-2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından və bu barədə gec məlumatlandırılmalarından narazılıq ediblər. Turkustan.info Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, narazı namizədlər nazirliyə […]

Ziya Məmmədovun Bakıdakı villasında yanğın

Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb. Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.  /minval.info/

Bakı metrosunda HƏYƏCAN – Sərnişinlər qatardan boşaldıldı

Bu gün səhər saat 08.30 radələrində “Dərnəgül”istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb. “Bakı Metropoliteni” QSC-nin metbuat xidmetinin rəhbəti Bəxtiyar Məmmədov bildirib ki,”Dərnəgül”istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, “Azadlıq” stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem […]

Müsəlman gənc hər kəsi özünə heyran qoydu – FOTOLAR

İnstaqramda “Yakiboy” adlı bir istifadəçi bütün vücudunu örtən döymələri və lüks həyatı ilə bir anda gündəm olub. Turkustan.info xəbər verir ki, avstraliyalı sosial media fenomeni qısa müddətdə 62 000 izləyici yığıb. Sidneydə yaşayan və müsəlman olduğu deyilən “Yakiboy” əvvəllər əsgər olub. İdmana dəlicəsinə aşiq olan fenomen vaxtının çoxunu idman zallarında keçirir. […]

Azərbaycan polisi haqqında MARŞ YAZILDI – VİDEO

Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb. Turkustan.info xəbər verir ki, sözləri polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib. Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik […]

İran qorxuda: Silah dolu ABŞ gəmisi Fars körfəzində

İran Silahlı Qüvvələri ABŞ-a məxsus esminesin müşayiəti ilə kimyəvi məmulatlar olan gəminin Fars körfəzinə daxil olduğunu bildirib. Turkustan.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. İranlı general Əbülfəz Şikarçı bildirib ki, kimyəvi silah daşıyan gəminin adı “MV Keyp Rey”dir: “Bu gəmi ABŞ esminesinin müşayiəti ilə bu yaxınlarda regiona daxil […]

İran rejimi devrilir, yeni respublika belə olacaq – Şok

İranda sosial, iqtisadi və siyasi dəyişiklik olmalıdır. Buradakı rejimin dağılması qaçılmazdır və qələbə mütləqdir. İran tezliklə azadlığa qovuşacaq. Mövcud rejim devrilmək üzrədir. Turkustan.info xəbər verir ki, bu sözləri İran Müqavimət Şurasının sədri Məryəm Rəcavi deyib. “İranda hökumətin zəiflədiyinə dair sübutlar var. Birincisi, gənclər qorxmadan, tərəddüd etmədən ayağa qalxıb. İkincisi, rejimin təzyiqlərinə […]

Müəllimlərin nəzərinə: Bu gündən işə qəbul başlandı

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb. Turkustan.info xəbər verir ki,  Təhsil Nazirliyindən verilən məlumata görə, proses iyulun 8-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, […]

Azərbaycanda həkim iş başında öldü

Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur. Turkustan.info-nun apa-ya istinadən məlumatına görə,  Şəki (MRX) Təcili Yardım Şöbəsinin həkimi Şəki şəhər sakini 62 yaşlı Ələsgər Saleh oğlu Teymurov iyunun 30-u axşam saat 22 radələrində işdə olarkən qəfildən vəziyyəti […]

Azərbaycan polisi 100 yaşını qeyd edir

Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir. Turkustan.info xəbər verir ki, mərasimdə Azərbaycan prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və DİN-in Baş İdarə, idarə, şöbə, bölmə rəisləri iştirak edir. /oxu.az/

Dağlıq Qarabağ mütləq Azərbaycana qaytarılmalıdır – Rusiyalı deputat

Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir. Turkustan.info APA-ya istinadla xəbər verir ki,  bunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı […]