Abşeronun musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin qalibi olublar

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Türkiyədəki “Kaspi ART” sanat ve sanatsal eğitim hizmetleri Tic.LTD.ŞTİ-nin təşkilaçılığı ilə online şəkildə müxtəlif nominasiyalar üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse Turkey” beynəlxalq müsabiqəsinə  qatılıblar. 

Turkustan.info bildirir ki,müsabiqənin nəticələrinə görə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri – Nuray Mehdiyeva, Nuranə Salmanova – III sinif – fortepiano-müşayiət – I dərəcəli diplom (müəllim İradə Məmmədova), Bagir Babayev – VIII sinif – tar solo II dərəcəli diplom (müəllim Mübariz Paşayev), Aysu Yəhyayeva – I sinif – violin solo- (müəllim Esmira Mədətova) diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıblar.