Atatürkün Afrində tarixi qərargahı tapıldı – FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində YPG/PKK terrorçularından təmizlədiyi Racu mahalında Mustafa Kamal Atatürkün qərargah kimi istifadə etdiyi ev aşkar olunub.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər veir ki, Hatay Mustafa Kamal Universitetinin tarix fakültəsinin baş müəllimi Süleyman Hatipoğlu “Anadolu” agentliyinə verdiyi açıqlamada Mustafa Kamal Atatürkün Racuya gəlişindən danışıb.

Onun verdiyi məlumatlara görə, 1918-ci ildə Fələstində 7-ci ordu komandiri kimi xidmət edən Atatürk həmin ilin oktyabr ayında əvvəl Hələbin mərkəzinə, sonra Afrinə gedib.

Atatürk qoşun birlikləri ilə Racudaki Katma dəmiryolu stansiyasında olub.

Buradakı kürd və ərəb xalqlarından müqavimət şəbəkəsi quran Mustafa Kamal, ordu birliklərinə dəstək verən bir növ milis gücü qurub. Kilisdəki birliklərlə yaxın təmasda qalaraq logistika xəttini təminata alıb.

Reyhanlı, Kırıkhan, Belen, Dər əl-Camal və Tel-Rıfat boyunca uzanan xətt Atatürk tərəfindən müdafiə olunub.

Cənubdan Afrinə doğru irəliləyən ingilis ordusu, 1918-ci il oktyabrın 26-da Katmada 7-ci ordu ilə qarşı-qarşıya gəlib.

Atatürkün komandanlığı altındakı Osmanlı ordusu və yerli ünsürlər Katmada ingilislər üzərində qələbə qazanıb.

1890-ci ildə inşa edilən malikanə baxımsızlıq ucbatından qismən dağılmış vəziyyətdədir.

Yerli Məclis Sədri Əli, “Biz region tarixini unutmamışıq. Burada Osmanlı ordusu vardı. Atatürk gələndə Osmanlı ilə əməkdaşlıq edən kürdlər, Midan İkbis kəndini Kilisə birləşdirən dəmir yolunu sabotaj edib düşmənin tamamlama xəttinin kəsib, getməsini dayandırmışdı. Bu mənalı tarixi unudulmamalıdır. Evin bərpa edib əvvəlki halına salınmasını arzu edirik”, – deyə bildirib.  /A24.Az/