Beşqat dünya çempionları 1/4 finalda – VİDEO

Futbol üzrə dünya çempionatında daha bir 1/4 finalçının adına aydınlıq gəlib.

Turkustan.info xəbər verir ki, beşqat dünya çempionları olan Braziliya və Meksika üz-üzə gəlib.

Gözlənildiyi kimi, Braziliya növbəti sensasiyaya imkan verməyib. Sambaçılar Neymar və Roberto Firminonun qolları ilə ardıcıl ikinci oyunundan da 2:0 hesablı qələbə ilə ayrılıb. Meksika isə yenə 1/8 finalda mundialla vidalaşıb.

Qeyd edək ki, Braziliyanın rəqibi bu axşam üz-üzə gələcək Belçika – Yaponiya cütünün qalibi olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 /Oxu.Az/