Nazilə Səfərli Xoşqədəm və keçmiş gəlinini polisə verdi

Tanınmış şairə Nazilə Səfərlinin qardaşı Məhəmməd Məmmədov keçmiş həyat yoldaşı Pərvanə xanım və aparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı polisə şikayət edib.
Turkustan.info bildirir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən tanınmış şairə həmçinin özünün də işgüzar nüfuzuna xələl gətirildiyi üçün şikayət ərizəsi yazdığını bildirib:
“Qardaşımın keçmiş həyat yoldaşı Pərvanə “Səni axtarıram” verilişinə şantaj məqsədi ilə çıxmışdı. Əgər onun nəsə tələbi var idisə ya məhkəməyə müraciət, ya da gəlib, şirin dili bizim ailədən və ya məndən xahiş edərdi. O, kiminsə sözünə qulaq asaraq efirə çıxdı, mənim adımı hallandıraraq karyerama zərbə vurdu. Onar efirdə mənim adımı xalça oğrusu qoyurlar. Bundan başqa yalandan verilişdə deyirlər ki, “Nazilə evində qardaşı ilə indiki həyat yoldaşını görüşdürürmüş”. Mənim adıma verilişdə böhtan atırdılar. Heç bir məsələnin də mənim həyatıma aidiyyatı yox idi. Gəlin də verilişə çıxıb ki, ev alsın. Qardaşım da bizim adımızın hallandırıldığına görə polisə şikayət etdi. Hazırda iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır. Özüm də həmin idarədə oldum, şikayət ərizəsi yazdım. Yəqin ki, sabah aparıcı Xoşqədəm Hidayətqızı və keçmiş gəlinimiz idarəyə çağırılacaq. Onlara hansı əsasla belə etdikləri soruşulacaq. Mənim evimin arxasında səs gələndə əlim əsir, içərisində tıqqıltı gələndə həyəcanlanıram. Çünki 4 aydır ki, Xoşqədəm efirdə qışqırır ki, Nazilənin villası var, oğrulara şərait yaradır. Mənim ümumi mülküm sənin evinin idman zalı boydadır. Sən kimsən ki, mənim mülkümü hər gün efirdə səsləndirirsən? Mən artıq sosial şəbəkədə də yazmışam.”
Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayət qızının onu məhkəməyə verməsinə də münasibət bildirib:
“Yalandan xəbər çıxmışdı ki, guya mən demişəm ki, “ərim Xoşqədəmi yox,  məni seçdi”. Nə oldu, bəs, jurnalist niyə üzr istədi? Demək, həmin planı da onun özü qurubmuş. Baxdı ki, Xoşqədəm məni məhkəməyə versə, mənim onu 10 qat artıq məhkəməyə verməyə haqqım var. Yalandan efirdə danışırdı. Mənim ağzımdan eşitməmişdilər, səsim yox idi, sosial şəbəkədə də o barədə heç nə yazmamışdım”.