Pentaqon UNO-larla bağlı yeni AĞLASIĞMAZ DƏLİLLƏR tapdı – 2018-ci il tarixi dövr olacaq

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 22 milyon dollarlıq büdcəsi olan Uçan Naməlum Obyektləri (UNO) araşdırma proqramına dair yeni nəticələr əldə edilib.

Turkustan.info xəbər verir ki, proqramın UNO fenomenini təxmin ediləndən çox daha geniş miqyasda araşdırdığı ortaya çıxıb.

Pentaqonun 1990-cı illərdən bəri paranormal hadisələri araşdırması üçün səlahiyyət verdiyi Biqleou Qabaqcıl Aerokosmik Araşdırmalar Mərkəzi (BAASS) adlı şirkət çalışmalarına dair əhəmiyyətli detallar paylaşıb. Araşdırmaçılar UNO məfhumunun təxmin ediləndən daha geniş bir məna daşıdığını bildirib.

UNO-ların göy üzündə təyyarələrlə qarşılaşan, metalik obyektivlərdən ibarət olmadığını dilə gətirən araşdırmaçılar proses müddətində bu fenomenlə əlaqəli olaraq gözəgörünməz varlıqlar, qəribə canlılar, ruh çağırmaları, işıq kürələri, heyvan və insanlara qarşı dəyişkən faydaların da daxil olduğu bir çox dəlil ilə qarşılaşdıqlarını vurğulayıblar.

Əgər Pentaqondan BAASS-ın araşdırmalarını təsdiq edən bir açıqlama gələrsə, bütün dünyada UNO ilə maraqlananlar üçün 2018-ci ilə tarixi bir dövr olacaq.  /Muxalifət.az/