Gün: İyul 3, 2018

Gəncənin icra başçısı ağır yaralıdı – Bakıya gətirildi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub. Turkustan.info məlumatına görə, “Report” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb. Xəstəxanada öldüyü barədə xəbərlər yayılan icra başçısı yaralı vəziyyətdə xəstəxanaya […]

Əli Həsənov: “Elmar Vəliyevə sui-qəsd olub”

“Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub”. Turkustan.info xəbər verir ki, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycancan”a bildirib. “Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov […]

Ermənistan ABŞ-a satılır: Rusiyadan Qarabağ mesajı

Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Rusiya-Ermənistan birliyinin artıq çat verdiyi hiss olunur: “İki ölkə arasında münasibətlər günü-gündən pisləşir. Bizim torpaqlarımızın işğalında rus amili çox […]

“5 milyardı “yeyiblər”, TƏXRİBAT versiyası da var” – Mütəxəssisdən işıq böhranı ilə bağlı ilginc açıqlamalar

Bu gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən problem səbəbindən bütün ölkənin işıqsız qalması günün əsas mövzusudur. Aidiyyəti qurumlardan bununla bağlı açıqlamalar verilsə də, hələ ki, heç bir məsul şəxs ictimaiyyəti məlumatlandırmayıb. Bütün səlahiyyətli şəxslərin susması isə sualları bir az da artırır.  Mingəçevirdə əslində, nə baş verib? Günahkar […]

Elmar Vəliyevə silahlı hücum – Mühafizəçisini öldürdülər, özü isə yaralıdır

Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub. Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib. İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər. 21:27 Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb. Turkustan.info bildirir ki, Oxu.Az-ın əldə etdiyi […]

Etibar edilən İES gərginliyə iki gün dözə bildi – ARAŞDIRMA

Bu gün gecə saatlarında “Azərenerji” ASC-nin Mingəçevir şəhərində yerləşən  “Azərbaycan” İES-də baş verən qəza Naxçıvan istisna olmaqla, ölkənin digər iqtisadi ərazilərinin elektrik enerjisiz qalmasına gətirib-çıxardı. Zəncirvari olaraq digər kommunal xidmətlərin də təhcizatında fasilələr yarandı.  Rəsmi açıqlamaya görə, qəzaya səbəb ölkə ərazisində temperaturun yüksək olması və elektrik enerjisinə olan tələbatın kəskin artmasıdır. […]

Peşə təhsili alan gənclər üçün keçirilən tədbirlər başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində keçirilən tədbirlər uğurla başa çatıb. Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində təhsil […]

“Azərenerji”: İstilik elektrik stansiyasında qəzaya isti hava səbəb olub – VİDEO

“Azərbaycan” İES-də qəzanın baş verməsinə səbəb havaların isti keçməsi olub.  Turkustan.info xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlıbildirib. Onun sözlərinə görə, hazırda qəzanın yaratdığı problemlər həll edilir: “Havaların kəskin isti keçməsi və istehlakçıların elektrik enerjisinə olan tələbatının artması qəzanın baş verməsinə səbəb olub. Bu, […]

Mingəçevirdəki qəzanın araşdırılması üçün komisiya yaradıldı – Prezidentdən sərəncam

Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.  Turkustan.info xəbər verir ki, sərəncamda 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verdiyi, bununla əlaqədar Bakı və Gəncə şəhərləri […]

Azərsu: “Sabahdan Bakı içməli su ilə tam təmin olunacaq”

“Azərsu”: Sabahdan Bakı içməli su ilə tam təmin olunacaq” “Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti də bərpa olunub. Kəmərin 25 quyusu bərpa edilib və mənbədən su emal olunaraq Bakı şəhərinə ötürülür “. Turkustan.info-nun məlumatına görə, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib ki, Pirallahı rayonu tam su ilə təmin edilir, Yasamal, […]

Bakının Moskvadan Qarabağ gözləntisi…

Azərbaycan Rusiyanın Ermənistanı sülhə məcbur etməsini gözləyir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat son zamanlar Moskvanın İrəvanla münasibətlərinin pisləşməsinə toxunub: “Ermənistan müstəqil dövlət deyil və yenə də bütün məsələlərdə Rusiyadan asılı vəziyyətdədir. Ancaq Rusiya-Azərbaycan münasibətləri müsbət istiqamətində inkişaf etdiyindən Moskvanın Dağlıq Qarabağ məsələsinin həllində […]

Azərbaycana “gecə təxribatı”: işıq söndü və…

Gecənin bir yarısı yuxudan dik atıldım. Evdə elə səs-küy yaranmışdı ki, dedim, yəqin, məhşər günü gəlib. Gözlərimi ovub, özümə gəldim. Məlum oldu ki, ölkə işıqsız qalıb. Ev əhli hərəsi bir söz deyirdi, qonşuluqdan gələn səslər də aydın eşidilirdi. Sanki ölkədə işıqların sönməsi dünya əhəmiyyətli siyasi həmlənin nəticəsi idi. Bir tərəf […]

Şok müraciət: Məşhur erməni Bakıya gəlmək istəyir – VİDEO

Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycana səfər etmək istədiyini açıqlayıb. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Vanyan öz Feysbuk səhifəsində paylaşıb. “Dostum Zərdüşt Əlizadəyə yazdım ki, Azərbaycan hakimiyyətindən mənim bu ölkəyə gəlməyimlə bağlı icazə alsın. Doğma kəndimi ziyarət etmək və Zərdüştün qonağı olmaq istəyirəm. O, uzun müddətdir məni özünün […]

“Azərcell” xidmətlərinin təmin edilməsi üçün tədbirlər görür

Bu gün gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində Azercell Telekom MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranan müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb. “Azercell Telekom”dan  verilən məlumata görə, müstəqil generatorlar vasitəsilə şirkətin əsas […]

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin nümayəndə heyəti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) nümayəndə heyəti ilə görüşüb. Tanışlıq xarakterli görüşün məqsədi ölkəmizdə yerli və xarici iş adamlarına yaradılan əlverişli şərait, onların Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafına dəstəyi və miqrasiya ilə bağlı məsələlərin həllində şəffaflığın təmin edilməsi […]

Ərdoğanın ilk xarici səfər günü dəqiqləşdi: “Yavru Vatan”dan Bakıya

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Quzey Kıbrıs, daha sonra Azərbaycana səfər edəcək. Türkiyə prezidenti Yavru Vatan – Quzey Kıbrıs və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində […]

“Şura yarandıqdan sonra bu sahədə vəziyyət dəyişdi” – Azay Quliyev

«Azərbaycan hökuməti qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir». bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, bu şuranın yaradılması ilə Azərbaycanda milli donorluq institutu formalaşıb. Onun sözlərinə görə, şura yaranana qədər ölkədə milli donorluq institutu yox idi, Azərbaycan həqiqətlərinin, […]

“Azercell”də təcrübə keçəcək tələbələrin adları açıqlanıb

“Azercell Telekom” MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub. Respublikamızın ali məktəblərində müxtəlif ixtisaslar üzrə və Təhsil Nazirliyi SABAH Qruplarında təhsil alan 20 tələbə bu yay Azercell şirkətinin təcrübə proqramında iştirak etmək imkanı əldə edib. Qalib tələbələrin iştirakı ilə baş tutan “Azercell-də ilk gün” adlı tədbirdə […]