Ərdoğanın ilk xarici səfər günü dəqiqləşdi: “Yavru Vatan”dan Bakıya

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Quzey Kıbrıs, daha sonra Azərbaycana səfər edəcək.

Türkiyə prezidenti Yavru Vatan – Quzey Kıbrıs və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yola düşəcək.