İranı çökdürmək üçün Səudiyyə Kralı Trampla razılığa gəldi

Kral Selmanın başçılıq etdiyi Səudiyyə Kabineti “Krallıq gələcəkdə təchizat və tələb balansında dəyişiklik olarsa ehtiyat istehsal gücünü istifadə etməyə hazırlaşır” açıqlamasını verib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın İranı hədəfləyərək Səudiyyə Ərəbistanından neft hasilatını artırmaq tələbinə Ər-Riyaddan cavab gəlib.

İran və Venesuelladan neftin alınmasına mane olmağa çalışan ABŞ boşluğu tarazlamaq üçün neft hasilatını artırmasını istədiyi Səudiyyə Kralı Selmandan müsbət cavab gəlib.

Dünyanın bir nömrəli neft ixracatçısı, həm də Neft İxrac Edən Ölkələrin üzvü olan Səudiyyə Ərəbistanı qlobal neft bazarını balanslaşdırmaq üçün  2 milyon barellik neft ehtiyatlarını istifadə etməyə hazırlaşdığını açıqlayıb.

Kral Selmanın sədrlik etdiyi  Səudiyyə Kabineti iclasdan sonra bu açıqlamanı verib:

“Krallıq gələcəkdə təchizat və tələb balansında dəyişiklik olarsa, ehtiyat istehsal gücünü istifadə etmək üçün hazırlığını görür”.

Xatırladaq ki, ötən gün ABŞ Xarici İşlər Nazirliyinin Siyasi planlaşdırma müdiri Brian Huk İranın neft gəlirlərini sıfıra endirməyi qarşılarına məqsəd qoyduqlarını açıqlayıb.  /A24.az/