Gün: İyul 5, 2018

Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…

Ölkənin enerji sisteminin sıradan çıxması paytaxtın ən iri tibb müəssisəsi hesab edilən 1 saylı Mərkəzi Klinik Xəstəxana da (“Semaşko”) daxil olmaqla əksər xəstəxanaları da  qaranlığa qərq etdi. Məlum oldu ki, xəstəxanaların tam əksəriyyətində, o cümlədən doğum evlərində generatorlar yoxdur, olanlar da işlək vəziyyətdə deyil. Nəticədə 2 gün ərzində əməliyyat bloklarında […]

“Təqsirkar təkcə “Azərenerji” deyil, həm də…” – Əhmədov

Cənab prezident komissiya yaradıb və hazırda bütün məsələlər ciddi araşdırılır. Bu sözləri İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki çıxışı və verdiyi göstərişlərlə əlaqədar danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, prezidentin qeyd etdiyi kimi, bu məsələ bir sıra vacib […]

İcra başçısını qurtaran türk həkim gizlinləri açdı – FOTO

Gəncə şəhərinin güllələnmiş icra başçısı Elmar Vəliyevin əməliyyatı üçün Türkiyədən məşhur həkim dəvət olunub. Dünən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Gəncəyə dəvət edilib. Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib. […]

Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR: Ermənistan rəhbərliyi…

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il “aprel müharibəsi” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində “Azərbaycan – Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan […]

Köçəryan Ermənistandan qaçdı – Moskvaya ultimatum

“1 mart işi” (1 mart 2008 qətliamı) demək olar ki, Robert Köçəryanın izlərinə çatıb. Ermənistanın ikinci prezidenti həbs olunmağın bir addımlığındadır. Buna baxmayaraq, o, ictimaiyyətdən gizlənməyə və ölkədən qaçmağa davam edir. Turkustan.info xəbər verir ki, bu sözləri erməni politoloq Sərkis Artsruni deyib. “Həbs edilmə ehtimalının qaçılmaz olduğunu hiss edən Robert Köçəryan […]

İlham Əliyev 4 fərman, 6 sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. […]

Gülən 18 ölkəyə təlimat göndərdi

“Paralel dövlət” terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən təşkilatın üzvlərinə və rəhbər şəxslərinə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı yeni “savaşın” təlimatlarını verib. Turkustan.info xəbər verir ki, iyunun sonlarında 18 ölkədə FETÖ qruplaşmasının rəhbər üzvləri gizli toplantılar keçirərək, liderlərinin onlara verdiyi yeni təlimatları müzakirə ediblər. […]

“İşıq naziri”nin işığı söndü – Pirverdiyev yaxın günlərdə ağır şəkildə cəzalandırılacaq

Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza və ölkənin iki gün işıqsız qalması “Azərenerji”nin sədri Etibar Pirverdiyevin sonunu gətirib. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin ötən gün son hadisələrlə bağlı keçirdiyi müşavirədə Pirverdiyevi çox sərt şəkildə tənbeh etməsi onun sonunun gəldiyinin və tutduğu postda […]

Dollara tələb kəskin artdı

Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin iyun ayı ərzində satdığı valyutanın həcmini açıqlayıb. Turkustan.info xəbər verir ki, bu ilin iyununda Fond tərəfindən 439 milyon dolları məbləğində vəsait satılıb. İlin əvvəlindən fond valyuta hərraclarında 2 974,5 milyon dollar məbləğində xarici valyuta realizə edilib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə valyuta hərracında banklara 1 […]

Deputat: Məmurların bir hissəsi öz vəzifələrini “avtopilot”a qoyub

“Dövlət maliyyə nəzarəti haqqında” model qanun və ondan irəli gələn digər qanunlar qəbul edilməlidir. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Əli Məsimli deyib. O qeyd edib ki, maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac duyulur. Millət vəkili xatırladıb ki, həmkarı Vahid Əhmədovla illərdir ki, bu təklifi səsləndirir, amma hələ də bu istiqamətdə […]

Türkiyəli millət vəkili: “Qarabağ məsələsində erməni lobbisi ilə mübarizə aparmışam”

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili seçilən Azərbaycan əsilli Şamil Ayrım gələcək planları ilə bağlı açıqlama verib. Qeyd edək ki, Şamil Ayrım Türkiyə Böyük Millət Məclisinə üçüncü dəfə millət vəkili seçilir. Bundan əvvəl XX və XXI dönəm millət vəkili olub. O, həmin vaxtlarda da Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına […]

Ermənistanda satılan “Azərbaycan dərmanı”: “Aveloks” nə üçündür?

Ermənistanda Azərbaycan istehsalı olan “Aveloks” dərman preparatının satıldığına dair məlumatlar yayılıb. Turkustan.info erməni mətbuatına istinadən bildirir ki, artıq ölkənin Səhiyyə Nazirliyi apteklərdən götürülən preparatı ekspertizaya göndərib. Onun ölkəyə hansı yolla aparılması da araşdırılacaq. Cebhe.info-nun araşdırması göstərib ki, ölkəmizdə də satılan bu dərman preparatları əsasən Almaniya istehsalıdır və onun Azərbaycanda istehsalı […]

Qırğızıstan prezidenti Türk Akademiyasının prezidentini qəbul edib – FOTOLAR

Qırğız Respublikasının prezidenti Soronbay Jeenbekov Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəlini qəbul edib. Beynəlxalq Türk Akademiyasından Turkustan.info-ya verilən məlumata görə, prezident Soronbay Jeenbekov TWESCO-nun apardığı genişmiqyaslı tədqiqatlar, keçirdiyi konfrans və simpoziumları diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, türkdilli xalqların irsi, yaradıcılığı və mədəniyyətinin, ədəbiyyatının qorunması çox böyük əhəmiyyət kəsb […]

Elmar Vəliyevi güllələyən şəxsi polis belə yaxaladı – FOTOLAR

Gəncənin icra başçısı Elmar Vəliyevi və mühafizəçisi Qasım Aşbazovu güllələyən Yunis Səfərovun yeni görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, BakuPost-a göndərilən fotolarda Rusiya vətəndaşı olan Y.Səfərovun hadisəni törətdikdən sonra polis tərəfindən yaxalanması əks olunub. Həmin fotoları təqdim edirik:

Yeni Azercell Eksklüziv indi Şamaxıda

Abunəçilərinin rahatlığı və  xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir. Bu dəfə şirkət Şamaxı şəhəri, Ağamirzəli Əhmədov küç. 1 ünvanındaaçılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib.   Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və […]

“Azərbaycanda 1 ildə 500 şagird hamilə qalıb” – ŞOK AÇIQLAMA – VİDEO)

“Space” Tv-nin “Olar? Olmaz!” verilişində daha bir maraqlı açıqlama tamaşaçılara təqdim edilib. Teleaparıcı Amil Xəlilin təqdimatında yayımlanan verilişdə iştirak edən təhsil eksperti Kamran Əsədovun açıqlaması aparıcı ilə bərabər hər kəsi təəccübləndirib. Turkustan.info saytının məlumatına görə, ekspert bildirib ki, 500-ə yaxın məktəbli qız hamilə qalıb. Onlar sinif otağında deyil, ər otağında oturmağa […]

Dəhşətli YANĞIN BAŞLADI: FHN helikopter və təyyarələr GÖNDƏRDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumatda bildirilib ki, iyulun 5-də gecə saat 3 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional […]

Sorosun Azərbaycanla bağlı ŞOK HƏDƏFİ – SENSASİYALI MƏXFİ PLAN

Cənubi Qafqazda Ermənistandakı inqilabla başlanan siyasi proseslər qaynayır. İrəvanda Nikol Paşinyan əhalini küçələrə çıxararaq, Serj Sarkisyanı devirdi. Həmin vaxt Gürcüstanda bir gəncin qətli insanların hakimiyyətə etirazına səbəb oldu. Daha sonra bu ölkənin baş naziri istefaya getdi. Turkustan.info xəbər verir ki, beynəlxalq media orqanı olan “Oriental Review” nəşrində Andrey Korubko imzası ilə […]

Sabahdan hava sərinləyir – Külək, leysan qayıdır

Bəzi çaylarda daşqın da olacaq. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti […]

Cənubi Afrika vikipediyaçılara ev sahibliyi edəcək

18-22 iyul tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində “Vikimaniya 2018” beynəlxalq konfransı keçiriləcək. Turkustan.info xəbər verir ki, builki konfransda ölkəmizi Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçilərindən biri olan, Eldar Əzimov təmsil edəcək. Vikimaniya, 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində Vikipediya və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. […]

Elmar Vəliyev sui-qəsdi: Səs yazısında diqqət çəkən detal

“Qəzəb bütün pisliklərin açarıdır”. Yazıya peyğəmbərimizin hədisilə başlamağım təsadüfi deyil, çünki bəhs edəcəyim mövzu dini çalarlar qatılmış bir məsələdir. Məlum olduğu kimi, Gəncə şəhərinin icra başçısı silahlı hücuma məruz qalıb. Cinayəti törədən Yunis Səfərovun həyat yoldaşı olduğunu iddia edən qadın bildirib ki, o, icra başçısını İmam Hüseyni təhqir etdiyinə görə […]

Prezident qəzaya görə kimləri vəzifədən alacaq? – Deputat

Dövlət başçısından öz vəzifələrini icra edə bilməyən məmurlarla bağlı sərt qərarlar gözləyirik. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki nitqini şərh edən millət vəkili Asim Mollazadə deyib. “Baş verən son qəza nəticəsində ölkənin milli təhlükəsizliyinə zərbə vurulub. Hesab edirəm ki, komissiya tərəfindən […]

“Marş İrəli” layihəsi davam edir

Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.   Turkustan.info-nun məlumatına görə, Ağdam rayonunda keçirilən layihənin 3-cü günündə komanda birliyini gənclərdə aşılamaq məqsədi ilə komanda yarışı sessiyası, daha sonra isə təlimçi Anar Məmmədovun təqdimatında “müharibə […]

“Günahkarların sərt şəkildə cəzalanacağına şübhə olmasın” – Azay Quliyev

“Mingəçevirdəki qəza nəticəsində baş vermiş enerji böhranını aradan qaldırmaq üçün cənab Prezident lazımi tədbirlər görüb və proses tam nəzarətdədir”. Turkustan.info xəbər verir ki, bu barədə millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Twitter səhifəsində yazıb. A.Quliyev bu kimi hallardan siyasi məqsədlər üçün sui-istifadənin yolverilməz olduğuun vurğulayıb: […]

Başçıya güllə atan şəxs ona görə o xəsarətləri alıb ki… – Polkovnik

Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb. Turkustan.info bildirir ki, bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal […]

SON DƏQİQƏ! Mingəçevirdə yenidən yanğın başladı – FOTOLAR

Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də yenidən yanğın başlayıb. Turkustan.info minval.info-ya istinadən xəbər verir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başladığını deyirlər: “Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır.” Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən […]

Elmar Vəliyevə qarşı terror Bakı meri olmasının qarşısını almağa xidmət edirdimi?

Elmar Vəliyevin vurulması ilə bağlı iddialar səngimir.Bu iddialardan biri də Gəncə merinin Hacıbala Abutalıbovdan boşalan Bakı Şəhər icra Hakimiyyəti başçısı təyin olunacağı ilə bağlıdı. İddalara görə, müəyyən qüvvələr Elmar Vəliyevin bakı meri gətirilməsinə qarşı olublar və bu səbəbdən də Gəncə merinə qarşı belə bir silahlı teror hadisəsi həyata keçirilib. Hələlik […]

“Yeganə ideal həll yolu…” – İrəvanda Naxçıvan müzakirəsi

Ermənistanın Müdafiə naziri David Tonoyan ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjej Kasprşiki qəbul edib. İrəvanda keçirilmiş görüşdə bölgədə baş verən son proseslər müzakirə edilib. Təmas xəttindəki son vəziyyətin müzakirə edildiyi görüşdə Azərbaycanın Naxçıvan bölgəsi ətrafında yaranmış gərginliyə də toxunulub. Anjej Kasprşik Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlarda müzakirə […]

Türk Ordusu bu əraziyə də GİRİR – Yeni əməliyyatın DETALLARI

PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan dərhal sonra Süleyman Şah Türbəsi əvvəlki yerinə köçürüləcək. Turkustan.info xəbər verir ki, bu haqda “Yeni Şəfəq” nəşri yazıb. Məlumata görə, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsi məsuliyyətini də üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir. Qeyd edək […]

Gəncə İH Elmar Vəliyevlə bağlı çağırış etdi

Mediadan, Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar. Turkustan.info xəbər verir ki, bu sözlər Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevir İES-də baş verən qəzanı bir-birilə əlaqələndirilməsi ilə bağlı yayılan bəyanatda əksini tapıb. Qurum açıqlamada insanları bu məsələlərlə bağlı […]

Müşavirədən sonra kimlər cəzalanacaq? – Qənirə Paşayeva

Ümid edirik ki, cənab Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib. O bildirib ki, prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi: “Prezident İlham […]

Qarabağdakı rejim separatçı deyil – Sabiq nazir

Turkustan.info sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini təqdim edir: – Tofiq müəllim, artıq Ermənistanda hakimiyyət dəyişikliyindən iki ay ötür. Siz, bu ölkədə vəziyyəti, yeni hakimiyyətin addımlarını necə qiymətləndirirsiniz? – İndi İrəvanda hakimiyyəti əldə etməyin ikinci mərhələsi müşahidə olunur. Nikol Paşinyan və onun tərəfdarları keçmiş rejimi təmsil edən insanlara qarşı […]

Yunis Səfərovun xanımı danışdı: “…Yunis İmam Hüseynin qisasını aldı”- Təhlükəli tendensiya

Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, orada guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir. Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəmnində deyil, Yunisin icra başçısı Elmar […]

Elmar Vəliyevə qarşı sui-qəsdin ilginc təfərrüatları – Qanlı olayın arxasındakı sirr pərdəsi

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Nəticədə başçı və onun mühafizəçisi yaralanıb. Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir: “İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi […]

İlham Əliyev Oqtay Şirəliyevin də sözünü kəsdi: “Xəstəxanalarda generator yoxdur!”

“Bütün strateji obyektlərin generatorlarla təchizatı məsələsini öyrənmək lazımdır. İlk növbədə xəstəxanaların və Metropolitenin. Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir – onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyillər”. Turkustan.info xəbər […]

Gəncənin icra başçısına qarşı silahlı hücum edən şəxsin FOTOLARI

Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı silahlı hücum edən Yunus Səfərovun yeni fotoları yayılıb. Turkustan.info Yenicag-a istinadla xəbər verir ki, onun şəkilləri sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, Yunus Səfərovun təşkil etdiyi sui-qəsd nəticəsində Elmar Vəliyevlə yanaşı, mühafizəçisi Qasım Aşbazov da ağır yaralanıb.

Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT – Lənkəranda rəis və köməkçisindən ŞOK ƏMƏL

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləmiş Elmir Axundov və Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmiş Famil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. […]

Kəmaləddin Heydərov da Etibar Pirverdiyevi “vurdu”: “Xəbərdarlıq etmişdik”

Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sistemini çökdürən və dalbadal baş verən iki qəza ilə əlaqədar müşavirə keçirib. Turkustan.info xəbər verir ki, müşavirədə tənqid hədəfi “Azərnerji”nin prezidenti Etibar Pirverdiyev olub. Belə ki, müşavir zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov da məruzəsində “Azərenerji”nin məsuliyyətsizliyindən söz açıb: Nazir bildirib ki, o hadisə […]

Kərəm Həsənov Elmar Vəliyev üçün Türkiyədən professor gətirdi – Əməliyyatdan son xəbər

Dünən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olması barədə xəbər vermişdik. Nəticədə Elmar Vəliyevin ağır yaralandığı deyilirdi. Turkustan.info xəbər verir ki, Elmar Vəliyevi əməliyyat etmək üçün Bahçeşehir Universitetinin tibb fakultəsinin dekanı professor Türker Kılıç Gəncəyə gətirilib. Məlumatda deyilir ki, Türker Kılıçı Azərbaycana Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm […]